Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-16/2025 26.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, Nümayəndə, cavabdehlər Cavabdeh1 və X13 qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü» barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, Nümayəndə cavabdehlər Cavabdeh1 və X13 qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ayrı-ayrı torpaq sahələrinin hər biri üzrə öz paylarına uyğun hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadələrinə verilməsi, Cavabdeh2 ilə X6 arasında notarial qaydada bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 və Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1, X4, İddiaçı1, X7, Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan aşağıda sadalanan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri üzrə iddiaçılar İddiaçı1 və Nümayəndə payma düşən hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadələrinə verilməsi, o cümlədən son mövsüm ərzində əldə olunan faydadan iddiaçılara
1. Cavabdeh1, X4, İddiaçı1, X7, Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan aşağıda sadalanan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri üzrə iddiaçılar İddiaçı1 və Nümayəndə payına düşən hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadəsinə verilməsi, o cümlədən iddianın qaldırıldığı 2023-cü mövsüm ilindən başlayaraq aşağıda sadalanan torpaq sahələrinin iddiaçıların payına düşən hissənin naturada ayrılaraq faktiki sahibliyinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №si-**********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №si-**********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №si-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №si-**********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №si- **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №si-**********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №si- **********), Qax rayonu, Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, AN-1 **********3457 №li Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»in etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 2(024)528/2023 №li, 07 avqust 2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin Cavabdeh1, X4, İddiaçı1, X7, Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan aşağıda sadalanan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri üzrə iddiaçılar İddiaçı1 və Nümayəndə payına düşən hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadələrinə verilməsi, o cümlədən iddianın qaldırıldığı 2023-cü mövsüm ilindən başlayaraq aşağıda sadalanan torpaq sahələrinin iddiaçıların payına düşən hissənin naturada ayrılaraq faktiki sahibliklərinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li- **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0,4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayonu, Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli AN-1 ******* №li «Daşınmaz əmlakın alqısatqı müqaviləsi»in etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonunda həyata keçirilmiş aqrar islahat zamanı rayonun Dəymədağlı kəndinin müxtəlif hissələrində 2.4397 ha və 0.75 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə ailəmizin (Cavabdeh1 (ata), X10 (ana), İddiaçı1 (oğul), X14 (oğul), Cavabdeh2 (oğul)-cəmi 5 nəfər) ümumi birgə mülkiyyətinə verilmişdir. Əlavə olaraq bildirir ki, islahat zamanı ailənin ümumi payına düşən torpaq sahəsi həmin vaxt ailənin faktiki istifadəsində olan 0.4665 ha, 0.4502 ha və 0.1721 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qədər azaldılmış və həmin sahələr torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə təmin olunmuşdur.Yuxarıda adıçəkilən torpaq sahələri üzrə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar cavabdehlərdə olduğu üçün (Mülki Prosessual Məcəllənin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir) İddiaçı1 və iddiaçı Nümayəndə özlərinin mülkiyyətində daşınmaz əmlakın mövcudluğuna dair arayışın verilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Bununla bağlı İddiaçı1 xx.xx.2023-cü il tarixli ********** №li müraciətinə və iddiaçı Nümayəndə xx.xx.2023-cü il tarixli ********** №li müraciətinə cavab olaraq ölkə ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair dövlət reyestrindən arayışlar əldə olunmuşdur (əlavə olunur).Tərəfindən məhkəməyə təqdim olunmuş və ərizəyə əlavə olunan arayışlarda adıkeçən torpaq sahələrinin hüquqi statusu «ümumi birgə mülkiyyət» kimi qeyd olunmuşdur. Hazırda mülkiyyətçilər arasında narazılıq yaranmış, çünki payçılardan biri olan Cavabdeh2 həmin torpaq sahələrindən yalnız öz mənafeyi üçün istifadə edir.Yaranmış zərurətlə əlaqədar məhkəmədən cavabdehlərin iştirakı ilə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin mütəxəssisi cəlb edilməklə, Qax rayonu Dəymədağlı kəndində yerləşən paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada ayrılmasının mümkünlüyünün qiymətləndirilməsi üçün yerində müayinənin keçirilməsini məqsədəuyğun hesab edirlər. Paylı mülkiyyətdə olan ayrı-ayrı torpaq sahələrinin hər biri üzrə öz paylarına uyğun olaraq 1/5 hissəsinin naturada ayrılması və onlara məxsus torpaq sahəsindən digər payçıların çıxarılması, bizim faktiki sahibliyimizə və istifadələrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edirlər. Torpaq islahatından bir neçə il sonra Dəymədağlı kənd sakini X8 ilə ataları Cavabdeh1 arasında adıkeçən şəxslərin ailələrinə məxsus 0.75 ha torpaq sahəsinin yerlərinin dəyişdirilərək istifadə olunması barədə şifahi anlaşma olmuşdur. X11rdaşı Musayev Mirqamət ilə torpaq sahələrinin yanaşı olmasını təmin etmək, əraziyə səpiləcək yoncaya texniki qulluğu və onun biçilməsini asanlaşdırmaq olmuşdur. Mülkiyyət sənədi X5 məxsus olan, lakin şifahi anlaşma əsasında istifadə olunan 0.75 ha ərazidə atamız Cavabdeh1 fındıq bağı salmış və ona qulluq göstərmişdir. X8 isə mülkiyyət sənədi ailəsinə məxsus olan 0.75 ha ərazidə yalnız yonca əkmişdir. 2019-cu ildə Musayev Telman ailəsinə məxsus 0.75 ha torpaq sahəsini satmaq qərarına gəlir və ailəsi tərəfindən isə onun haqqı ödənilərək əldə olunması təklifi torpaq sahəsi almaq niyyəti olan ailənin üzvü-Nümayəndə bildirilir. Mülkiyyət sənədi X5 məxsus torpaq sahəsinin yerində 15 ildən artıq müddətdə bar verməkdə olan fındıq bağı salındığı üçün onun əvəzində Nümayəndə adına uzun müddət X8 tərəfindən istifadə edilmiş, mülkiyyət sənədi ailəsinə və ailəsinin hər bir üzvünün bərabər paya sahib olduğu 0.75 ha boş torpaq sahəsinin rəsmiləşdirilməsi təklif olunur. Lakin ailənin üzvü Nümayəndə bu məsələyə atası Cavabdeh1 tərəfindən salınmış və qulluq olunmuş fındıq bağının gələcəkdə ailənin ümumi mülkiyyətinə aid edilməsi şərti ilə razılıq verir. Beləliklə, 0.75 ha sözügedən torpaq sahəsi ailə üzvlərinin razılığı ilə notarial qaydada ailənin üzvü Nümayəndə bağışlanır, sonuncu isə müvafiq məbləği ailə üzvləri vasitəsilə X5 ödəyir. Nəticədə mülkiyyət sənədi ailənin adına olan 0.75 ha torpaq sahəsi ailənin üzvü Nümayəndə mülkiyyətinə keçir (xx.xx.2021-ci il tarixli **********1 №li çıxarış). X3 adına olan və şifahi razılıq əsasında ailəsinin istifadəsində olan 0.75 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixində ailənin üzvləri İddiaçı1 və Nümayəndə xəbər verilmədən etibarnamə vasitəsilə təmsil olunan X2 Musayev və ailənin digər üzvü Cavabdeh2 arasında notarial qaydada müqavilə imzalanır və sonuncunun adına rəsmiləşdirilir. Hesab edirlər ki, ailənin ümumi mülkiyyətində olan torpaq sahəsi ailənin bir üzvünə bağışlanarkən şifahi öhdəlik götürmüş ailənin digər üzvü - Cavabdeh2 etibardan sui-istifadə edərək ailənin digər üzvlərini aldatmışdır. Bu situasiyada Cavabdeh2 2019-cu ildə Nümayəndə tərəfindən ödəniş edilmiş ərazini heç bir xərc çəkmədən öz adına keçirmişdir. Əslində bir müddət əvvələ qədər adıçəkilən ərazidə ailənin hər bir üzvünün bərabər paya sahib olduğu 0.75 ha torpaq sahəsi olduğu, indiki halda digər ailə üzvləri bu paydan məhrum olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən, paylı mülkiyyətdə olan ayrı-ayrı torpaq sahələrinin hər biri üzrə öz paylarına uyğun hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadələrinə verilməsi, Cavabdeh2 ilə X6 arasında notarial qaydada bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin dədiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, tələbləri ondan ibarət olmuşdur ki, İddiaçı1 və Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Qax rayonu Dəymədağlı kəndində yerləşən ailəsinə məxsus torpaq sahələrinin hər biri üzrə öz paylarına düşən uyğun hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadəsinə verilməsi, o cümlədən Cavabdeh2 ilə X6 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək paylı mülkiyyətlərində olan ayrı-ayrı torpaq sahələrinin hər biri üzrə öz paylarına uyğun hissəsinin naturada ayrılması və faktiki sahibliyinə və istifadəsinə verilməsi, o cümlədən son mövsüm ərzində əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixli ərizə ilə «İddia ərizəsinin dəqiqləşdirilməsinə dair» 2(024)528/2023 №li, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edilməsi Qax Rayon Məhkəməsindən xahiş edilmişdir: «1. Cavabdeh1, X4, İddiaçı1, X7, Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan aşağıda sadalanan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri üzrə iddiaçılar İddiaçı1 və Nümayəndə payına düşən hissənin naturada ayrılması və faktiki sahibliyində və istifadələrinə verilməsi, o cümlədən son mövsüm ərzində əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın №li-**********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0,4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li-**********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0,1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li-**********), Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, AN-1 ******* №li «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»in etibarsız hesab edilməsi.» Sözü gedən mülki iş xx.xx.2023-cü il tarixli Qərardadla Qax rayon Məhkəməsinin icraatına qəbul edilmiş və xx.xx.2023-cü il tarixində Məhkəmənin müvafiq qərardadı ilə mülki iş üzrə icraat dayandırılmış və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert rəyinin verilməsi üçün 1 (bir) ay vaxt müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda ekspert rəyinin hazır olduğu, mütəxəssis rəyinin hazırlanması üçün nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra Rəyin Qax Rayon Məhkəməsinə göndəriləcəyini bildirən cavab məktubu Qax rayon Məhkəməsinə daxil olmuş və adı keçən məktub xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən qeydə alınmışdır. Lakin bu barədə Qax Rayon Məhkəməsi tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində iddiaçılara və cavabdehlərə məlumat verilməmişdir. İddiaçı Nümayəndə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 2024-cü ilin mart ayının əvvəlində şifahi müraciəti əsasında sözügedən qurumdan mütəxəssis rəyinin 2 (iki) ay əvvəl hazır olduğu və xidmət haqqının ödənilməsi məqsədilə Qax rayon Məhkəməsinə təqdim olunduğu bildirilmişdir. Qeyd olunanlarla bağlı iddiaçı Nümayəndə xx.xx.2024-cü il tarixində rəsmi formada məhkəməyə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixində Qax Rayon Məhkəməsi tərəfindən qeydə alınmış məktub mütəxəssis rəyinin hazırlanması üçün smetada nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqının ödənilməsi məqsədilə iddiaçı Nümayəndə göndərilmişdir. İddiaçı Nümayəndə mütəxəssis rəyinin əldə olunması üçün müvafiq ödənişi həyata keçirmiş və Elektron Məhkəmə Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli ərizə ilə qəbzin surətini Qax Rayon Məhkəməsinə təqdim etmiş və dayandırılmış işin yenidən baxışa təyin edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında Qax rayonunun Dəymədağlı kəndində yerləşən 4 (dörd) torpaq sahəsinin hər biri üzrə iddiaçıların payına düşən 1/5 hissənin naturada ayrılıb iddiaçılara verilməsinin mümkün olub-olmaması barədə sual qoyulsa da, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunan mütəxəssis rəyində 3 (üç) torpaq sahəsi barədə rəy verilmiş, 1 (bir) torpaq sahəsinə dair münasibət diqqətsizlik səbəbindən unudularaq cavab məktubunda qeyd olunmamışdır. Qax Rayon Məhkəməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş natamam mütəxəssis rəyini münasibət bildirilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. İddiaçı Nümayəndə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciətindən sonra məsələ sözü gedən qurum tərəfindən araşdırılmış, natamam mütəxəssis rəyinə düzəliş olunaraq xx.xx.2024 -cü il tarixli məktubu ilə Qax Rayon Məhkəməsinə təqdim olunmuş və Qax Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə mülki iş üzrə sənədlərin tərkibinə daxil edilmişdir. Qax Rayon Məhkəməsinin sənədlərlə iş üzrə mütəxəssisinə iddiaçılar tərəfindən düzəliş olunmuş yeni rəyin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi barədə dəfələrlə şifahi müraciət olunmuşdur. Lakin Məhkəmə digər orqanlara göndərdiyi sorğu məktublarını Elektron Məhkəmə Sistemi vasitəsilə mülki iş üzrə materiallara əlavə etmədiyi üçün düzəliş olunmuş mütəxəssis rəyinin göndərilib-göndərilməməsi haqqında qəti fikir bildirmək mümkün deyil. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3009 №li məktubunun qoşmasında təqdim olunmuş ekspert rəyində Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının Mərkəzə daxil olma tarixi 23 aprel 2024-cü il olaraq qeyd olunmuşdur. Düzəliş olunmuş torpaqşünaslıq rəyinin xx.xx.2024-cü il tarixində imzalandığı və xx.xx.2024-cü il tarixində Məhkəmə tərəfindən qeydə alındığı nəzərə alınarsa, Məhkəmə Ekspertiza Mərkəzinə natamam variantın göndərildiyi şübhəsizdir. Göründüyü kimi, Qax rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli qərardadında qoyulmuş sualların tam cavablandırılmamış halda ona təqdim olunmuş torpaqşünaslıq rəyini iddiaçıların mənafeyinə zidd olduğunu bilərək (və ya ümumiyyətlə rəylə tanış olmadan) Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2024-cü il tarixində daxil olmuş natamam torpaqşünaslıq rəyinə sözügedən Mərkəzin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3009 №li məktubu ilə cavab verilmiş və Qax rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə mülki iş üzrə sənədlərin siyahısına daxil edilmişdir. Cavab məktubu ilə təqdim olunmuş ekspert rəyində Qax rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadında ekspert qarşısında qoyulmuş sualların məzmununda dəyişiklik edilmədən qərardadda oldugu kimi köçürüldüyü qeyd olunur. Qərardadda 4 (dörd) torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünə münasibət bildirilməsi xahiş olunsa da, Məhkəmə Ekspertiza Mərkəzinin 10/3009 nömrəli ekspertiza rəyində 3 (üç) torpaq sahəsi haqqında sorğu edildiyi qeyd olunur. Bundan başqa Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspert rəyinin məhkəməyə təqdim olunması üçün ekspertlərə 1 (bir) ay vaxt təyin olunsa da, Məhkəmə Ekspertiza Mərkəzi öz rəyini sorğunun daxil olduğu tarixdən etibarən 5 (beş) aydan artıq müddətə (xx.xx.2024-xx.xx.2024.) Qax rayon Məhkəməsinə təqdim etmişdir. Qax Rayon Məhkəməsindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət olunub-olunmaması barədə yazılı formada iddiaçılara məlumat verməsi xahiş olunur. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir ki, iddiaçıların və cavabdehlərin ümumibirgə mülkiyyətində olan, Qax rayonu Dəymədağlı kəndində yerləşən reyestr nömrəsi **********16, qeydiyyat №li **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan 2.4397 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə torpaqşünaslıq mütəxəssis rəyi Məhkəməyə təqdim edildiyi üçün ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Göründüyü kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin natamam rəyinin Qax rayon Məhkəməsinin diqqətsizliyi nəticəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi yekunda Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən natamam rəyin formalaşdırılmasına səbəb olmuşdur. Qax rayon Məhkəməsi özünün xx.xx.2023-cü il tarixli qərardadında qoyulmuş suallara üstündən 1 (bir) il keçməsinə baxmayaraq tam cavab ala bilməmiş, xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə münasibət bildirilməsi üçün göndərmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16- 16/2- 10/9768 №li məktubu ilə təqdim olunmuş ekspert rəyində ekspertizanın təyin olunması haqqında Qax rayon Məhkəməsinin qərardadının xx.xx.2024-cü il tarixində Mərkəzə daxil olduğu və xx.xx.2024-cü il tarixindən etibarən ekspertiza tədqiqatına başlanıldığı bildirilir. Eyni zamanda, ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş ekspertiza tədqiqatı mübahisə predmeti olan torpaq sahəsi üzrə Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş və xx.xx.2024cü il tarixli məktubla Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə istinad olunmuşdur. Beləliklə, xx.xx.2024-cü ildə ekspertizasına başlanılmış tədqiqat 6 (ay) çəkmiş, sadəcə torpaqşünaslıq mütəxəssis rəyində qeyd olunan fikir təsdiq olunmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, torpaqşünaslıq mütəxəssis rəyi hazırlanarkən ayrı-ayrı yerlərdə yerləşən 4 (dörd) torpaq sahəsinə mütəxəssis tərəfindən yerində baxış keçirilmiş və torpaqşünaslıq mütəxəssis rəyi 1 (ay) müddətində Məhkəməyə təqdim olunmuşdur. Bununla belə MPM-nin müvafiq maddələri ilə müəyyən olunmuş müddətlərdə ekspertiza rəyinin təqdim olunmamasına görə qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması üçün Qax Rayon Məhkəməsi tərəfindən hər hansı preventiv tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmiş,həmin ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert rəyinin verilməsi üçün 1 (bir) ay vaxt müəyyən olunmuşdur. MPM-nin 172.1-ci maddəsinə əsasən, işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan müəyyən olunmuş müddətlərdən (hazırki iş üzrə 4 (dörd) aydan) gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Hesab edirlər ki, mütəxəssis rəyinin aidiyyəti qurumlar tərəfindən Məhkəməyə gec təqdim olunmasında (1 (bir) ay əvəzinə təxminən 19 (on doqquz) aya təqdim olunması) iddiaçıların heç bir günahı yoxdur, bu məsələ onların iradəsindən asılı deyil. 2023-cü ilin 7 avqust tarixində iddia qaldırılarkən məsələnin qanunvericiliklə nəzərdə tutulduğu kimi ağlabatan müddətdə (4 (dörd) ay) başa çatmayacağını proqnoz edə bilməzdilər. Əksinə yekun qətnamənin qəbulunun uzanması iddiçıların mənafeyinə xidmət etmir, onların mülkiyyətlərində olan torpaq sahələrinə sərəncam vermələrinə və istifadəsinə mane olur, nəticədə onlar son üç mövsüm ərzində əldə olunacaq müəyyən faydadan məhrum olmuşlar. Ona gərə də iddiaçıların torpaq sahələrinin onların payına düşən hissənin naturada ayrılaraq faktiki sahibliklərinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsini tələb etməkdə haqlıdırlar və iddia tələbinin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində (ekspert rəylərinin gec təqdim olunması ilə bağlı) əmələ gəlmişdir. Əlavə olaraq bildirir ki, indiyədək iddia ərizəsinin təqdim olunması zamanı 100 (yüz) manat dövlət rüsumu, 95 (doxsan beş) manat mühəndis ekspertiza haqqı iddiaçılar tərəfindən ödənilərək təsdiqedici qəbzlərlə birlikdə Məhkəməyə təqdim olunmuşdur. Eləcə də 100 (yüz) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertiza rəyi üçün haqqın ödənilməsi tələb olunur. Məhkəmədən qətnamə çıxarılarkən qeyd olunan ödənişlərin məhkəmə xərci kimi 2(024)-528/2023 №li xx.xx.2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin Cavabdeh1, X4, İddiaçı1, X7, Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan aşağıda sadalanan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri üzrə iddiaçılar İddiaçı1 və Nümayəndə payına düşən hissənin naturada ayrılması və faktiki sahibliyinə və istifadələrinə verilməsi, o cümlədən iddianın qaldırıldığı 2023-cü mövsüm ilindən başlayaraq aşağıda sadalanan torpaq sahələrinin iddiaçıların payına düşən hissənin naturada ayrılaraq faktiki sahibliyiklərinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi №li **********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) və Qax rayonu, Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli AN-1 ******* №li «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»in etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən iddiaçı və İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onların ailəsinə məxsus 0.75 ha torpaq sahəsi olmuşdur. Onun da yanında kəndin başqa bir sakininin 75 sot torpağı olmuşdur. Həmin digər sakin atasından xahiş etmişdir ki, o öz qardaşı ilə yanaşı düşmək istəyir və torpaq sahəsini dəyişsinlər. Onlara məxsus torpaq sahəsinin bir tərəfində bir qardaşın, digər tərəfində isə o biri qardaşın torpaq sahələri olmuşdur. Bunlar yanaşı düşmək üçün atası ilə şifahi razılaşma etmiş və yeri dəyişmişlər. Uzun müddət təxminən 15 ildən artıq istifadə olunmuşdur. Atası dəyişdirdiyi torpaq sahəsində fındıq bağı salmışdır. Həmin bağ saldığı torpaq Telman adlı bir şəxsin adında olmuşdur. Sonda Telman demişdir ki, o öz torpağını satır, yəni boş yeri. Telman yonca səpib istifadə edirdi. Ona təklif etmişlər, o Bakı şəhərində yaşayır. O, pulu ödəmiş, pulu Telmana vermişlər. Sonra isə o biri fındıq bağı olan, yəni Telmanın adına olan torpağın ailənin adına rəsmiləşdirilməsi üç-dörd il çəkmişdir. Telman gah vaxtının olmamasını, gah anasının rəhmətə getməsini, orada adının olmasını bəhanə etmişdir. Məsələ onda idi ki, o həmin torpağı alanda torpağı, beş nəfər ailənin üzvünün adına olan 75 faiz, hərənin 15 faiz payı var idi, onlar demişlər ki, həmin torpağı atasının adına rəsmiləşdirsinlər.Təsərrüfat başçısı atası idi. Ancaq qardaşı sui-istifadə edərək öz adına rəsmiləşdirmiş və notariat kontorundan 4-5 ildən sonra qeyd olunur ki, pulu qardaşı ödəmişdir. Hesab edir ki, burada bir məntiqsizlik var. 5 il əvvəl o ödəmiş, sonra bir də qardaşı ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaısnda Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5- Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin halları
Belə ki, iş materiallarına əlavə edilmiş İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Nümayəndə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat №li müraciəti əsasında Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümum birgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №si **********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət, 0,4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - **********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li-**********) ümumi birgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.75 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li-**********17, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li **********) mülkiyyət-torpaq sahələri aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixli ********** qeydiyyat №li i müraciəti əsasında Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət, 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumibirgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li **********) ümumi birgə mülkiyyətdə olan torpaq sahələri aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr, ********** qeydiyyat №li, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi X12, X6 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN-İ №li, 09 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X6, X8 və X12 ümumi birgə mülkiyyətlərində olan Qax rayonu Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi Cavabdeh2 1.800 manat müqabilində satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr,********** qeydiyyat №li xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17 reyestr, ********** qeydiyyat №li, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.75 ha torpaq sahəsi Nümayəndə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3009 №li, 02 oktyabr 2024-cü il tarixli tikinti-texniki ekspertizasının rəydən görünür ki, müayinə nəticəsində məlum olmuşdur ki, reyestr nömrəsi **********41, sahəsi 0.4665 ha, reyestr №li **********35, sahəsi 0.1721 ha olan torpaq sahələrinin iddiaçıların hər birinin payına düşən 1/5 hissəsini naturada ayrılıb iddiaçılara vermək mümkün deyildir. Torpaq sahəsinin sadəcə tək darvaza girişi var. İki torpaq sahəsini birbirindən 2 metr enində su arxı ayırır. Hər iki torpaq sahəsi digər tərəflərdən qonşulara məxsus həyətyanı və pay torpaq sahələri ilə həmsərhəddir. Reyestr nömrəsi **********36, sahəsi 0.4502 ha olan sahəni isə hər kəsə 1/5 pay olmaq üzərə bölmək mümkündür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/9768 №li, 06 noyabr 2024-cü il tarixli tikinti-texniki ekspertizasının rəydən görünür ki, xx.xx.2024-cü il tarixli qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən Qax rayonu, Dəymədağlı kəndində yerləşən reyestr nömrəsi **********16, olan 2.4397 ha torpaq sahəsindən iddiaçıların hər birinin payına düşən 1/5 hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı xx.xx.2024cü il tarixli qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş müfaviq mütəxəssis rəyində qeyd olunmuşdur.
Məhkəmənin mövqeyi:
Məhkəmə iclasında müəyyən olundu ki, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.1721 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********35, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət, Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr №li **********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********), 0.4665 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi nömrəsi **********41, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********), Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - **********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li **********) Cavabdeh1, X4, İddiaçı1, X7 və Cavabdeh2 ümum bigə mülkiyyətlərinə verilmişdir. AN-İ №li, 09 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X6, X8 və X12 ümumi birgə mülkiyyətlərində olan Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi Cavabdeh2 1.800 manat müqabilində satmışlar. İddiaçılar qeyd olunan torpaq sahələrindən özlərinin paylarının naturada ayrılaraq onlara verilməsini və alqı satqı müqaviləsinin etirbarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə ilk olaraq tələbin torpaq sahələrini naturada bölgüsünə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, müayinə nəticəsində məlum olmuşdur ki, reyestr nömrəsi **********41, sahəsi 0.4665 ha, reyestr №li **********35, sahəsi 0.1721 ha olan torpaq sahələrinin iddiaçıların hər birinin payına düşən 1/5 hissəsini naturada ayrılıb iddiaçılara vermək mümkün deyildir. Torpaq sahəsinin sadəcə tək darvaza girişi var. İki torpaq sahəsini birbirindən 2 metr enində su arxı ayırır. Hər iki torpaq sahəsi digər tərəflərdən qonşulara məxsus həyət yanı və pay torpaq sahələri ilə həmsərhəddir. Reyestr №li **********36, sahəsi 0.4502 ha olan sahəni isə hər kəsə 1/5 pay olmaq üzrə bölmək mümkündür. xx.xx.2024-cü il tarixli qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən Qax rayonu, Dəymədağlı kəndində yerləşən reyestr nömrəsi **********16, olan 2.4397 ha torpaq sahəsindən iddiaçıların hər birinin payına düşən 1/5 hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı xx.xx.2024-cü il tarixli qərardad ilə birlikdə Mərkəzə təqdim edilmiş müvafiq mütəxəssis rəyində qeyd olunmuşdur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan qismən təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçılara məxsus hissə ekspert rəyində naturada bölünməsinin mümkün olduğu qeyd olunan torpaq sahəsindən naturada ayrılmalıdır. Məhkəmə tələbin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, AN-İ №li, 09 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləyə əsasən X6, X8 və X12 ümumi birgə mülkiyyətlərində olan Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi üzərində sərəncam hüquqlarından istifadə edərək Cavabdeh2 1.800 manat müqabilində satmışlar. Həmin şəxslər qeyd olunan torpaq sahəsinin mülkiyyətçiləri olmuşlar. Həmin vaxtı qeyd olunan torpaq sahəsinin yüklülüyünə dair heç bir məlumat aşkar edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr. ********** qeydiyyat №li, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.7499 ha torpaq sahəsi X12, X6 və X3 ümumibirgə mülkiyyətçiləri olmuş və özlərinə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada iddiaçıya satmaqla sərbəst iradəsini ifadə etmişlər. Həmin müqavilənin bağlanması iddiaçıların mülkiyyət hüquqlarını pozmamış, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Hazırda isə iddiaçılar müqavilənin onların iradə ifadəsini əks etdirməməsini iddia edərək alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə-insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi-iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçılar iddia ərizəsində qeyd etdikləri dəlilləər dair dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqim etməmişlər. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri mülkiyyətində olan torpaq sahəsini satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpağa dair Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilə tərəflərini şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcılar, həm alıcı bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqavilə notariat orqanında qeydə alınmışdır. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddiada ifadə edilmiş «müqavilənin etibarsız hesab edilməsi barədə» tələb heç bir sübuta əsaslanmadığından əsassızdır. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır. İddia tələbinin “iddianın qaldırıldığı 2023-cü mövsüm ilindən başlayaraq aşağıda sadalanan torpaq sahələrinin iddiaçıların payına düşən hissənin naturada ayrılaraq faktiki sahibliklərinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan faydadan iddiaçılara düşən hissənin hesablanaraq cavabdehlərdən tələb olunması və iddiaçılara natura və ya pul formasında ödənilməsi”nə dair hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. faktiki Torpaq sahələrinin sahibliklərinə keçəcək vaxta qədər cavabdehlər tərəfindən əldə olunan fayda tələb etməklə sübutetmə yükü üzərinə düşən iddiaçılar bununla bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim etməmişlər. AR Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya biliməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.” Lakin hazırkı mübahisə üzrə belə bir hal yoxdur. Cavabdehlər qeyd olunan torpaq sahələrinin ümumibirgə mülkiyyətçiləridir. Paylar bərabər hesab olunmuş, naturada müəyyən olunmamışdır. Ümumibirgə mülkiyyətçilər mülkiyyət hüquqularından istifadə edərək torpaq sahəsindən istifadə etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi də əsassızdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddsəinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Azərbaycan Respublikası Konstitusiyası
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar).
Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Belə olan halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxobyektli forması yaranır. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddiaçı tərəfindən məhkəmədə baxışı iclasında verilmişdir. İddiaçının nümayəndəsi və vəkili bunu cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən çıxarışın alınması ilə əsaslandırmışdır və bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməldiir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. 150 manat ekspertiza xərcinin 75 manatı iddiaçılar İddiaçı1 və Nümayəndə birgə qaydada, 75 manatı isə cavabdehlər Cavabdeh1 və X9 birgə qaydada alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Qax rayonu, Dəymədağlı kəndində yerləşən 0.4502 hektar torpaq sahəsindən (daşınmaz əmlakın reyestr №li **********36, qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat №li **********) ümumi birgə mülkiyyət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 05 aprel 2024cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən) iddiaçılar İddiaçı1 və Nümayəndə hər birinin 1/5 hissə payı və Qax rayonu, Dəymədağlı kəndində yerləşən 2.4397 hektar torpaq sahəsindən (daşınmaz əmlakın reyestr №li **********16, qeydiyyat tarixi xx.xx.2021, qeydiyyat №li **********) ümumi birgə mülkiyyətdə olan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən) iddiaçılar İddiaçı1 və Nümayəndə hər birinin 1/5 hissə payı naturada ayrılaraq iddiaçılara verilsin. İddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməsin. 150 manat ekspertiza xərcinin 75 manatı iddiaçılar İddiaçı1 və Nümayəndə birgə qaydada, 75 manatı isə cavabdehlər Cavabdeh1 və X9 birgə qaydada alınaraq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mirheydər Zeynalov.