Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-189/2024 05.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “atası X6 və X9 miras qalan Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək atası X6 və X9 miras qalan Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmiş, cavabeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların nümayəndəsinin iştirakı ilə və cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, onlar Qax şəhəri M.V.Vidadi küçəsi ev 6-da yaşayırlar. X17 xx.xx.2009-cu il tarixdə və X16 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X6 və X9 Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və 0.0816 ha həyətyanı torpaq miras qalmışdır. X17 və X16 öldükdən sonra mirası onlar idarə edirlər. Onlar həmin evdə yaşayırlar. Onlar, mərhum X17 və X9 miras qalan mirası sənədləşdirmək istəyirlər. Aralarında mübahisə olduğu üçün mirası sənədləşdirə bilmirlər. Sənədləşmə üçün Qax rayon NO-nə müraciət etsələr də orada onlara aralarında mübahisə olduğu və vərəsələr notariat kontoruna gəlmədikləri üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Onlar elə hesab etmişlər ki, X17 və X16 öldükdən sonra mirası adlarına keçirə bilərlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X6 və X9 miras qalan Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********06-10301 reyestr nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi X10 tam, həmin evin yerləşdiyi 0.0816 ha həyətyanı torpaq sahəsi ibarət mirasdan Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X10 və X12 ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2004-cü ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 ilə İddiaçı2 nikahları 22 avqut 1990-cı ildə bağlanmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 atası X17 anası isə İddiaçı2dır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X21, X13 və İsmayılova (Şabanova) Gülpəri Şeyx qızının atası X18 anası isə X11. İşə əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2024cü il tarixli, 98 saylı arayışdan görünür ki, X1 Ruslan Şeyx oğlu və qızları X21 və X7 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 nikah bağlandıqdan sonra ərinin Şabanova soyadını daşımaq hüququ verilmişdir. İşə əlavə edilmiş X1 Ruslan Şeyx oğlu və qızları X21 və X14 imzaları notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mərhum analarından miras qalmış əmlakları nə notariat ofisinə müraciət edərək nə də faktiki qəbul etməmiş, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etməmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X15 və İddiaçı2 Qax şəhəri, M.V.Vidadi küçəsi, ev 6-da qeydiyyatdadırlar. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********06-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi X10 tam, həmin evin yerləşdiyi 0.0816 ha həyətyanı torpaq sahəsi ibarət mirasdan Qax rayonunun Qaşqaçay kəndində yerləşən 0.2494 ha torpaq sahəsi X10 və X12 ümumibirgə mülkiyyətindədir. X16 xx.xx.2004-cü ildə, X17 xx.xx.2009cu ildə ölmüşdür. İsmayılova Rima X2 və qızları X21 və X7, X12 isə X15 və İddiaçı2 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X19 və qızları X21 və X20 mərhum analarından miras qalmış əmlakları nə notariat ofisinə müraciət edərək nə də faktiki qəbul etməmiş, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişlər ki, mərhum Kamran İsmayılov və Rima İsmayılovanın vərəsələri olduqları üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********06-10301 reyestr nömrəli Çıxarışa əsasən X10 tam mülkiyyətinə verilmiş Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və X10 və X12 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlakların hər biri üzərində iddiaçıların hər birinin 1/2 hissə qanun üzrə miras payı müəyyən edilməli və iddiaçıların hər birinin payı mülkiyyətlərinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********06-10301 reyestr nömrəli Çıxarışa əsasən X10 tam mülkiyyətinə verilmiş Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evi və X10 və X12 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********06-10301 reyestr nömrəli Çıxarışa əsasən X10 tam mülkiyyətinə verilmiş Qax şəhəri M.V.Vidadi küçəsi ev 75 yerləşən 0.6915 kv/m fərdi yaşayış evindən ibarət miras əmlak üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə və X10 və X12 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.0816 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə qanun üzrə miras miras payı müəyyən edilsin və iddiaçıların hər birinin payları onların mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-189/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-189/2024
05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver