Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-211/2024 06.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibarr oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quıliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən 4.607 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona məxsus olan 0.92 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin verdiyi xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Fıstıqlı kəndində yerləşən 4.607 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona məxsus olan 0.92 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Fıstıqlı kəndində yaşayır. X1 məxsus Qax rayonu Fıstıqlı kəndində yerləşən 4.607 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin çıxarışda onun 0.92 ha torpaq sahəsi vardır, lakin çıxarışa əsasən verilmiş torpaq sahəsini naturada əldə edə bilmir. Qardaşı ilə aralarında mübahisə vardır. İddiaçı bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən imtina etmişlər. Ona görə də ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş 0.92 ha torpaq sahəsinin ayrılıb naturada verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək hazırda həmin torpaq sahəsinə Çıxarış aldığını və orada özünə 0.2616 ha torpaq sahəsinin düşdüyünü göstərərək Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən ona verilmiş, Qax rayonu Fıstıqlı kəndində yerləşən 0.2616 ha torpaq sahəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh2 və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə daxil olmuş ekspertiza rəyi ilə tanış olmuşdur. Cavabdeh1 dediyi qaydada bölgü olunarsa o, çıxarış əldə edə bilməyəcəkdir. Çünki məqsədi həmin torpaq sahəsinə çıxarış almaqdır. İddiasını müdafiə edir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, onların, yəni 5 nəfər şəxsin orada torpaq sahəsi vardır. Atası vəfat etmişdir. Qalan dörd nəfər o, qardaşı İddiaçı, bacıları Cavabdeh2 və Biçə Səfərəliyevadan ibarətdir. Onların hər üçünə düşən torpaq sahəsi 0.2616 ha, ona isə 0.6606 ha ərazi düşür. Bir də atasına məxsus pay vardır. Onun da necə bölüşdürüləcəyini bilmir. Özünün, qardaşının və bacılarının atadan keçmiş payları vardır və həmin pay hələ dəqiqləşməmişdir. Torpaq sahəsində payları ümumibirgə olmuş, lakin sonradan atası bölgü etmiş və 8-9 il öz ərazisindəki məhsulu yığmışdır. Torpaq sahəsində payları ümumbirgə olduğu üçün istəyir ki, hər şey yerində olsun və ədalətli bölgü olsun. Varislər arasında razılıq olduqda bölgünü sağ sol hissəyə çəkmək mümkün olur. Çünki məhkəmə bölgüsü olsa belə sonunda varislərdən biri etiraz edən zaman sənədləşdirmə mümkün olmur. İddiaçıya 0.2616 ha tirpaq sahəsinin naturada ayrılmasına etiraz etmir, yəni ayrılsın, onların da sənəddə nə qədər yeri var ayılsın. X8 vaxtilə torpaq sahəsini üzü Türkiyə istiqamətində bölmüşdür. İndi isə bunlar torpaq sahəsinin üzü dağ tərəfə bölünməsini istəyirlər. Hal-hazırda onun payında 0.6606 ha torpaq sahəsi var. İddiaçının istifadəsində isə 50 sot topaq sahəsi vardır. Atasından miras qalan torpaq sahəsi də iddiaçının istifadəsindədir. İddiaçının 0.50 ha torpaq sahəsindən istifadə etməsinə etiraz etmir. Onlar ata payını tələb etmirlər, bir şərtlə ki, iddiaçı olduğu ərazidə qalsın, 0.2616 ha sahəni dövlət verib, halbuki istifadəsində 0.50 ha torpaq var və buna etiraz etmirlər. Ancaq bu formada bölünərsə onun torpaq sahəsi kəsilir. Çünki onun bağı digər qardaş və bacılarının bağ sahəsindən böyükdür. Səkkiz il əziyyət çəkmiş, ağacların dibini belləmiş, peyin vermiş və suvarmışdır. İddiaçıya təklif edir ki, istifadəsində olan 0.50 ha torpaq sahəsini satsın, ondan atadan qalan miras payını tələb etmirlər və iddiaçı da onların ərazisinə müdaxilə etmir. Ona görə də, torpaq sahəsinin üzü dağ istiqamətində bölünməsini istəmir, çünki çəkdiyi əziyyət də hədər gedir. Özlərinə məxsus torpaq sahəsindən cığır da verə bilər ki, iddiaçının torpaq sahəsini alan adam torpaqdan gedişgəliş edə bilsin. Daşınmaz əmlakın nümayəndəsi də notariusda bölgü razılaşdırılarkən, bir nəfər etiraz edərsə onların sənəd verə bilməyəcəyini və bu işin iknici dəfə yenidən məhkəməyə qayıdacağını və uzanacağını bildirmişdir. Yəni bu könüllülük əsasında həll olunacaq məsələdir. Mütəxəssis torpaq sahəsinə baxış keçirərkən ona məlumat verilməmişdir. Yəni torpaq bölgüsündə alternativ variant da mümkündür. Torpaq sahəsinin onun payına girmədən bölünməsinə etirazı yoxdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35 olan çıxarışdan görünür ki, paylı mülkiyyətdə olan Qax rayonu, Fıstıqlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.70 ha torpaq sahəsinin 0.6606 ha hissəsi Cavabdeh1, 0.2616 ha hissəsi Cavabdeh2, 0.2616 ha hissəsi X6, 0.2616 ha hissəsi X3 və 0.2616 ha hissəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi tərtib olunmuş yerquruluşu planına uyğun mümkündür. Həmin sxemə parelel olmaqla sahələr nəzərə alınaraq başqa sxemlər əsasında da verilə bilər. Nümunə olaraq 1 sxem işə əlavə olunub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/7159 saylı rəydən görünür ki, Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi tərtib olunmuş yerquruluşu planına uyğun mümkündür. Həmin sxemə parelel olmaqla sahələr nəzərə alınaraq başqa sxemlər əsasında da verilə bilər. Nümunə olaraq 1 sxem işə əlavə olunub. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspetiza xərci 50 manat təşkil edir. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli № ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (Mülki Məcəllənin 220.1 və 220.3-cü maddələri). İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr nömrəsi **********35, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1, X7, X4, X3 və İddiaçı paylı mülkiyyətinə verilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.70 ha torpaq sahəsinin İddiaçı payına düşən 0.2616 ha hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi tərtib olunmuş yerquruluşu planına uyğun mümkündür. Həmin sxemə parelel olmaqla sahələr nəzərə alınaraq başqa sxemlər əsasındada verilə bilər. Rəyə bölgü plan sxemi əlavə edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissə torpaq sahəsindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35 olan çıxarışa əsasən Qax rayonu, Fıstıqlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.70 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.2616 ha hissə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına uyğun naturada bölünüb ayrılsın. (Naturada bölünmənin yerquruluşu plan-sxemi mütəxəssis rəyinə əlavə edilmişdir.) İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı özünə aid edilsin. İş üzrə ekspertiza xərci cavabdehlərə aid edilməklə, 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tululub Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X5, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) saylı hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-211/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-211/2024
06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver