Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-22/2025 04.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsinə qarşı «DƏDRX-i tərəfindən 10 may 2019cu il tarixdə verilmiş **********29 reystr №li çıxarışa əsasən mülkiyyətə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsindən ona düşən ½ hissəsinin 0.5814 ha hissədə payın naturada ayrılıb verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-i tərəfindən 10 may 2019-cu il tarixdə verilmiş **********29 reystr №li çıxarışa əsasən mülkiyyətə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsindən ona düşən ½ hissəsinin 0.5814 ha hissə payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Tacəddin Ramazanov vəfat etdiyi üçün cavabdehin Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(024)294/2024 №li qərardadına əsasən Cavabdeh1 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunaraq, Cavabdeh1 ilə payın naturada ayrılması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qax rayonu, Turaclı kəndində yaşayır. Ona və X2 məxsus 1.16 ha torpaq sahəsi vardır. Ona çıxarışa əsasən verilmiş torpaq sahəsini naturada əldə edə bilmir. Maybiçə rəhmət getmiş lakin vərəsələri ilə yol tapa bilmir. O bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş ki, gəlib onun payını bölsünlər, imtina etdilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, DƏDRX-i tərəfindən 10 may 2019-cu il tarixdə verilmiş **********29 reystr №li çıxarışa əsasən mülkiyyətə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsindən ona düşən ½ hissəsinin 0.5814 ha hissə payın naturada ayrılmasını istəyir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, payın naturada bölünməsinə etiraz etmir. Bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi isə məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi 10 may 2019cü il, qeydiyyat №si **********, reyestr №si **********29 olan çıxarışdan görünür ki, paylı mülkiyyətdə olan Qax rayonu, Turaclı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.1629 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X2 məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq 25 iyun 2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, reyestr №si**********29, qeydiyyat №si ********** qeydiyyat tarixi, 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr №si **********29, qeydiyyat №si ********** qeydiyyat tarixi 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi tərəfindən tərtib olunmuş yerquruluşu planında göstərilmiş qaydada mümkündür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 10/8723 saylı rəydən görünür ki, reyestr №si **********29, qeydiyyat №si ********** qeydiyyat tarixi 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr №si **********29, qeydiyyat №si ********** qeydiyyat tarixi 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Belə olan halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxobyektli forması yaranır. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Hazırda cavabdeh payın naturada ayılmasına etiraz etmir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, Reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 10 may 2019-cu il olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür. Reyestr №si **********29, qeydiyyat №si ********** qeydiyyat tarixi, 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu, Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissə torpaq sahəsindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınıb iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 alınaraq AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunanlara və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Reyestr №si **********29, qeydiyyat №si ********** qeydiyyat tarixi 10 may 2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və X1 mülkiyyətinə verilmiş Qax rayonu Turaclı kəndində yerləşən 1.1629 ha torpaq sahəsinin İddiaçı payına düşən ½ hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına uyğun naturada bölünüb ayrılsın.(Naturada bölünmənin yerquruluşu plan-sxemi mütəxəssis rəyinə əlavə edilmişdir). Qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 Tacəddin oğlundan alınıb iddiaçının xeyrinə tutulsun. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 Tacəddin oğlundan alınaraq AZ.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-22/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-22/2025
04.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver