Məhkəmə qərarları › İş №2(024)-239/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-239/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-239/2023 01.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Cavabdeh oğlunun iştirakı ilə. İddiaçı "xxxx" Sıgorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Sıgorta Şirkəti ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeyduyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" Sıgorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" Sıgorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Sıgorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu xx.xx.2020-ci il tarixdə “Ford Tranzit” markalı. **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “HAOJUE HJ” markalı 99-A- 928 dövlət qeydiyyat nişanlı motosiklə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq. “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə 725 (yeddi yüz iyirmi beş) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 088585 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “HAOJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə 725 (yeddi yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlunun təqsirli olması xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd odilmesi haqqında qərarda öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkəti tərəfindən ödənilmiş 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun: 63.1 -ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə huququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzim ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, onun “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” markalı. **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı hərəkət yoluna çıxmış və nəticədə həmin yola əks istiqamətdə hərəkət edən motosikllə toqquşmuşdur. Təxminən 100 metr getdikdən sonra avtomobili saxlamış, lakin motosiklin orada olmadığını görərək çıxıb getdiyini zənn etmiş və oradan uzaqlaşmışdır. Sonradan məlum olmuşdur ki, toqquşduğu motosiklə 725 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin hadisə ilə bağlı barəsində inzibati tədbir görülməmiş, o hər hansı bir məsuliyyətə cəlb olunmamışdır. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" Sıgorta Şirkəti ASC-nin 088585 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeydiyyat nişanlı motosiklə dəymiş ziyana görə cəmi 725 (yeddi yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından və ona əlavədən görünür ki, "xxxx" Sıgorta Şirkəti ASC əlavəyə əsasən X2 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş motosiklə baxış keçirilmiş və baxış nəticəsində motosiklə 725 (yeddi yüz iyirmi beş) manat ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan AE 714097 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlunun “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan AC № 672202 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “FORD TRANSİT YÜK” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İşin materiallarında olan ƏN-V № 084665 saylı etibarnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə “FORD TRANSİT” markalı, **-HB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh oğluna idarə etməsi üçün etibar edilmiş, həmin etibarnamənin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olmuşdur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh oğluna iddiaçı tərəfindən “HAOUJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə sığorta şrkəti tərəfindən ödənilmiş 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişinin geri ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan müstəntiqin cinayət işinin başlanması haqqında 27 iyul 2020-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışdan görünür ki, Cumayev X5 rayonu Almalı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Sıgorta Şirkəti ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30.40 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlu 04 iyul 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “FORD TRANSİT” markalı, **-HB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil idarə edən zaman əks istiqamətdə hərəkətdə olan “HAOUJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı motosikllə toqquşmuşdur. "xxxx" Sıgorta Şirkəti ASC tərəfindən zədələnmiş nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış nəticəsində 725 (yeddi yüz iyirmi beş) manat ziyan dəyməsi müəyyən edilərək 088585 saylı sığorta Aktı tərtib edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeydiyyat nişanlı motosiklə dəymiş ziyana görə cəmi 725 (yeddi yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi hesablandıqdan sonra “motosiklin sürücüsü X2 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi etmişdir. Bundan sonra Cavabdeh oğluna pretenziya məktubu ünvanlanaraq iddiaçı tərəfindən “HAOUJUE HJ” markalı 99-A-928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə sığorta şrkəti tərəfindən ödənilmiş 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişinin geri ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəməyə hadisə ilə bağlı araşdırma aparılaraq toplanmış materialda cinayət tərkibi olmadığı üçün Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbeh edilməsi barədə müstəntiqin 27 iyul 2020-ci il tarixli qərarının surətini təqdim etmişdir. İddiaçı tərəfindən cavabdehin hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb olunması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehin dəymiş ziyanla bağlı təqsirinin olması ilə bağlı, məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı Cavabdeh baş vermiş hadisə ilə bağlı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması barədə məhkəməyə sübut təqdim etmədiyi üçün cavabdehin dəymiş ziyanla bağlı təqsirinin olması sübuta yetirilməmişdir. İddiaçı məhkəməyə DYP-nin yol nəqliyyat hadisəsi ilə bağlı materialın surətlərini “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığrotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışın, cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiqin qərarının və s” surətini təqdim etmişdir. Sənədlərin surətləri isə sübut hesab edilə bilməz. Mülki Qanunvericiliyin tələblərinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Müvafiq normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddesinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğinda sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakin onu istifadə etməyə, idarə etməyə, işlətməyə və dəgər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında həmin şəxsə qarşı yaranır. Zərərçəkən vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azerbaycan Respublikası Mülki Məcəlləsinin 21. 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi va sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki va hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərcəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: hu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin haş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi uçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti alımda fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə hilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Sıgorta Şirkəti ASC-nin Cavabdeh oğluna qarşı ““HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçının ödədiyi 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrinə əsasən məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı ""xxxx" Sıgorta Şirkəti ASC-nin Cavabdeh oğluna qarşı “HAOJUE HJ” markalı, 99-A-928 dövlət qeyduyyat nişanlı avtomobilə dəymiş zərərə görə 725 (yeddi yüz iyirmi beş) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30.40 (otuz qırx qəpik) manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. "xxxx" Sıgorta Şirkəti ASC-nin ödədiyi 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar