Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-242/2023 17.05.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X9, Cavabdeh iştirakı ilə. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “1161.52 manat borcun və 31.62 manat dövlət rüsumunun tutulması tələbi”nə dair ilkin iddia, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə və X13 İstismar idarəsinin qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək cavabdeh Qax rayonu İlisu kəndində yaşayan X1 göstəricisinə əsasən aparılmış hesabata görə 21.04 (iyirmi bir manat 04 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1140.48 (bir min bir yüz qırx manat 48 qəpik) manat, cəmi 1161. 52 (bir min bir yüz altmış bir manat 52 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 31.22 (otuz bir manat 22) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümimlikdə isə 1193.14 (bir min bir yüz doxsan üç manat 14 qəpik) manat borcun (pulun) tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə və X13 İstismar idarəsinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz olaraq hesablanmış 1161.52 (bir min bir yüz altmış bir manat 52) qəpik manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsində göstərmişdir ki, “SOCAR” “Azəriqaz” İB-nin X13 istismarı İdarəsinin Qax xidmət sahəsinin istehlakçı kimi qeydiyyatda olan Qax rayonu İlisu kəndində cavabdeh X6 məxsus mənzilində 7815 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X4 **********00000 saylı qaz hesabında ödənilməmiş 1161.52 manat borc vardır və hazırda məcburi qaydada odənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 21.04 manat hissəsi sayğac göstəricisinə və 1140.48 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 21.04 manat həcmindəki borc cavabdeh X4 yaşadığı ünvanda hazırda istismarda olan (G4T markalı ******* nömrəli sayğacın 5068 kubmetr güstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc cavabdeh X4 yaşadığı Qax rayonu İlisu kəndində yerləşən mənzilində istismarda olmuş G- 4 markalı ******* nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir, belə kı, “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə X4 yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni ularaq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii X8 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİnin xx.xx.2022-ci ıl tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9504 kubmetr (və ya 1140.48 manat) həcmində müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsini əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “X8 tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasım, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2. 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X8 tələblərinə əməl elməli, təqsırli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə uzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bnıtkvəya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cıı bəndində qeyd olunur ki. “Azəriqaz“ istehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi uçüıı şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylayıcının səlahiyyətli şəxsinin hu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə gorə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanıınım 13.6-cı maddəsinə, “X8 6.1.6-cı bəndinə və tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 2.2.5.6-cı bəndinə əsasən, qaz paylayıcısı məhkəmə qərarı ilə istehlakçıya verilən təbii qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin taın ödənilməsini tələb edə bilər, hu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən “zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu uçun məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdırilməyıbsə. borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gəlirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsiııə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zorərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə gorə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir Həmin Məcəllənin 139.1-cı maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Göstərilənlərə əsasən, cavabdeh Qax rayonu İlisu kəndində yaşayan X1 göstəricisinə əsasən aparılmış hesabata görə 21.04 (iyirmi bir manat dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1140.48 (bir min bir yüz qırx manat qırx səkkiz qəpik) manat, cəmi 11610.52 (bir min bir yüz altmış bir manat əlli iki qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 31.22 (otuz bir manat iyirmi iki) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümimlikdə isə 1193.14 (bir min bir yüz doxsan üç manat on dörd qəpik) manat borcun (pulun) tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, X13 İstismar İdarəsinin işçiləri onun evinə gələrək qaz sayğacının yenisi ilə əvəzləmək məsədi ilə ona məxsus olan sayğacı akt əsasında aparıb getmişlər. Həmin vaxtı həyat yoldaşı evdə olmuşdur. Köhnə sayğacı aparıb daha sonra yenisi ilə əvəz etmişlər. Bundan sonra qaz borcunu ödəmək istədikdə əlavə 1162.52 manat borc yazıldığı məlum olmuşdur. Bununla bağlı o Qax rayon Qaz İstismar idarəsinə müraciət etmiş, yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş sadəcə bildirmişlər ki, ona verilən sayğaca müdaxilə edilmişdir. Tərəfindən həmin sayğaca müdaxilə olunmamışdır. Hesab edir ki, hesablanmış qanunsuz pul məbləği silinməlidir. İddiaçının tələb etdiyi 21.04 (iyirmi bir manat 04 qəpik) manat isə onun istifadə etdiyi sərfiyyatdır. İddianın həmin məbləğlə bağlı hisəsini qəbul edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz olaraq hesablanmış 1161.52 (bir min bir yüz altmış bir manat 52 qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair 25 yanvar 2016-cı il tarixli müqavilədən görünür ki, “Azəriqaz” İB və Balabəy Şıxalıyev müqavilənin şərtlərini qəbul edərək imzalamışlar. İş materiallarına əlavə edilmiş, “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin təbii X8 pozulması haqqında ******* saylı Aktın təsdiq olunmuş surətindən görünür ki, X7 tərəfindən Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qaz xətti çəkilməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş, “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin Qax Xidmət sahəsinin xx.xx.2022-ci il tarixli Aktından görünür ki, X7 tərəfindən Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinin G-4 markalı zavod nömrəsi (7948015)göstəricisi 3776 kubmetr olan sayğacın birləşmə nöqtəsinin d-57 mm-lik qaz xəttinin yanından qanunsuz olaraq d+5 mm-lik dəmir boru vasitəsi ilə evə qaz gətirilmişdir. İş materiallarına əlavə edilmiş, “Azəriqaz” İB-nin tərtib etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 90 gün müddətində itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 9504 m3-dur. İşdə olan “Abonentin saldosu”nun təsdiq edilmiş surətindən görünür ki, qaz hesabı **********00000 olan abonent X3 2023-cü ilin yanvar ayına borcu 1161.52 manat göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Azəriqaz” İB məhkəmədə iddia qaldırmaq üçün 33.22 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, ilkin və qarşlıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 “Azəriqaz” İB-nin X13 istismarı İdarəsinin Qax xidmət sahəsində 7815 saylı alqı-satqı müqaviləsi əsasında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeha məxsus Qax rayonu İlisu kəndində yerləşən mənzilində istismarda olmuş “G-4” markalı ******* nömrəli qaz sayğacından kənar qeyriqanuni qoşulma halı müəyyən edilmişdir, xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı X4 yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii X8 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akl tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİnin xx.xx.2022-ci ıl tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9504 kubmetr (və ya 1140.48 manat) həcmində müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdeh X4 **********00000 saylı qaz hesabında ödənilməmiş 1161.52 manat borc hesablanmışdır ki, borcun 21.04 manat hissəsi sayğac göstəricisinə və 1140.48 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə əlaqədardır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeha məxsus Qax rayonu İlisu kəndində yerləşən mənzilində istismarda olmuş “G-4” markalı ******* nömrəli qaz sayğacından kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlansa da, cavabdehin sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci ıl tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9504 kubmetr (və ya 1140.48 manat) həcmində müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdehin yuxarıda qeyd edilən həcmdə neçə gün müddətinə təbii qazdan istifadə etməsini təsdiq edən sübutlar və cavabdehin gətirdiyi dəlilləri təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən ilkin iddia tələbinin 9504 kubmetr (və ya 1140.48 manat) həcmində qaz sərfiyyatının dəyəri tələbi hissəsi əsassızdır. İlkin iddia tələbinin 21.04 manat borc hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin borc sayğac göstəricisinə əsasən cavabdeh tərəfindən sərf olunan qazdan istifadəyə görə yaranmış borc olduğundan iddiaçı tərəfindən qanuni əsaslarla hesablanmışdır və bu səbəbdən ilkin iddia tələbinin həmin hissəsi əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 9504 kubmetr (və ya 1140.48 manat) həcmində müəyyən edilməsinə baxmayaraq cavabdehin yuxarıda qeyd edilən həcmdə təbii qazdan istifadə etməsini təsdiq edən sübutlar və cavabdehin gətirdiyi dəlilləri təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyi qənaətinə gəldiyindən və borcun 21.04 manat hissəsi sayğac göstəricisinə əsasən hesablandığından Balabəy Şıxaəliyev qarşılqlı iddia tələbinin 1140.48 manat hissəsində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylayıcının səlahiyyətli şəxsinin hu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə gorə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanıınım 13.6-cı maddəsinə, “X8 6.1.6-cı bəndinə və tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 2.2.5.6-cı bəndinə əsasən, qaz paylayıcısı məhkəmə qərarı ilə istehlakçıya verilən təbii qazın verilməsini dayandıra bilər. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin fərdi yaşayış evinə əlavə qaz çəkməklə neçə gün müddətində və hansı həcmdə nə qədər təbii qazdan istifadə etməsi barədə sübut təqdim edilmədiyindən həmin hal məhkəmə tərəfindən tam müəyyən edilə bilmədiyi üçün, məhkəmə iddiaçıya hesablanan qaz sərfiyyatının əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia.bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə məhkəmə belə nitəcəyə gəlir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 21.04 (iyirmi bir manat 04 qəpik) manat və ödənilmiş 31.22 (otuz bir manat 22 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, ümimlikdə isə 52.66 (əlli iki manat 66 qəpik) manat pul tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməli, (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************), ilkin iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, “Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən X5 hesablanmış 1140.48 (bir min bir yüz qırx manat 48 qəpik) manat məbləğində borc silinməli, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 21.04 (iyirmi bir manat 04 qəpik) manat və ödənilmiş 31.22 (otuz bir manat 22 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, ümimlikdə isə 52.66 (əlli iki manat 66 qəpik) manat pul tutularaq “Azəriqaz” İB-nin xeyrinə aşağıdakı hesaba ödənilsin. (Bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) İlkin iddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “Azəriqaz” İB-nin Zaqatala RQİİ tərəfindən X5 hesablanmış 1140.48 (bir min bir yüz qırx manat 48 qəpik) manat məbləğində borc silinsin. Qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-242/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-242/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver