Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-29/2025 25.02.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı «Qax rayon Aqrar islahat Komissiyası tərəfindən 28 iyun 1998-ci il tarixdə verilmiş JN175 KOD 40305018 №li dövlət aktına əsasən mülkiyyətə verilmiş Qax rayonu Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsindən onlara düşən ½ hissə 0.63 ha hissə paylarının naturada ayrılıb verilməsi tələbinə» dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayon Aqrar islahat Komissiyası tərəfindən 28 iyun 1998-ci il tarixdə verilmiş JN-175, KOD 40305018 №li dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş Qax rayonu Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsindən onlara düşən ½ hissə 0.63 ha hissə paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus 0.63 ha torpaq sahəsi vardır. Dövlət tərəfindən verilmiş torpaq sahəsini naturada əldə edə bilmir. Qurbanov Ramazan və Qurbanova Gülənbər rəhmətə getmiş, lakin vərəsələri ilə yol tapa bilmirlər. Vərəsələrdən biri xaricdə olur. O bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişdir ki, gəlib onun payını bölsünlər. Lakin imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, torpaq sahəsində nənəsinin və babasının payları vardır. O həmin paylardan imtina etmişdir. O, özünə düşən torpaq sahəsinin naturada ayrılmasını və mülkiyyətinə verilməsinə dair Çıxarış almaq istəyir. İstəyir ki, özünə düşən paya dair çıxarış alsın və subsidiya ala bilsin. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O da özünə düşən torpaq sahəsinin naturada ayrılmasını və mülkiyyətinə verilməsini istəyir. İddianın təmin edilməsini xahiş edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-175, KOD 40305018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonu, Qorağan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.26 ha torpaq sahəsi X1, X2, İddiaçı1 və X4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, JN-175 KOD 40305018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan və ümumibirgə mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsinin paylara uyğun naturada bölünüb ayrılması mümkündür. Həmin bölünmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/8223 №li, 04 dekabr 2024-cü il tarixli rəydən görünür ki, JN-175 KOD 40305018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan və ümumibirgə mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsinin paylara uyğun naturada bölünüb ayrılması mümkündür. Həmin bölünmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyil. **********10 reyestr №li torpaq sahəsinin 0.125 ha hissələrə bölünməsi mümkün olan sxemlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Belə olan halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxobyektli forması yaranır. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi birgə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçılar birgə mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmişlər. Lakin iddiaçıların payının ayrılmasına cavabdeh razılıq verməmişdir. Ümumbirgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, JN-175 KOD 40305018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan və ümumibirgə mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsinin paylara uyğun naturada bölünüb ayrılması mümkündür. Həmin bölünmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi üzərində tikili mövcud deyil. **********10 reyestr №li torpaq sahəsinin 0.125 ha hissələrə bölünməsi mümkün olan sxemlər tərəfindən tərtib olunmuş yerquruluşu planında göstərilmiş qaydada mümkündür (sxem 1, sxem 2, sxem 3). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə orto foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməli və paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissə torpaq sahəsindən naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «X7» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin Qanununu 9.4-cü bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan «100» manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh2 alınaraq AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunalara və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN-175 KOD 40305018 №li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan və ümumibirgə mülkiyyətində olan Qax rayonu, Qorağan kəndində yerləşən 1.26 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 payına düşən ½ hissə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına uyğun naturada bölünüb ayrılsın (Naturada bölünmənin yerquruluşu plan-sxemi mütəxəssis rəyinə əlavə edilmişdir). İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Bundan başqa iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh2 alınaraq AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №2(024)-29/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-29/2025
25.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver