Məhkəmə qərarları › İş №2(024)-30/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-30/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-30/2025 03.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlaklıarın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlaklıarın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayonu, İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.m olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda qeyd edilən əmlakdan onun mülkiyyəti olan 8/10 hissəsinin həmin payları almaqda üstünlük hüququ olan cavabdehlər X4 və Cavabdeh2 tərəfindən payının dəyəri olan 30.000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakdan ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.m olan yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin 2(024)571/2022 №li, 19 oktyabr 2022-ci ıl tarixli qətnaməsi ilə Qax rayonu, İlisu kəndində yerləşən sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 96.60 kv.metr olan yəşayş evi 8/10 hissə onun, 2/10 hissə Cavabdeh1 və Cavabdeh2 umumi birgə olmaqla paylı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR Publik Huquqı şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi həmin torpaq sahəsində sahəsi 95.60 kv.metr olan yaşayış evi 8-10 hissə onun 2/10 hissə Cavabdeh1 qzı ilə Cavabdeh2 nın ümumibirgə olmaqla paylı mülkiyyətinə verilmişdir Qeyd edilən onun mülkiyyəti olan əmlaklardan istifadə edə bilmir. Cavabdehlər Gulnarə Nəcəfova və Cavabdeh2 ona həmin əmlaklardan istifadə etməyə qoymur və o öz payının naturada ayılmasını, əgər bumümkün olmazsa hərrac vasitəsilə satılaraq paylara münasib şəkildə bölünməsini istəyir. Oax rayonu, İlisu kəndirdə yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 yaşayış evinin onun mülkiyyəti olan 8/10 hissəsi həmin payı almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Gölçöhrə Nəcəfova tərəfindən payının dəyəri olan müvafiq olaraq 30.000 manat pulun ona qeyd edilən əmlakdan ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.metr olan yaşayış evinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib şəkildə bölünməsim istəyir. Hesab edir ki. Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.60 kv.m olan yaşayış evi üzərində ona düşən hissəni başqa yolla əldə edə bilmir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, ərizə ilə müraciət edib xahiş etmişdir ki, qarşı tərəf ona pul ödəsin, o da mirası əmlakdan çıxsın, ya da ev hərraca çıxarılaraq satılb bölünsün. Üç təklif var, qarşı tərəf isə heç birinə razı olmur. İstəyir ki, bu işə son qoyulsun. Bu əmlak Qax rayonu İlisu kəndində yerləşən 0.3 ha torpaq sahəsində yerləşir və 95.60 kv.m olan fərdi yaşayış evidir. Bu əmlakın 8/10 hissəsi məhkəmə qərarı əsasında ona verilmişdir. 2/10 hissəsi isə Cavabdeh1 və Cavabdeh2 verilmişdir. Təxminən beş-altı il bundan əvvəl məhkəmə prosesləri olmuşdur. Vəsiyyətnamə olmuş, işə baxılmış və qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsasında Çıxarış alınmışdır. Yəin həmin vaxtdan etibarən evin 8/10 hissəsi ona, qalan 2/10 hissəsi isə cavabdehlərə məxsus olmuşdur. Bu əmlak bir dəfə hərraca çıxarılmış, hərracda satılmışdır. Hərracda satılma sonradan ləğv olunmuşdur. Çünki cavabdehlər məhkəmə proseslərinə cəlb olunmamışlar. Prosessual pozuntu olduğu üçün qətnamə ləğv olunmuşdur. Sonradan yenidən məhkəmə prosesi olmuş, cavabdeh özü iddia qaldırmış, 4 dekabr 2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyində konkret olaraq göstərilmişdir ki, fərdi yaşayış evinin bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə qərarı elan olunası günü cavabdeh tərəfi iddianı geri götürmüşlər. İddiaçı da mahiyyəti başa düşməmiş və işin baxılmasını tələb etməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ekspert təyin olunarkən də etiraz etməmişlər. Ekspert tərəfindən təkrar rəy verilmişdir ki, yaşayış sahəsini bölünməsi mümkün deyildir. Belə olduyqda ancaq yaşayış evinin hərracda satılması yolu qalır. 40.000 manatın yarasını mənə versinlər. Tələbləri ondan ibarətdir ki, naturada bölgü mümkün deyilsə ev hərracda satılmalıdır. İddia tələbinin təmin olunmasını, evin hərraca çıxarılaraq hərrac vasitəsi ilə satılaraq paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahat verib göstərdi ki, keçən məhkəmə prosesində də demişdir ki, komissiya gəlsin, baxış keçirilsin və evin vəziyyətinə baxılsın. İddiaçının özünə düşən pay nədir onu ödəsinlər. O iddiaçıya düşən payı alır. O, sülhün tərəfdarıdır. Çox haqsızlıqlar olmuşdur. Həmin evdə atası yaşamışdır. Digər iki bacı da, hansı ki, öz paylarından iddiaçını xeyrinə imtina etmişlər, onlar da evin satılmasını istəmirlər. İddiaçı evi satmaq istəyir. 15.000 manat bacısına vermək istəyir. Lakin bacısı həmin puldan imtina edir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48-10301 reyestr, ********** qeydiyyat №li, 21 fevral 2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, İlisu kəndində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 95.6 kv.m sahədən ibarət fərdi yaşayış evinin 8/10 hissəsi İddiaçı mülkiyyətində, 2/10 hissəsi Cavabdeh2 və Cavabdeh1 ümumibirgə mülkiyyətindədir. **********48-10301 reyestr, 129 invetnar №li, xx.xx.2022-ci il tairxdə tərtib edilmiş fərdi yaşayış evinin texniki parportunun surətindən görünür ki, həmin sənədin xüsusi qeydlər hissəsində sənədin verilməsinə əsas Qax Rayon məhkəməsinin 2(024)-571/2022 №li, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/6033/2024 №li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Qax rayonu, İlisu kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinin payına düşən 2/10 hissələrin naturada bölünməsinin İnşaat Norma və Qaydaıarı 2.08.01.89* un 1.1, 2 2. 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin aradırlan halları və işdə olan sübutların bir-biri ilə əlaqəli şəkildə tədqiqi nəticəsində müəyyən edildi ki, Qax Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(024)- 201/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək mərhum X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsinə vərəsəlik açılması və Qax rayon DNK-da təsdiq olunmuş 02 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin icra edilməsi, X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı vəsiyyətnamə üzrə düşən pay 1/2 hissə və yerdə qalan 1/2 hissədən iddiaçının məcburi payı və X7, X5 iddiaçının xeyrinə imtina etdikləri məcburi payları nəzərə alınmaqla ümumilikdə 3/5 hissəsinin İddiaçı verilməsi, müvafiq sənədləşmə işlərinin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi və iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin12 saylı Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2020ci il tarixli ********** qeydiyat nömrəli Çıxarış verilmişdir. İddiaçı hazırda Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.m olan yaşayış evinin naturada bölünməsi, bu mümkün olmadıqda qeyd edilən əmlakdan onun mülkiyyəti olan 8/10 hissəsinin həmin payları almaqda üstünlük hüququ olan cavabdehlər X4 və Cavabdeh2 tərəfindən payının dəyəri olan 30.000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakdan ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.m olan yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsini xahiş edir. İddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə müraciət etdikdən sonra hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisəli Qax rayonu İlisu kəndində yerləşən ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.03 ha həyətyan torpaq sahəsinin İddiaçı paylı mülkiyyətinə verilmiş 8/10 hissə payının natura qaydasında bölünməsinin mümkün olub-olmamasını müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan zəruri olduğundan iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin eksperti tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmış, verilmiş 11 fevral 2025-ci il tarixli № 3-16-16/2- 10/6033/2024 nömrəli rəyə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Qax rayonu. İlisu kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinin payına düşən 2/10 hissələrin naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2 2. 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Qax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli daşınmaz əmlak üzərində payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada real bölgüsü mümkün olmamışdır. Həmçinin, cavabdeh, mübahisəli əmlakın digər mülkiyyətçisi olan Cavabdeh2 məhkəmədə İddiaçı ona məxsus payın dəyərini məhz onun tələb etdiyi 30.000 manat həcmdə ödənilməsi ilə razı olmadığını bildirmiş, keçirilmiş məhkəmə iclasında da tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər paylı mülkiyyətçilərdir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan qeyd olunan əmlaklardan iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdehlər iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişlər. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi hərracdan satılmalı və əldə edilmiş satışdan əlavə oluna məbləğ paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Qeyd olunan daşınmaz əmlaklardan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi ilə bağlı paylı mülkiyyətçilər arasında mübahisə vardır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli əmlakın açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehlərin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq, ekspert rəyində qeyd olunanlara əsasən hesab edir ki, qeyd olunan daşınmaz əmlakın naturada bölgüsü mümkün deyildir və hazırki mübahisə ilə bağlı iddianın predmetini təşkil edən daşınmaz əmlakın naturada bölgüsü mümkün olmadığı və tərəflər əmlak bölgüsü ilə bağlı öz aralarında razılığa gələ bilmədiyi üçün, məhkəmə hesab edir ki, Qax rayonu İlisu kəndində yerləşən, 0.03 ha torpaq sahəsi üzərində yerləşən 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsi açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait mülkiyyətçilər arasında daşınmaz əmlakda paylarına mütənasib surətdə bölüşdürülməlidir. Tətbiq edilən hüquq Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ əşya hüquqları institunun əsas və aparıcı sahəsidir. Mülkiyyət hüququ əşya hüquqları sisteminə daxil olsa da, öz məzmununa görə digər əşya hüquqlarından köklü surətdə fərqlənir. Hər şeydən əvvəl digər əşya hüquqları əşyanın mülkiyyətçisi olmayan şəxslərə mənsub ola bildiyi halda, mülkiyyət hüququ yalnız həmin əşyanın mülkiyyətçisinə mənsub ola bilər. Mülkiyyət hüquq münasibətləri cəmiyyətin iqtisadi-sosial həyatının təməlində dayanır və onun inkişafında mühüm rol oynayır. Mülki hüquq sistemində mülkiyyət hüququ öz qanuni mövqeyində bərqərar oldu. Şərh olunan maddədə göstərildiyi kimi, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ödədiyi 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci hər birindən 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qax rayonu, İlisu kəndində yerləşən, 0.03 ha torpaq sahəsi üzərində yerləşən 1930cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsi açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında onların daşınmaz əmlakda paylarına mütənasib surətdə bölüşdürülsün. iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumu və xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci hər birindən 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar