Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-350/2023 18.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu il tarixli 10 saylı qərarına əsasən verilmiş JN 146 KOD 40317028 saylı dövlət aktına əsasən Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsindən ona düşən 0.62 ha payının naturada ayrılıb verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-146 KOD 40317028 saylı dövlət aktına əsasən Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsindən ona düşən 0.62 ha payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Qax rayonu Marsan kəndində yaşayır. Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu il tarixli 10 saylı qərarına əsasən verilmiş JN-146 KOD 40317028 saylı dövlət aktına əsasən Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsi ona və anasına verilmişdir. X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onunla bacıları arasında problemlər olduğu üçün dövlət aktına əsasən ona verilmiş 0.62 ha torpaq sahəsini naturada əldə edə bilmir. O, bununla bağlı DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin mübahisə olduğu üçün imtina etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu il tarixli 10 saylı qərarına əsasən verilmiş JN 146 KOD 40317028 saylı dövlət aktına əsasən Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsindən ona düşən 0.62 ha payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsi X4 və İddiaçı Cəfər qızının ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 106024 saylı rəyindən görünür ki, Məhkəmə Ekspetizası Mərkəzinə ekspertizanın təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ilə birlikdə daxil olmuş, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0146, KOD 40317028 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi iki hissədən (JN-146, JN-146Z) ibarətdir, iddiaçının iddiasında göstərilən torpaq sahələri sənəd üzrə (JN146-0.92ha) faktiki olaraq naturada 8661 kv.m-dir, JN-146Z, KOD 40306018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi sənəd üzrə və naturada 0.32 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem 1, sxem 2) göstərilmişdir. İddiaçıların naturada göstərdiyi 8661 kv.m torpaq sahəsini 1/2 paya uyğun 4331 kv.m və JN-146Z 0.32 ha torpaq sahəsini 1/2 paya uyğun 1600 kv.m hissəsini naturada ayrılıb iddiaçılara verilməsi mümkündür və döngə nöqtələri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında sxerrripvə sxem-2-də göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 334299 saylı ölüm hqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2009-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Marsan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayoinu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsi X4 və İddiaçı Cəfər qızının ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırda Qax rayon Aqrar İslahat komissiyasının 06 dekabr 1999-cu İİ tarixli 10 saylı qərarına əsasən verilmiş JN-146 KOD 40317028 saylı dövlət aktına əsasən Qax rayonu Marsan kəndində yerləşən 1.24 ha torpaq sahəsindən ona düşən 0.62 ha payının naturada ayrılıb verilməsini xahiş edir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 sentyabr 2023-cü il tarixli, 106024 saylı rəy verilmiş, həmin rəylə İddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0146, KOD 40317028 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi iki hissədən (JN-146, JN-146Z) ibarətdir, iddiaçıların iddiasında göstərilən torpaq sahələri sənəd üzrə (JN146- 0.92ha) faktiki olaraq naturada 8661 kv.m-dir, JN-146Z, KOD 40306018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi sənəd üzrə və naturada 0.32 ha olub döngə nöqtələrinin, koordinatları tərtib edilmiş yerquruluşu planında (sxem 1, sxem 2) göstərilməsi və iddiaçıların naturada göstərdiyi 8661 kv.m torpaq sahəsini 1/2 paya uyğun 4331 kv.m və JN-146Z 0.32 ha torpaq sahəsini 1/2 paya uyğun 1600 kv.m hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür və döngə nöqtələri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında sxemi və sxem-2-də göstərilməsi qeyd edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda da Cavabdeh 50(əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0146, KOD 40317028 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin iki hissədən (JN-146, JN-146Z) ibarət olması və iddia tələbində göstərilən torpaq sahələri sənəd üzrə (JN146-0.92ha) faktiki olaraq naturada 8661 kv.m olması, JN-146Z, KOD 40306018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsisinin isə sənəd üzrə və naturada 0.32 ha olması nəzərə alınmaqla, 8661 kv.m torpaq sahəsinin İddiaçı 1/2 hissə payı və JN- 146Z 0.32 ha torpaq sahəsinin İddiaçı 1/2 hissə payı natuirada ayrılıb iddiaçıya verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0146, KOD 40317028 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin iki hissədən (JN-146, JN-146Z) ibarət olması və iddia tələbində göstərilən torpaq sahələri sənəd üzrə (JN146-0.92ha) faktiki olaraq naturada 8661 kv.m olması, JN-146Z, KOD 40306018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin isə sənəd üzrə və naturada 0.32 ha olması nəzərə alınmaqla, 8661 kv.m torpaq sahəsinin İddiaçı 1/2 hissə payı və JN-146Z 0.32 ha torpaq sahəsinin İddiaçı 1/2 hissə payı naturada ayrılıb İddiaçı verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-350/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-350/2023
18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver