Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-36/2024 09.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada verilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 məxsus olan Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı 1.07 ha torpaq sahənin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmiş, cavabdeh X2 iddianı qəbul etmişdir. İddiaçılar İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Ağçay kəndində yaşayır. Qax rayonu Çüdüllü kənd sakini Cavabdeh2 xx.xx.2006-cı ildə 1.07 ha torpaq sahəsi almışdır. Həmin alqı-satqı müqaviləsi xx.xx.2006-cı il tarixdə rəsmi olaraq Qax rayon Notariat kontorunda bağlanmışdır. Aldığı torpaq sahəsi Cavabdeh2, X2, Cavabdeh4 aqrar islahat komissiyasının qərarına əsasən verilmiş və paylı mülkiyyətdir. O, rəsmi olaraq torpaq sahəsini aldıqdan sonra çıxarış almaq üçün İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət etmiş, həmin idarədə ona torpaq sahəsinin Bölgü Planının satanlar tərəfindən razılıqlarının öz imzaları ilə təsdiq edilməsinin vacib olduğu bildirilmişdir. Aradan 8 il müddət keçməsinə baxmayaraq cavabdehlər həmin Bölgü Planını öz imzaları ilə təsdiq etmirlər və nəticədə o torpağa çıxarış ala bilmir. Bu səbəbdən torpaq sahəsinin naturada ayrılıb verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 məxsus olan Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı 1.07 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, torpaq sahəsinin bölgü planına uyğun bölünməsinə razıdır. İdianı qəbul edir. Təmin eidlməsinə etiraz etmir. İş materiallarını nəzərdən keçirib, İddiaçı və Cavabdeh3 izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsi Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh2 Məmmədli oğlu və İddiaçı arasında bağlanımş və Qax rayon Notariat kontorunda təsdiq olunmuş AN-İ ******* nömrəli 08 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin 1.07 ha hissəsini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/9116 saylı rəyindən görünür ki, JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin sənədi coğrafi yerləşməsi ilə faktiki istifadə qaydası fərqlidir və naturada faktiki istifidəsi 2.98 hektardır. Faktiki istifadədə olan torpaq sahəsinin 1/3 hissə paya uyğun hissəsinin ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün banka 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsi Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətindədir. Cavabdeh2 Məmmədli oğlu JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin 1.07 ha hissəsini İddiaçı satmış və bu barədə Qax rayon Notariat kontorunda AN-İ ******* nömrəli 08 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuşdur. İddiaçı hazırda cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 məxsus olan Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsindən xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı 1.07 ha torpaq sahənin naturada ayrılıb verilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 16 fevral 2023-cü il tarixli, 3-16-16/2-10/9116 saylı rəy verilmiş, həmin rəydə göstərilmişdir ki, JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin sənədi coğrafi yerləşməsi ilə faktiki istifadə qaydası fərqlidir və naturada faktiki istifidəsi 2.98 hektardır. Faktiki istifadədə olan torpaq sahəsinin 1/3 hissə paya uyğun hissəsinin ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyində göstərilən qaydada, mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun qaydada təmin edilməlidir. Eyni zamanda Cavabdeh3 məhkəmə iclaısnda torpaq sahəsinin mütəxəssis rəyində göstərilən bölgü planına uyğun bölünməsinə etiraz etməmişdir. Eyni zamanda da cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada (əlli) manat ekspertiza xərci alınaraq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndində göstərilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin Cavabdeh2 Məmmədli oğlu tərəfindən İddiaçı Qax rayon Notariat kontorunda təsdiq olunmuş AN-İ ******* nömrəli 08 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasənda satılmış 1.07 ha hissəsinin yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb iddiaçıya verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0018, KOD 40317038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2, X2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Çüdüllü kəndində yerləşən 3.21 ha torpaq sahəsinin Cavabdeh2 Məmmədli oğlu tərəfindən İddiaçı Qax rayon Notariat kontorunda təsdiq olunmuş AN-İ ******* nömrəli 08 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış 1.07 ha hissəsinin yerquruluşu planında göstərilən qaydada paylarına uyğun naturada ayrılıb İddiaçı verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X4, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-36/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-36/2024
09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver