Məhkəmə qərarları › İş №2(024)-45/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-45/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-45/2024 03.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və payın ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Qaxbaş kəndində yerləşən həyətyanı torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsindən özünə düşən 20/24 hissə payın naturada ayrılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə baxış iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmiş, həmçinin işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və ərizə ilə müraciət edərək, İddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və MPM-nin 259.0.7-ci maddəsinə əsasən iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsi baxılmamış saxlanıldığı üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixdə 28061 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.7, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və payın ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə xx.xx.2023cü il tarixdə 28061 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Karimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar