Məhkəmə qərarları › İş №2(024)-490/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-490/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-490/2025 22.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı «DƏDK və X5 Şəxsi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş **********77 №li və **********78 №li çıxarışlara əsasən mülkiyyətinə verilmiş Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha və 0.5350 ha torpaq sahələrindən onlara düşən paylarının naturada ayrılıb verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDK və X5 Şəxsi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş **********77 №li və **********78 №li çıxarışlara əsasən mülkiyyətinə verilmiş Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha və 0.5350 ha torpaq sahələrindən onlara düşən paylarının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Qax rayonu, Marsan kəndində yaşayır. Ona və oğlu İddiaçı1 məxsus Qax rayonu, Marsan kəndində yerləşən ümumi birgə mülkiyyətlərinə verilmiş 1.38 ha və 0.5350 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Ona DƏDK və X5 Şəxsi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş **********77 №li və **********78 №li çıxarışa əsasən verilmiş torpaq sahəsini naturada əldə edə bilmir. Çünki digər oğlu Cavabdeh1 ilə aralarında olan problemlərdən dolayı o yol tapa bilmir. Oğlu Cavabdeh1 həmin torpaq sahəsinə illərdir ki, onu qoymur və o özünə məxsus olan torpaq sahənin gəlirlərindən məhrum olmuşdur. Dəfələrlə tələb etsə də ona düşən payı verməmiş, o da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh1 iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçılar tərəfindən təqdim edilmiş tələblər aşağıdakı hüquqi və faktiki əsaslara görə əsassızdır: Ona qanunla düşən 12 sot fındıq bağı illərlə faktiki olaraq mənimsənilmişdir. Sovet dövründən ailəsinə düşən pay bölgüsünə əsasən ona aid olan 12 sot çoxillik fındıq bağına girişinə uzun müddət maneə törədilmiş, bağdan icazəsiz məhsul yığılmışdır. Bu hal MM-nin 225 və 226-cı maddələrinə zidd olaraq paylı mülkiyyət hüququnun pozulmasıdır. Dövlətin ona ayırdığı 6 sot pay torpağı qeyri-qanuni üçüncü şəxsə satılmışdır. Bu torpaq sahəsi onun xəbəri, razılığı və iştirakı olmadan, heç bir rəsmi müqavilə tərtib edilmədən üçüncü şəxsə satılmışdır. Satışdan əldə edilən gəlir ona verilməmişdir. Bu hal MM-nin 1095-ci maddəsinə görə qanunsuz özgəninkiləşdirmədir. Öz torpağında məhsul yığarkən ona qarşı aqressiya göstərilmiş, hüquqları məhdudlaşdırılmışdır. Ona qarşı dəfələrlə təhqir və fiziki hücum cəhdləri olmuş, əsassız polis müraciətləri edilmişdir. Bu hallar onun payından sərbəst istifadə hüququnu pozmuşdur. Maneələrə görə torpağının sərhədlərini məcbur qalıb hasarlamışdır. Bu addım yalnız MM-nin 5-ci maddəsinə uyğun olaraq mülki hüquqların müdafiəsi məqsədilə atılmış qanuni tədbirdir. Ata mülkiyyətindən məcburi miras payı tələb edir. Mərhum atasına məxsus fındıq bağı, əkin sahəsi, təsərrüfat torpağı və 200 kv.m yaşayış evindən ona düşən məcburi miras payının müəyyən edilib ayrılması barədə ilk dəfə olaraq bu prosesdə tələb irəli sürür. Bu tələb Mülki Məcəllənin 228 və 229-cu maddələrə uyğun olaraq hüquqi əsaslara malikdir. Mütəxəssis rəyi torpağın bölünmə mümkünlüyünü təsdiqləsə də, ədalətli həll üçün payları əvvəlcə ayrılmalıdır. Mütəxəssis rəyi hər iki torpaq sahəsinin naturada bölünə biləcəyini təsdiq edir. Lakin bölgüdən əvvəl ona düşən qanuni payların bərpa edilməsi vacibdir. Məhkəmədən iddiaçıların iddiasının tam şəkildə rədd edilməsi, ona düşən torpaq paylarının qanunvericiliyə uyğun olaraq ölçülüb aynlıb verilməsi, əgər bu mümkün deyilsə, hazırda onun hasarladığı fındıq sahəsinin torpaqlarının bazar qiymətinə ekvivalent kompensasiya ayrılıb ödənilməsi, ata mülkiyyətindən ona düşən məcburi miras payının müəyyən edilərək aynlıb verilməsi və 6 sot dövlət pay torpağının qanunsuz satılması faktı araşdırılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh onların bağını bağlamışdır. Keçən il də fındıq məhsulunu yığa bilməmişlər. Cavabdehə nə pay düşür o vaxtdan verilmişdir. Cavabdeh isə onların yerini bağlamış və bağının fındıq məhsulunu yığır. İstəyir ki, cavabdehin payı ayrı, onun payı ayrı olsun. Cavabdehin payı ölçülüb verilmiş, o paydan əlavə torpaq sahəsini bağlamış yerini də zəbt etmişdir. Xahiş edir, gəlib ölçü aparılsın, otuz dörd faiz düşürsə gəlsinlər onların payını özlərinə, cavabdehin payını isə ona versinlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehə 6 faiz torpaq sahəsi həyətyanıdan düşür. Dəfələrlə bələdiyyəyə də müraciət etmişdir ki, gəlib ölçüb cavabdehə versinlər. İddianın təmin edilməsi barədə qətnanmə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 izahat verərək göstərmişdir ki, torpağın bölgüsünə görə o da etirazla məhkəməyə müraciət etmişdir. Etirazda göstərdikləri ilə iddiaçılar razı deyildirlərsə o da etiraz edir. Çünki iddiaçılar dövlət tərəfindən ona verilmiş torpaq sahəsindən otuz ildir ki, istifadə edirlər. O da öz başına elə etməmişdir. Həmin torpaq sahəsini ona düşən torpağa görə bağlamışdır və oraya pul xərcləmişdir. Yan qonşu ilə sərhəddi saxlamışdır, əgər ona yerdə qalan torpağını verirlərsə torpağa basdıran dirəkləri geri çəkir və onlara qaytarır. O, dəmir tor çəkməmiş, dirək basdırmışdır. Onu həyətə girməyə qoymurlar. Həmin torpağı ona versinlər o da torpaq sahəsinin kənarını açsın. İddianı qəbul etmir və təmin edilməsinə etiraz edir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********78 reyestr №li Çıxarışın surətindən görünür ki, Qax rayonu, Marsan kəndində yerləşən 0.5350 ha torpaq sahəsinin 16/64 hissəsi İddiaçı1, 21/64 hissəsi Cavabdeh1, 23/64 hissəsi İddiaçı2 və 4/64 hissəsi X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********77 reyestr №li Çıxarışın surətindən görünür ki, Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha torpaq sahəsinin 21/64 hissəsi Cavabdeh1, 4/64 hissəsi X2 16/64 hissəsi İddiaçı1, 23/64 hissəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Qax Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(024)540/2024 №li qətnaməsindən görünür ki, mərhum X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********77 reyestr №li, 10 mart 2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh1, X4, İddiaçı2 və İddiaçı1 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********78 reyestr №li, 10 mart 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən Cavabdeh1, X4, İddiaçı2 və İddiaçı1 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahələrinin hər biri üzərində İddiaçı2 qanun üzrə miras payları 7/16 hissə müəyyən edilməsi və miras əmlaklardan hər biri üzərində Cavabdeh1 qanun üzrə miras payları 5/16 hissədə müəyyən edilməsi və açıqda saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi 12 №li Şəki Ərazi idarəsinin verdiyi 05 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********78 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 0.5350 ha torpaq sahəsinin paylara uyğun naturada bölünüb ayrılması mümkündür. Bölünmə qaydası istifadə vəziyyətinə uyğun olaraq tərtib olunmuş bölgü sxemində göstərilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********77 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha torpaq sahəsinin paylara uyğun naturada bölünməsi mümkündür. Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsi ona düşən paydan artıqdır. Həmin torpaq sahsinin onun payına düşən 0.4528 ha hissəsini ayıraraq yerdə qalan hissəni verilməsi mümkündür. Bölünmə qaydası tərtib olunan bölgü sxemində göstərilib. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********78 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 0.5350 ha torpaq sahəsinin 16/64 hissəsi İddiaçı1, 21/64 hissəsi Cavabdeh1, 23/64 hissəsi İddiaçı2 və 4/64 hissəsi X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********77 reyestr №li Çıxarışın surətindən görünür ki, Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha torpaq sahəsinin 21/64 hissəsi Cavabdeh1, 4/64 hissəsi X2 16/64 hissəsi İddiaçı1, 23/64 hissəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Qax Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(024)540/2024 №li qətnaməsinə əsasən mərhum X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********77 reyestr №li, 10 mart 2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh1, X4, İddiaçı2 və İddiaçı1 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Qax rayonu, Marsan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.38 ha və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********78 reyestr №li, 10 mart 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən Cavabdeh1, X4, İddiaçı2 və İddiaçı1 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.535 ha torpaq sahələrinin hər biri üzərində İddiaçı2 qanun üzrə miras payları 7/16 hissə müəyyən edilməsi və miras əmlaklardan hər biri üzərində Cavabdeh1 qanun üzrə miras payları 5/16 hissədə müəyyən edilməsi və açıqda saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDK və X5 Şəxsi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş **********77 №li və **********78 №li çıxarışlara əsasən mülkiyyətinə verilmiş Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha və 0.5350 ha torpaq sahələrindən onlara düşən paylarının naturada ayrılıb verilməsini xahiş etmişlər. Məhkəmə tələbə münasibət bildirərək qeyd edir ki, iş üzrə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi idarəsinin verdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********78 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 0.5350 ha torpaq sahəsinin paylara uyğun naturada bölünüb ayrılması mümkündür. Bölünmə qaydası istifadə vəziyyətinə uyğun olaraq tərtib olunmuş bölgü sxemində göstərilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********77 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha torpaq sahəsinin paylara uyğun naturada bölünməsi mümkündür. Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsi ona düşən paydan artıqdır. Həmin torpaq sahsinin onun payına düşən 0.4528 ha hissəsini ayıraraq yerdə qalan hissəni verilməsi mümkündür. Bölünmə qaydası tərtib olunan bölgü sxemində göstərilib. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçılar və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Həmçinin cavabdehlər də iştirak etdikləri məhkəmə iclasında iddia tələbini qəbul etdiklərini və əmlakın naturada ayrılmasına etiraz etmədiklərini göstərmişlər. Ona görə də, iddia əsaslı olduğundan mütəxəssis rəyində göstərilənlərə və rəyə əlavə edilmiş torpaq sahəsinin vbölünməsinə dair sxemlərə uyğun təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Belə olan halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur ki, mülkiyyətin çoxobyektli forması yaranır. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddədə göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməldiir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********78 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 0.5350 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 16/64 hissəsi, İddiaçı2 payına düşən 23/64 hissəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında 21 aprel 2025-ci il tarixli, ********** №li, **********77 reyestr №li Çıxarışa əsasən Qax rayonu, Marsan kəndində yerləşən 1.38 ha torpaq sahəsinin İddiaçı2 payına düşən 23/64 hissəsi və İddiaçı1 payına düşən 16/64 hissəsi mütəxəssis rəyinə uyğun olaraq rəyə əlavə edilmiş bölgü sxemlərində göstərilən qaydada naturada ayrılıb iddiaçılara verilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar