Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-53/2024 16.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh3, Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh3, Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zaqatala şəhəri, Nizami küçəsi, 70 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan baxılaraq iddiada qeyd olunan vəsatətlər təmin olunmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsinin iştriakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın nümayəndəsi Nümayəndə iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-cl il tarixli 2(107)-01/2017 sayiı qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixi **********09 nömrəli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı əsas borca görə 17721.45 manat, faiz borcu üzrə 8290.65 manat olmaqla, cəmi 26012.10 manat borc tutularaq ASC "xxxx"nın xeyrinə tutulması qət edilmişdir. Həmin işin icrası ilə əlaqədar pul onun əmək haqqından tutulur. Bildirmək istəyir ki, Cavabdeh3 ASC “Xalq Bank”ının mərkəzi filialında baş ofisdə işləyən zaman ona zəng edərək həmin bankın Zaqatala filialına gedərək bir-neçə sənədə imza etməsini demiş və ona bildirmişdir ki. qalan işlərlə özü məşğul olacaqdır. O da Cavabdeh3 ona dediyi kimi etmiş, ASC "xxxx"nın Zaqatala filialında imza ataraq getmişdir. O, bankdan kassadan pul götürməmiş, əli pula dəyməmişdir. Dediklərinin doğru olduğu bankın nəzarət kameralarına baxmaqla sübuta yetirilir. Həmin vaxtdan xeyli vaxt keçmiş, iş icra olunması üçün Cavabdeh1nə göndərilmişdir və kreditə götürülən pul onun əmək haqqından tutulur. Qeyd edir ki. girov əmlak bank tərəfindən mənimsəniləndən sonra bu borc ortaya çıxmışdır. Halbuki, həmin pulu o götürməmiş və istifadə etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-01/2017 saylı məhkəmə qətnaməsində qeyd edilmışdir ki, hazırki mübahisə predmeti olan kredit məbləği Zaqatala şəhəri 2 saylı bazar ərazisində yerləşən mağaza binası girov qoyulmaqla götürülmüş kredit məbləğidir. Həmin məbləğin qaytarılması üçün Zaqatala rayon məhkəməsinin 2(033)-48/2012 saylı qətnaməsi vardır ki, həmin qətnamə əsasında mağaza binası ASC "xxxx"nın balansına keçmişdir. Mağaza binası balansa keçməmişdən əvvəl ASC "xxxx" həmin binanı icarəyə vermiş və icarə haqlarını toplamışdır. Həmin toplanan icarə haqları isə hazırki borcdan çıxılmamışdır. Adı çəkilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borc olan olan 39000 manatın bir hissəsi, yəni mağazanın dəyəri olan 22000 manat əsas borcdan çıxılmışdır. Lakin mağaza binası ASC "xxxx"nın balansına keçdikdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 17000 manat məbləğində əsas borc üzərinə yeni ad qoyularaq, yəni vaxtı keçmiş borc adı altında yenidən iddia qaldırılaraq bir predmet barəsində iki dəfə məhkəmədən qətnamə alınmasına nail olunmuşdur. ASC "xxxx" nın hazırda tələb etdiyi məbləğ 2 məhkəmə qətnaməsi ilə tələb olunur. Birincisi xx.xx.2011-ci il tarixli 2(003)-48/2012 saylı Zaqatala rayon məhkəməsinin qətnaməsi və xx.xx.2017-ci il tarixli 2(107)01/2017 saylı Şəki Apellyasiya məhkəməsinin qətnaməsi. Məhkəmənin diqqətinə çatdırır ki, həmin qətnamələr ayrı-ayrı işlər üzrə qəbul olunmuş qətnamələrdir. Buradan da açıq-aydın görünür ki, ASC "xxxx" əsassız olaraq vətəndaşları incitməklə məşğuldur. Tələb olunan kredit məbləğini isə o götürməmiş və istifadə etməmişdir. Ona görə də, Cavabdeh3 kredit müqaviləsinə əsasən götürdüyü və onun əmək haqqından tutulan kredit pulunu tələb edir. Beləliklə Cavabdeh3 ona olan borcu 26207 manat təşkil edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Zaqatala şəhəri, Nizami küçəsi, 70 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ərizəsində Açıq Səhmdar Cəmiyyəti "xxxx"-dan krediti Cavabdeh3 götürdüyünün qeyd etsə də, əslində iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin və Şəki Apellyaisya Məhkəməsinin qətnamələrin ilə təsdiq olunur ki, ASC "xxxx"ndan krediti İddiaçı götürmüşdür. Ona görə də iddia tələbini əsassız hesab edir. Cavabdeh3 qeyd olunan bankdan kredit məbləğini götürməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-01/2017 saylı məhkəmə qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala rayon Məhkəməsinin 08 noyabr 2014-cü il tarixli 2(033)-1130/2014 nömrəli qətnaməsi qismən, İddiaçı xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixə olan 17.654 (on yeddi min altı yüz əlli dörd) manat məbləğində vaxtı keçmiş əsas borc, 27185.96 (iyirmi yeddi min yüz səksən beş manat doxsan altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğində hesablanmış 2000 (iki min) manat cərimə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı xx.xx.2009-cu il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 17721.45 (on yeddi min yeddi yüz iyirmi bir manat 45 qəpik) manat, faiz borcu üzrə 8290.65 (səkkiz min iki yüz doxsan manat 65 qəpik) manat olmaqla, cəmi 26012.10 (iyirmi altı min on iki manat 10 qəpik) manat borcun tutularaq ASC "xxxx"na ödənilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh3 Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 169.02 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə toplanmış materialları nəzərdən keçirib, cavabdeh ASC "xxxx"nın nümayəndəsinin izahatını dinləyib, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh3 ASC “Xalq Bank”ının mərkəzi filialında baş ofisdə işləyən zaman ona zəng edərək həmin bankın Zaqatala filialına gedərək bir-neçə sənədə imza etməsini, qalan işlərlə özünün məşğul olacağını, ASC "xxxx"nın Zaqatala filialında imza ataraq getməsini, bankdan kassadan pul götürmədiyini və həmin kredit məbləğini Cavabdeh3 götürdüyünü göstərsə də, göstərdiklərini təsdiq edən hər hansı bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. X3 Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-01/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunur ki qeyd edilən kredit məbləği İddiaçı tərəfindən götürülmüş və kredit məbləği, ona hesablanan faizlər və məhkəmə xərcləri İddiaçı tutulması qət edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı “Zaqatala şəhəri, Nizami küçəsi, 70 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçının ödədiyi 169.02 manat dövlət rüsumu və dövlət rüsumun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh3, Açıq Səhmdar Cəmiyyəti "xxxx"-nın Zaqatala rayon filialına və Cavabdeh1nə qarşı “Zaqatala şəhəri, Nizami küçəsi, 70 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh3 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının ödədiyi 169.02 manat dövlət rüsumu və dövlət rüsumun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-53/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-53/2024
16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver