Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-10/2024 23.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Nürəddin oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının hüquqi varisi (arvadı) X2, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, İddiaçı Nürəddin oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Böyük Əmili kəndində xüsusi mülkiyyətdə olan 1.1 ha torpaq sahəsindən 6/10 hissə olmaqla ona düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsəndən Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 45.6 kv.m fərdi yaşayış evinə 1/5 hissə İddiaçı, 1/15 hissə Cavabdeh1 , 1/5 hissə Cavabdeh2, 1/5 hissə Cavabdeh3 və 1/5 hissə Cavabdeh4 adına reyestr nömrəsi **********73- 10301, invertar nömrəsi 406-128/69 olan xx.xx.2022-ci il tarixində Texniki Pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1.1 ha torpaq sahəsinə 6/10 hissə ona yəni İddiaçı, 1/10 hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 Nürəddin qızı və 1/10 hissə Cavabdeh4 adına mülkiyyət hüququ əsasına verilmiş reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixində Çıxarış verilmişdir. Hazırda Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-76/2023 nömrəli qərardadı ilə İddiaçı Nürəddin oğlu vəfat etdiyindən onun arvadı X4 hüquq varisi kimi tanınmış və onu əvəz etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iddiaçının hüquq varisi (arvadı) X4 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə payların müəyyən edilməsindən razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə payların müəyyən edilməsindən razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi üzrə payların müəyyən edilməsindən razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli ********** saylı Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Böyük Əmili kəndində fərdi evdən 1/5 hissə, torpaqdan 6/10 hissə payı müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı adına ümumi 1.10 ha torpaq sahəsi və həmin torpaqda 0.044609 ha tikinti altı sahə vardır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli 3-21-3-42/2-771/2023 nömrəli məktubundan görünür ki, iddiada qeyd edilmiş Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 1.1 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evləri və təsərrüfat tikililəri mövcud olduğuna görə naturada bölünməsi mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5368 saylı ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Böyük Əmili kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 1.10 ha həyətyanı torpaq sahəsinin naturada paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsəndən Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 45.6 kv.m fərdi yaşayış evinə 1/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1, 1/5 hissə Cavabdeh2, 1/5 hissə Cavabdeh3 və 1/5 hissə Cavabdeh4 adına reyestr nömrəsi **********73-10301, invertar nömrəsi 406-128/69 olan xx.xx.2022-ci il tarixində Texniki Pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1.1 ha torpaq sahəsinə 6/10 hissə ona yəni İddiaçı, 1/10 hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 Nürəddin qızı və 1/10 hissə Cavabdeh4 adına mülkiyyət hüququ əsasına verilmiş reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixində Çıxarış verilmişdir. Hazırda iddiaçı Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını tələb edir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının payı ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı tərəf etiraz etməmişdir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə göstərilən torpaq sahəsi İddiaçı (iddiaçı T.M.Kərimovun hüquq varisi(arvadı) X3) verilməklə torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcə də ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixixx.xx.2022-ci il; reyestr nömrəsi-**********73-10301) İddiaçı, Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2, X5 və Cavabdeh4 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 1.10 ha torpaq sahəsi, payına uyğun 6/10 (0,66) hissədə olmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə naturada ayrılmalı və iddiaçı X6 (iddiaçı T.M.Kərimovun hüquq varisi(arvadı) X3) verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavbdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi-xx.xx.2022-ci il; reyestr nömrəsi- **********73-10301) İddiaçı, Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2, X5 və Cavabdeh4 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 1.10 ha torpaq sahəsi, payına uyğun 6/10 (0,66) hissədə olmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə naturada ayrılsın və İddiaçı (iddiaçı T.M.Kərimovun hüquq varisi(arvadı) X3) verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavbdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-10/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-10/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver