Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1023/2020 09.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən sənədlər (iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri, tərəflərin qeydiyyatları barədə arayışlar) əlavə edilməmiş, əlavə edilmiş sənədlər isə əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-959/2019 saylı qətnaməsi ilə, tərəflərin ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Dızaxlı kəndində verilmiş torpaq sahələri üzrə iddiaçıların payı müəyyən edilmişdir. Bundan sonra, iddia ərizəsində tərəf kimi qeyd edilməyən, lakin iddia ərizəsini imza edən İddiaçı2 payına uyğun olaraq müvafiq çıxarışlar əldə etmişdir. Hal-hazırda iddiaçılar müəyyən edilmiş payların naturada bölünməsini xahiş etsə də, iddia ərizəsinə həmin torpaq sahəsindən onların payının müəyyən olunmasına dair hər hansı sübut – adlarına olan müvafiq çıxarış əlavə etməmiş və müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X1) payın naturada ayrılması ilə bağlı müraciət etdiklərini sübut edən sənədləri əlavə etməmişdirlər. Belə ki, iddiaçılar sözügedən torpaq sahələri üzrə payının naturada ayrılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində payına uyğun olaraq müvafiq çıxarış almalı, daha sonra, payının naturada ayrılması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X1) payının naturada ayrılması ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçılar müvafiq icra hakimiyyəti orqanına payın naturada ayrılması ilə bağlı müraciət etdiklərini sübut edən sənədləri iddia ərizəsinə əlavə etməmişdirlər Bundan əlavə iddiaçılar iddia ərizəsində cavabdehlərlə payların naturada ayrılması ilə bağlı razılığa gələ bilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1023/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1023/2020
09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver