Məhkəmə qərarları › İş №2(025)-1025/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1025/2021

27.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1025/2021 27.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızının iştirakı ilə Ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızı maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızı maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X15 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona, yəni X7 məxsus doğum haqqında akt qeydində ata və ana soyadlarının “M.Rəhimov”, “M.Rəhimova” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Məmmədrəhimov”, “Məmmədrəhimova” kimi yazılması olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X10 19 sentyabr 1963-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Böyük Əmilli kəndində anadan olmuşdur. Valideynləri, X2 və anası X3 olmuş, onlar Qutqaşen (Qəbələ) rayon Hacallı kənd sovetliyində doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. Valideynləri, X2 23.08.1983-cü il tarixində qan dövranı çatışmazlığı və anası X3 22.06.2020-ci il tarixində durğunluq ürək çatmamazlığı xəstəliyindən vəfat etmişlər. 05.07.1990-cı ildə X17 ilə nikaha daxil olaraq soyadını “Salahova” kimi qeyd etdirmişdir. O, bir neçə ay bundan öncə ailələrinə məxsus torpaq sahəsinin sənədləşməsinə görə müraciət etmişdir və onun Qutqaşen (Qəbələ) rayon Hacallı kənd sovetliyi tərəfindən 24.12.1963-cü ildə tərtib edilmiş 90 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən onun ata və ana soyadları “Məmmədrəhimov”, “Məmmədəhimova” əvəzinə səhvən “M.Rəhimov”, “M.Rəhimova” kimi qeyd olunduğundan bu baş tutmamışdır. Hamı isə onu ailə qurana və soyadını dəyişdirinə kimi X4 tanımışdır. Həmçinin, doğum və nikah haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə X4 yazılmışdır. O isə bunlardan xəbərdar olduqdan sonra Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş soyadını düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 03 mart 2021-ci il tarixli, 05/Q-259/15 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızı ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, 12.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 24 dekabr 1963-cü il tarixli, AЭ seriyalı, 567331 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 19 sentyabr 1963-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. X2, anası X1r. İşdə olan Qutqaşen rayonu Zarağan kənd soveti tərəfindən verilmiş 05.07.1990-ci il tarixli, V-ЖГ seriyalı, 285583 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X5 05 iyul 1990-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salahov, arvada Salahova soyadı verilmişdir. İşdə olan Qəbələ regional Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 48/69 №-li «Nikah haqqında» arayışdan görünür ki, X8 ilə X6 02 iyul 1979-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 17 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədrəhimov, arvada Məmmədrəhimova soyadı verilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 09 iyul 2021-ci il tarixli, 05/Q-1004/13 nömrəli məktubla göndərilmiş ərizəçiyə aid “Doğum aktın qeydi”nin təsdiqlənmiş surətindən görünür ki, 24.12.1963-cü il tarixdə Qəbələ rayon Hacallı kənd İƏN tərəfindən tərtib edilmiş 90 doğum haqqında akt qeydində X5 ata və ana haqqında məlumat qrafalarında soyadları M.Rəhimov və M.Rəhimova kimi göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.06.2020-ci il tarixli, AZ- İİ seriyalı, 101019 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum anasının adı, soyadı və ata adı “X3” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ regional Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 47/69 №-li «Ölüm haqqında» arayışdan görünür ki, ərizəçinin mərhum atasının adı, soyadı və ata adı “X8” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Böyük Əmili kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli 135 nömrəli arayışdan görünür ki, ərizəçi Salahova (Məmmədrəhimova) X16 rayon Böyük Əmili kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 05/Q-259/15 nömrəli məktubdan görünür ki, ərizəçiyə 24.12.1963-cü il tarixdə Qəbələ rayon Hacallı kənd İƏN tərəfindən tərtib edilmiş 90 doğum haqqında akt qeydinin ata və ana haqqında məlumat qrafalarında soyadlarının M.Rəhimov və M.Rəhimovadan Məmmədrəhimov və Məmmədrəhimovaya düzəliş edilməsi ilə bağlı müraciətinə doğum akt qeydinə düzəlişin şəxsiyyəti təsdiq edən sənədlər əsasında aparıldığını, şəxsiyyətini təsdiq edən sənəd olmadığından müraciətə baxılmasının mümkün olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızı 19.09.1963-cü ildə Qəbələ rayonu, Böyük Əmilli kəndində doğulmuş və onun doğum akt qeydiyyatı kitabında atasının soyadı səhvən “M.Rəhimov” kimi və anasının soyadı səhvən “M.Rəhimova” kimi yazılmışdır. Lakin ona verilmiş doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə atasının soyadı “Məmmədrəhimov”, anasının soyadı “Məmmədrəhimova” kimi qeyd olunmuşdur. Həmçinin atasına məxsus ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, anasına məxsus ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə də atasının soyadı “Məmmədrəhimov”, anasının soyadı “Məmmədrəhimova” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızının doğum haqqında qeydində atasının soyadının “M.Rəhimov” kimi, anasının soyadının “M.Rəhimova” kimi yazılmasının düzgün olmaması, onun atasının soyadının “Məmmədrəhimov”, anasının soyadının “Məmmədrəhimova” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçi Salahova (Məmmədrəhimova) Ədibə Bahadur qızı barədə doğum akt qeydinin düzgün olmaması və onun atasının soyadının “Məmmədrəhimov”, anasının soyadının “Məmmədrəhimova” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar