Məhkəmə qərarları › İş №2(025)-1031/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1031/2020

27.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1031/2020 27.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Səmədov İbrahı̇ m Fərhad oğlunun, maraqlarına toxunan üçüncü şəxslər X10, X24, X15 və X11 iştirakları ilə, İddiaçı Səmədov Fı̇ krət Fərhad oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Səmədov İbrahı̇ m Fərhad oğluna qarşı “miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Səmədov İbrahı̇ m Fərhad oğluna qarşı “miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Soltan Nuxa kəndində DƏDRX-nin 9 saylı X69 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 0,08 ha torpaq sahəsinin 1/2 hissəsində, xx.xx.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 0,8 ha torpaq sahəsinin 1/2 hissəsində X2 qalmış torpaq sahəsi üzərində qanun üzrə vərəsə paylarının vərəsələr arasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nn xx.xx.1997-ci il tarixli 27 saylı qərarı ilə İddiaçı və mərhum anası X6 Qəbələ rayonunun, Soltan Nuxa kəndində 0.08 ha torpaq sahəsi ümumi paylı mülkiyyətinə verilmişdir. Qeyd edilən 0,08 ha torpaq sahəsi 2 nəfər mülkiyyətçinin-İddiaçı və mərhum anası X4 adına JN-037F saylı şəhadətnamə ilə rəsmiləşdirdilmişdir. Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2017-ci ii tarixdə 147 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış seriya RX № ******* saylı çıxarışla ümumi paylı mülkiyyətə 0.8 ha torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahəsi üzərində İddiaçı "ümumi paylı mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi tələbi üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(025)- 1662/2018 saylı qətnaməsi ilə Seriya RX 110436 saylı çıxarışa əsasən X1 və İddiaçı mülkiyyətlərinə verilmiş 0.8 ha torpaq sahəsindən və JN-037F saylı şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsindən X6 və İddiaçı hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. Qeyd olunanlardan aydın olur ki, hüquqlarını müdafiə etdiyi İddiaçı mərhum anasından Seriya RX saylı, ******* nömrəli çıxarışa əsasən 0.08 ha torpaq sahəsini 1/2 hissəsində JN- 037F saylı, kodu 40602038 olan şəhadətnamə üzrə isə 0.08 ha torpaq sahəsinin 1/2 hissəsində Qəbələ rayonunun Soltan Nuxa kəndində əmlak (torpaq sahəsi) miras qalmışdır. İddiaçı miras qoyan mərhum anası X4 birinci növbə vərəsələrindən biri olaraq qeyd olunan miras əmlakdan 0.8 ha və 0.08 ha torpaq sahələrinin mirasa daxil olan 1/2 hissəsində vərəsə payının müəyyən edilməsini və ayrılıb verilməsini istəyir. İddiaçı mərhum anasının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlardan əlavə vəfat etmiş etmiş X37, X67 oglu. X38 adlı birinci növbə vərəsələri olmuşdur. Ona görə də 0,8 ha və 0,08 ha torpaq sahələrinin 1/2 hissədə, miras daxil olan hissəsində 7 vərəsə arasında miras payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Səmədov İbrahı̇ m Fərhad oğlu iddia tələbini etiraf edərək, izahatında göstərmişdir ki, miras qoyan onun mərhum anası X7r. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan qardaşı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X29 izahatında göstərmişdir ki, mərhum X12 onun qayınanasıdır. Onun əri X39 2003-cü ildə vəfat etmişdir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan onun mərhum yoldaşına düşən paydan istəmədiyini, iddiaçı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X46 izahatında göstərmişdir ki, o, mərhum X16 oğludur, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - əmisi Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X40 izahatında göstərmişdir ki, o, mərhum X16 oğludur, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - əmisi Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs Mirzəyeva (Səmədova) Aygün Rəşid qızı izahatında göstərmişdir ki, o, mərhum X16 qızıdır, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - əmisi Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Kərimova (Səmədova) Gülçöhrə Fərhad qızı iddia tələbini etiraf edərək izahatında göstərmişdir ki, miras qoyan onun mərhum anası X7r. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - qardaşı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Məmmədova (Səmədova) Aytək Fərhad qızı iddia tələbini etiraf edərək izahatında göstərmişdir ki, miras qoyan onun mərhum anası X7r. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı – qardaşı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs Əhmədova (Səmədova) Elnurə Rəhim qızı izahatında göstərmişdir ki, o, mərhum X17 qızıdır, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - əmisi Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X30 izahatında göstərmişdir ki, mərhum X12 onun qayınanasıdır. Onun əri X37 2015-ci ildə vəfat etmişdir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X47 izahatında göstərmişdir ki, o, mərhum X17 oğludur, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı - əmisi Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X48 izahatında göstərmişdir ki, o, mərhum X17 oğludur, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs Vahıbova (Səmədova) Aynurə Rəhim qızı izahatında göstərmişdir ki, o, mərhum X17 qızıdır, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu və mirasdan ona düşən paydan iddiaçı Səmədov Fı̇ krət Fərhad oğlunun xeyrinə imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X8 izahatında göstərmişdir ki, mərhum X12 onun qayınanasıdır. Onun əri X38 2014-cü ildə vəfat etmişdir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu, lakin mərhum həyat yoldaşı X25 düşən payın iddiaçıya verilməsinə razı olmadığını bildirmişdir. Yoldaşına düşən payın oğluna Cavada verilməsini istəyir. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs Əliyeva (Səmədova) Şəhanə İlham qızı izahatında göstərmişdir ki, o, mərhum X18 qızıdır, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu, lakin, mərhum atası X25 düşən payın iddiaçıya verilməsinə razı olmadığını bildirmişdir. Atasına düşən payın qardaşı Cavada verilməsini istəyir. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında maraqlarına toxunan üçüncü şəxs X49 izahatında göstərmişdir ki, o, mərhum X18 oğludur, miras qoyan mərhum X12 onun nənəsidir. Bəhs olunan miras torpaq sahəsinin bölünməsi ilə razı olduğunu, lakin, mərhum atası X25 düşən payın iddiaçıya verilməsinə razı olmadığını bildirmişdir. Atasına düşən payın ona verilməsini istəyir. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlarına toxunan üçüncü şəxs qisməndə cəlb edilmiş X50 (mərhum – miras qoyan X4 nəvəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən Afət Səmədovanın iddia ərizəsi ilə bağlı fikrini müəyyən etmək mümkün olmamışdır. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2, həmçinin maraqlarına toxunan üçüncü şəxslərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)- 1662/2018 saylı qətnaməsinin surətindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX saylı, ******* nömrəli çıxarışa əsasən X4 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,8 ha torpaq sahəsindən və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-037F saylı, kod 40602038 olan Şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsindən X4 və İddiaçı hər birinin payı 1/2 hissədə müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X69 tərəfindən verilmiş (reyestr nömrəsi – **********40; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0.08 ha torpaq sahəsindən Səmədov Fı̇ krət Fərhad oğlunun və X4 hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X69 tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0.80 ha torpaq sahəsindən Səmədov Fı̇ krət Fərhad oğlunun və X4 hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. İşdə olan Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş AZ-İ 370774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu ildə Qəbələ rayonu Soltannuxa kəndində ölmüşdür. Bu barədə xx.xx.2009-cu il tarixdə Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V - də ölüm haqqında akt qeydləri kitabında 47 nömrə qeyd edilmişdir. İş materiallarında olan, Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Saday Osmanlının xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh1 ünvanladığı 1025 saylı məktubunda xx xxxxxxxx 2019-cu il tarixdə ofisə daxil olmuş ərizəyə baxıldığı, X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəflərin notariat orqanına gəlmələrinin və lazımi sənədləri təqdim etmələrinin zəruri olduğu göstərilməklə, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V tərəfindən xx xxxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İ 693230 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2014cü ildə Qəbələ rayonu Soltannuxa kəndində vəfat etmişdir. Bu barədə xx.xx.2014-cü il tarixdə Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V - də ölüm haqqında akt qeydləri kitabında 20 nömrə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 12 yanvar 1990-cı il tarixdə verilmiş V-JQ 286203 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X38 ilə X5 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 3 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Səmədov, arvada Səmədova soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd X14 tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş JQ- XVİ № 479923 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx xxxx 1992-ci il tarixdə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuş, atası X38, anası X8 dır. İş materiallarında olan Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ 540935 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X31 ilə X51 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 06 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd X14 tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş JQ- XVİİ № 483222 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx xxxxx 1994-cü il tarixdə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuş, atası X38, anası X3r. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd X14 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-T № 029801 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1965-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X19, anası X7r. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd X14 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV № 008457 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxx 1967ci il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X19, anası X7r. İş materiallarında olan Qəbələ rayonu Böyük Pirəli kənd soveti tərəfindən xx xxxxxx 1990-cı il tarixdə verilmiş V-JQ № 285773 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh2 ilə X20 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 46 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Kərimov, arvada Kərimova soyadları verilmişdir. İşdə olan Qəbələ rayonu Böyük Pirəli kənd İ.Ə.V tərəfindən xx xxxx 2003-cü il tarixdə verilmiş AZ-İ 049248 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx xxxx 2003-cü ildə Qəbələ rayonu Soltannuxa kəndində vəfat etmişdir. Bu barədə xx.xx.2003-cü il tarixdə Qəbələ rayonu Soltannuxa kənd İ.Ə.V - də ölüm haqqında akt qeydləri kitabında 06 nömrə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Böyük Pirəli kənd soveti tərəfindən xx xxx 1985-ci il tarixdə verilmiş İİİ-JQ 432825 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X39 ilə X26 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 16 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Səmədov, arvada Səmədova soyadları verilmişdir İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-JQ № 449965 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx xxxxxx 1986-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X39, anası X21r. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİ-JQ № 410896 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx xxxxxx 1993-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X39, anası X21r. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş XV-JQ № 395943 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx xxxxxxxx 1993-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası X39, anası X21r. İş materiallarında olan Qəbələ rayon Kiçik Pirəli kənd İ.Ə.N tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ № 674543 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X41 ilə X13 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 07 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadları verilmişdir İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X37 Bakı şəhəri, Nəsimi rayonunda vəfat etmişdir. Bu barədə xx.xx.2016-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 02 nömrə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Soltannuxa kənd İƏ dairəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 265 saylı arayışında X17 2015-ci il tarixdə vəfat etdiyi və onun X52, X48, X47, X42 və X63 qızı adlarında vərəsələrinin qaldığı qeyd edilmişdir. İş materiallarında olan xx xxxxx 1978-ci il tarixdə verilmiş l-JQ № 467585 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X37 ilə X22 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 04 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Səmədov, arvada Səmədova soyadları verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd soveti tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX- JQ № 324111 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx xxxxx 1983-cü il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X37, anası X33r. İş materiallarında olan Qəbələ rayon Soltannuxa kənd İ.Ə.N tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş AZ-İ № 461640 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X32 ilə X9 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 27 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Əhmədov, arvada Əhmədova soyadları verilmişdir İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ- JQ № 450018 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx xxx 1986-cı il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X37, anası X33r. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.N tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 123343 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx xxxx 1981-ci il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X37, anası X33r. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd soveti tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş V- JQ № 482542 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 x xxxx 1979-cu il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X37, anası X33r. İş materiallarında olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.N tərəfindən xx xxxxxxxx 1996-cı il tarixdə verilmiş Vİİ-JQ № 284619 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X34 ilə X43 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 18 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Vahibov, arvada Vahibova soyadları verilmişdir İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Cavabdeh3 xx xxxx 1970-ci il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X19, anası X7r. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd İ.Ə.N tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-T № 015576 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh3 ilə X27 arasında həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 73 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 xx xxxx 1959-cu il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, atası X19, anası X7r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir : İşin halları ilə müəyyən olunur ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X19 xx.xx.1956-cı il tarixdə X12 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından yeddi uşaqları doğulmuşdur. X12 xx.xx.2009-cu ildə, X38 xx.xx.2014-cü ildə, X39 xx xxxx 2003-cü ildə və X37 xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X69 tərəfindən verilmiş (reyestr nömrəsi – **********40; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Soltannuxa kəndində 0.08 ha və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX 9 saylı X69 tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Soltannuxa kəndində yerləşən 0.80 ha torpaq sahələrindən Səmədov Fı̇ krət Fərhad oğlunun və X4 hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Miras qalmış torpaq sahələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin vərəsələr miras əmlakdan payların müəyyən olunmasına görə notariat orqanına gəlmədikləri və lazımi sənədləri təqdim etmədikləri halda payların məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********40; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinin ½ payından və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.80 ha torpaq sahəsinin ½ payından vərəsə - Səmədov Fı̇ krət Fərhad oğlunun payı 6/7 hissə üzrə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********40; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsinin ½ payından və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş (reyestr nömrəsi – **********93; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.80 ha torpaq sahəsinin ½ payından vərəsə - Səmədov Fı̇ krət Fərhad oğlunun payı 6/7 hissə üzrə müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar