Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1032/2021 27.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Qeydiyyat şöbəsində Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona, yəni Ərizəçi məxsus doğum haqqında akt qeydində adının “Sultan” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Soltan” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1978-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Qəmərvan kəndində anadan olmuşdur. İİ qrup əlildir. Valideynləri, X1 və anası X6 olmuş və onlar Qəmərvan kənd sovetliyində doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. O, bir neçə gün bundan öncə ailələrinə məxsus torpaq sahəsinin sənədləşməsinə görə müraciət etmiş və onun vaxtilə Qəmərvan kənd Sovetliyi İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 06.06.1978-ci ildə tərtib edilmiş 19 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Soltan” əvəzinə səhvən “Sultan” kimi qeyd olunmuşdur. Soltan adı isə mərhum babasının adı olmuşdur. Hamı isə onu Ərizəçi kimi tanımışlar. Həmçinin, ali məktəbi bitirməyi barədə diplomda, hərbi biletində, şəxsiyyət vəsiqəsində, nikah və doğum haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə Ərizəçi kimi yazılmışdır. X1 26.08.2018-ci il tarixdə baş beynin bədxassəli yeni törəməsi xəstəliyindən vəfat etdikdən sonra onun adına olan əmlak üzrə vərəsəlik məsələsini həll etmək istəmişdir, lakin onun adını Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Sultan” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. O, Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququ olması izah edilmiş, bu barədə rəsmi olaraq 22 iyun 2021-ci il tarixli, 05/Q-773/15 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, 12.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 06 iyun 1978-ci il tarixli, V-ЖГ seriyalı, 452101 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxx 1978-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X1, anası X5r. İşdə olan Qəbələ rayon Qəmərvan kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.08.2007-ci il tarixli, l-AZ seriyalı, 344777 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 05 avqust 2007-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağasıyev, arvada Ağasıyeva soyadı verilmişdir. İşdə olan Qəbələ regional Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.09.2018-ci il tarixli, AZ-İ seriyalı, 933284 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum babasının adı, soyadı və ata adı “X3” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 05/Q-773/15 nömrəli məktubdan görünür ki, ərizəçiyə 06.06.1978-ci il tarixdə Qəbələ rayon Qəmərvan kənd İƏN tərəfindən tərtib edilmiş №19 doğum haqqında akt qeydində adının Sultan kimi yazıldığı, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından adının “Soltan”a düzəliş edilməsinin mümkün olmadığı, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuşdur və 23 noyabr 2005-ci il tarixdən Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 29.05.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan 10.04.2020-ci il tarixli, AO ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan A 045780 nömrəli “Ali Təhsil Haqqında Diplomun”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi 06.06.1978ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində doğulmuş və onun doğum akt qeydiyyatı kitabında səhvən adı “Sultan” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet və digər sənədlərdə adı “Soltan” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Sultan” kimi yazılmasının düzgün olmaması, onun adının “Soltan” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Soltan” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1032/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1032/2021
27.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver