Məhkəmə qərarları › İş №2(025)-1051/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1051/2020

14.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1051/2020 14.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı X1rşı “hərrac vasitəsilə aldığı torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı X1rşı “hərrac vasitəsilə aldığı torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizəsində JN-065F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən hərrac vasitəsiylə aldığı torpaq sahəsinin 0,03 ha hissəsinin məcburi qaydada ayrılıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə müəyyən etmişdir ki, qeyd edilən torpaq sahəsi hərrac vasitəsilə alındıqdan sonra müvafiq icra hakimiyyətindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “çıxarış” alınmamışdır. Eləcə də həmin torpaq sahəsinin naturada ayrılıb ona verilməsini barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2 müraciət etmiş, həmin idarə tərəfindən verilmiş **********43 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsinin üzərinə Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən nəzarət qoyulmuş və bu günə qədər nəzarət götürülməmişdir. Həmçinin torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxx 2008-ci il tarixlli 757-İİİQD nömrəli əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli, 4 saylı qərarına uyğun olaraq xidmət haqqı ödənilməsi izah edilmişdir. Bundan sonra Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-u il tarixli 8(025)-129/2019 nömrəli qərardadı ilə JN-065F olan şəhadətnamə üzrə Cavabdeh payına düşən hissəsindən 0,03 ha hissəsi üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Beləliklə, iddiaçıya izah edilməlidir ki, sözügedən torpaq sahəsi üzrə payının naturada ayrılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində payına uyğun olaraq müvafiq çıxarış almalı, daha sonra müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2) payının naturada ayrılması ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsi üzərində payının qeydiyyata alınması barədə hər hansı sənəd (çıxarış) əlavə etməmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1273/2019 nömrəli və xx xxxxxxxx 2019-cu il tarixli 2(025)-1346/2019 nömrəli qərardadları ilə iddiaçının iddia ərizəsi yuxarıda göstərilən səbəblərdən geri qaytarılmış, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsa da, iddiaçı həmin nöqsanları aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah olunmalıdır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı X1rşı “hərrac vasitəsilə aldığı torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar