Məhkəmə qərarları › İş №2(025)-1055/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1055/2023

15.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1055/2023 15.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Qəbələ rayonu, Corlu kəndindəki xüsusi mülkiyyətdə olan 0.57 ha torpaq sahəsindən fərdi yaşayış evinin və onun altındakı torpaq sahəsinin Cavabdeh2 məxsus olması nəzərə alınmaqla, 11/21 hissə olmaqla ona düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə ona İddiaçı, Cavabdeh2, X5, X11ma, Cavabdeh1 Əlövsət oğluna, X16ma və Nümayəndə qızma Qəbələ rayonu, Corlu kəndi ərazisindən 0.57 ha həyətyanı torpaq sahəsinə görə JN-374F, kod 40613005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixində JN-374F, kod 40613005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona İddiaçı, Cavabdeh2 qızma, X5, X11ma, Cavabdeh1 Əlövsət oğluna, X16ma və Nümayəndə ümumi birgə xüsusi mülkiyyətinə Qəbələ rayonu, Corlu kəndindəki 0.57 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan Seriya RX, ******* nömrəli Çıxarış və A 207887 nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Torpaq sanədində adı mülkiyyətçi kimi göstərilən atası X12 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra vərəsəlik işi açılmış və notariat ofisində Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Seriya RX, ******* nömrəli Çıxarışda adları qeyd X14, Nümayəndə və vərəsəlik üzrə pay almış X17 torpaq sahəsindəki paylarını ona bağışlamışlar. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0.57 ha torpaq sahəsinə 11/21 hissə ona İddiaçı, 3/21 hissə Cavabdeh2 qızma, 3/21 hissə Cavabdeh1 Əlövsət oğluna, 3/21 hissə X2 (xx.xx.2020-ci il tarixində vəfat etmişdir) və 1/21 hissə X5 xüsusi mülkiyyət hüququ əsasında verilmiş reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-ci il tarixində Çıxarış alınmışdır. Onu da bildirir ki, Qəbələ rayonu, Corlu kəndindəki 0.57 ha torpaq sahəsində 2 fərdi yaşayış evi olmuş, 1 fərdi yaşayış evi istismara yararsız olduğuna görə sökülmüş, digəri isə hal-hazırda da mövcuddu və həmin fərdi yaşayış evinin altında olan torpaq sahəsi JN-374F, kod 40613005 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (3-cü vərəqdə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü vərəqində 374 FJ və 374 FK kimi qeyd olunub) əsasən Cavabdeh2 qızma məxsusdur. Həmçinin, fərdi yaşayış evi də mübahisəli deyildir. Lakin Çıxarışda qeyd olunan birgə payçıların torpaq sahəsinin naturada bölünərək hissəyə uyğun bölgüsü payçılar arasında mübahisə olduğuna görə mümkün olmamışdır. Ona görə də məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********99; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,57 ha torpaq sahəsi üzərində Cavabdeh2 (3/21 pay), Cavabdeh1 (3/21 pay), X3 (3/21 pay), X6 (1/21 pay) və İddiaçı (11/21 pay) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********99; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,57 ha torpaq sahəsi üzərində Cavabdeh2, X6, X3, Cavabdeh1, X9, Nümayəndə və İddiaçı ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə, A№ 207887 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan JN-374F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən, Cavabdeh2, X4, X1, Cavabdeh1 Əlövsət oğlunun, X7, Nümayəndə və İddiaçı mülkiyyətinə 0.57 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli AZ-İİ № 101012 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İşdə materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli AZ-İİ № 249506 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli 3-21-3-42/2-3998/2023 nömrəli mütəxəsis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0,57 hektar torpaq sahəsi Qəbələ rayonu Corlu kəndində Cavabdeh2, Cavabdeh1, X8, X6 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. 0,57 ha torpaq sahəsindən İddiaçı mülkiyyətinə 0,2986 hektar, cavabdeh X6 mülkiyyətinə 0,0272 hektar, Cavabdeh2 mülkiyyətinə 0,0814 hektar, Cavabdeh1 mülkiyyətinə 0,0814 hektar və cavabdeh X3 mülkiyyətinə 0,0814 olmaqla payların naturada ayrılması mümkündür. Bölgü variantları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7749 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən 0.57 hektar torpaq sahəsi Qəbələ rayonu Corlu kəndində Cavabdeh2, Cavabdeh1, X8, X6 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. 0.57 ha torpaq sahəsindən İddiaçı mülkiyyətinə 0.2986 hektar, cavbdeh X6 mülkiyyətinə 0.0272 hektar, Cavabdeh2 mülkiyyətinə 0.0814 hektar, Cavabdeh1 mülkiyyətinə 0.0814 hektar və cavabdeh X3 mülkiyyətinə 0.0814 hektar olmaqla payların naturada ayrılması mümkündür. Bölgü variantları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********99; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ı ilə 0.57 ha torpaq sahəsi üzərində Cavabdeh2, Cavabdeh1 və İddiaçı payların naturada real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********99; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş 0.57 ha torpaq sahəsindən onun paynın 11/21 hissədə müəyyən edilmişdir. Paylı mülkiyyətçilər torpaq sahələrindən paylarına düşən hissələrə dair mülkiyyət sənədi almışlar. Həmin torpaq sahələrinin naturada bölünməsi ilə bağlı tərəflər razılağa gələ bilməmişdirlər. Hal-hazırda İddiaçı torpaq sahəsinin naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası keçirilib müvafiq rəylər alınmış və torpaq sahəsinin təklif olunan qaydada ayrılmasına iddiaçı etiraz etməmişdir. Məhkəmənin qənaətinə görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Corlu kəndində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********99: qeydiyyat nömrəsi–**********; qeydiyyat tarixi–xx.xx.2023 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 0.57 ha torpaq sahəsi, payına uyğun 11/21 (0,2986 ha) hissədə olmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin 3 nömrəli bölgü sxemində göstərilmiş torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılmalı və İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi - xx.xx.2023-cü il; reyestr nömrəsi – **********99) Cavabdeh2, Cavabdeh1, X13, X15 və İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu, Corlu kəndində yerləşən 0.57 ha torpaq sahəsi, payına uyğun 11/21 (0,2986 ha) hissədə olmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin 3 nömrəli bölgü sxemində göstərilmiş torpaq sahəsi İddiaçı verilməklə) naturada ayrılsın və İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar