Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1106/2020 20.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi mülkiyyət hüququ əsasında verilmiş torpaqdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi mülkiyyət hüququ əsasında verilmiş torpaqdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ şəhəri, 28 May küçəsi 38-də yerləşən 0.007 ha torpaq sahəsinə X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 adına ümumi birgə mülkiyyət əsasında xx.xx.2020-ci il tarixində verilmiş, reyestr nömrəsi **********66-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışda mərhum əri X4 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd etməklə mirası qəbul etməsi faktının və miras qalmış torpaq sahəsi və evə vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdir və xx.xx.2020-ci il tarixli 2(025)-918/2020 saylı qərardadı ilə həmin mülki iş baxılmamış saxlanılmışdır. Qərardadda izah olunmuşdur ki, iddiaçı kimi o, yəni-İddiaçı ilk növbədə əri X4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixində ünvan 1-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsinə X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 adına ümumi birgə mülkiyyət əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışdan payını müəyyən etməli, mərhum əri Ceyhun Tahirovun payı müəyyən olunduqdan sonra isə qanun üzrə vərəsəliyə əsasən onun və yetkinlik yaşına çatmayan uşağının vərəsəlik payının müəyyən edilməsi üçün notariat ofisinə, orada imtina olunduqda isə məhkəməyə müraciət etməlidir. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ şəhəri, 28 May küçəsi 38-də yerləşən 0.007 ha torpaq sahəsinə X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və X4 adına ümumi birgə mülkiyyət əsasında xx.xx.2020-ci il tarixində verilmiş reyestr nömrəsi **********66-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışda mərhum əri X4 payının müəyyən edilməsini istəyir. Hazırda digər mülkiyyətçilərlə torpaq sahəsinin bölünməsi barədə razılığa gələ bilmirlər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul edərək, torpaq sahəsindən iddiaçının mərhum ərinin payının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,07 ha yaşayış məntəqələrinin torpaqları Nəzirə Murad qızının adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X1 ümumi birgə paylı mülkiyyətinə dair hüquqları barədə qeyd apalırmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 44 nömrəli nikah akt qeydindən Çıxarışdan görünür ki, X5 ilə X2 xx xxxx 2008-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 72 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tahirov, arvada Tahirova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 912976 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 “Qara ciyərin serrozu koması” xəstəliyindən xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 79 № ilə qeyd edilmişdir. İşdə olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə X5 arasında nikah 29iyul 2008-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmışdır.X5 xx.xx.2009-cu il tarixdə “Qara ciyərin serrozu koması” xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» əsasında ünvan 1 ünvanında 0,07 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışla torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X1 ümumi birgə paylı mülkiyyətinə dair hüquqları qeydə alınmışdır. İddiaçı pay müəyyən olunduqdan sonra isə qanun üzrə vərəsəliyə əsasən onun və yetkinlik yaşına çatmayan uşağının vərəsəlik payının müəyyən edilməsini istəyir. Göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahəsinin 6 bərabər birgə mülkiyyətçisi olduğundan, onların hər birinin payı da 1/6 hissə üzrə müəyyən olunmalıdır. Məhkəmə qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsidən bərabər qaydada onların hər birinin 1/6 hissədə payları müəyyən olunmaqla iddia təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsindən İddiaçı mərhum əri X4 1/6 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66- 10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsindən İddiaçı mərhum əri X4 1/6 hissədə payı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1106/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1106/2020
20.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver