Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1154/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı X2 cavabdehlər X8, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi və ayrıca Çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər X8, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsünün keçirilməsi və ayrıca Çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən paylı mülkiyyətdə olan 0,21 hektar torpaq sahəsinə payının naturada ayrılaraq ona təhvil verilməsi və naturada ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsində qeydə alınmaqla həmin torpaq sahəsinə dair ona ayrıca Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında 1997-98-ci illərdə aparılmış Aqrar islahatı Komissiyasının 26.02.2001-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair JN-1533F, KOD-40601004 saylı şəhadətnaməyə əsasən Qəbələ şəhəri, F.Rəhimov küçəsi 25-də yerləşən ümumi sahəsi 0,21 hektar mübahisəli sahəyə onun mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********86 daşınmaz əmlakın dövlət reyestrində 187 nömrə ilə qeydiyyatdan keçmiş Çıxarışa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsinə onun 1/8 payının olması təsbit edilmişdir. Qəbələ rayon məhkəməsinin 2(025)-816/2020 saylı 18.08.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********886) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən onun payı 1/8 hissəsində (0,026 ha) müəyyən edilmişdir. Lakin hazırda onun torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilməsinə baxmayaraq, onun pay torpaq sahəsindən istifadə etməyinə maneçilik yaradılır və bununla da onun mülkiyyət hüququ pozulur. Qəbələ rayon məhkəməsinin 2(025)-816/2020 saylı 18.08.2020-ci il tarixli qətnaməsi üzrə paylı mülkiyyətdə olan torpaq sahəsinin könüllü bölgüsünün keçirilməsini təklif etməsinə baxmayaraq, lakin cavabdehlər buna könüllü razılaşmamışlar. Ona görə də hesab edir ki, mübahisəli ərazidə paylı mülkiyyətdə olan torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payı 1/8 hissədə (0,026 ha) müəyyən olunmuşdur. İş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.05.2020-ci il qeydiyyat tarixli, ********** qediyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan görünür ki, İddiaçı, X9, X5, X11, X1, X10, Cavabdeh1 və X4paylı mülkiyyətinə Qəbələ şəhəri, F.Rəhimov küçəsində 0,21 ha həyətyanı torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı 0,21 ha torpaq sahəsində payının 1/8 hissə üzrə müəyyən olunması barədə Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020-ci il tarixli icra vərəqəsinin icrası üçün vətəndaş qeyd olunan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri Ərazi İdarəsinə təqdim etməli və dövlət rüsumu ödəməlidir. Bundan sonra icra vərəqəsi qanuna müvafiq qaydada icra olunacaqdır. İş materillarında olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin 10.11.2020-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmənin 05avqust 2021-ci il tarixli 2(025)-1154/2021 nömrəli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur:Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payının 1/8 hissədə (0,026 ha) müəyyən olunması nəzərə alınmaqla və həmin paya veriləcək çıxarışa əsasən Qəbələ şəhəri, F.Rəhimov küçəsində yerləşən 0,21 ha torpaq sahəsindən X2payının naturada ayrılması mümkündürmü (həyətə giriş-çıxış yolu nəzərə alınmaqla), əgər mümkündürsə hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən mütəxəssis tədqiqatı aparılaraq məhkəməyə 03 sentyabr 2021-ci il tarixli **********49 nömrəli rəy təqdim olunmuşdur. Beləki, rəyə əsasən, Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payının 1/8 hissədə (0,026 ha) müəyyən olunması nəzərə alınmaqla və həmin paya veriləcək çıxarışa əsasən Qəbələ şəhəri, F.Rəhimov küçəsində yerləşən 0,21 ha torpaq sahəsindən X2payının naturada ayrılması mümkündür. Həmçinin rəyə “Paylı mülkiyyətdə olan 0,21 ha torpaq sahəsindən iddiaçı X2 payının naturada ayrılması mümkün olan (1 formada)bölgü planı əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-816/2020 nömrəli 18.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı payı 1/8 hissədə (0,026 ha) müəyyən olunmuşdur və sözügedən torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılmış və aparılan araşdırmaların nəticəsində müvafiq rəy verilmiş və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasının mümkün olduğu göstərilmiş və bununla bağlı bölgü planı məhkəməyə təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində bir bölgü planı göstərilmişdir.Eyni zamanda iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindənpayların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılmasınamünasibətlərini öyrənmək mümkün olmasa da, belə bölgü iddiaçının və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Məhkəmə eyni zamanda iddia tələbinin “naturada bölgünün keçirilməsindən sonra çıxarışın verilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq “çıxarış” alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi) müraciət edilə bilər. Yəni çıxarışın verilməsi məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Bu səbəbdən də məhkəmə həmin hissədə də iddianın təmin olunmamasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, eləcədə mütəxəssisrəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı 1/8 hissədə (0,026 ha) payı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onaverilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 95 (doxsan beş) manat məbləğində mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********86) Çıxarışla verilmiş 0,21 ha torpaq sahəsindən İddiaçı 1/8 hissədə (0,026 ha) payı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, Kapital Bank ASC Qəbələ rayon filialı, KOD 200491, VÖEN **********, hesab AZ53AİİB********************, S.W.İ.F.T.BİK___AİİBAZ 2X, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1154/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1154/2021
16.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver