Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1155/2020 18.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Abdulkərı̇mov Miqdar Mamed oğlunun və cavabdeh Abdulkərı̇mova Sudə Səməd qızının iştirakları ilə, İddiaçı Abdulkərı̇mov Miqdar Mamed oğlunun cavabdehlər Abdulkərı̇mova Sudə Səməd qızına, Abdulkərı̇mov Sərxan Miqdar oğluna və Abdulkərı̇mov Orxan Miqdar oğlunaqarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Abdulkərı̇mova Sudə Səməd qızına, Abdulkərı̇mov Sərxan Miqdar oğluna və Abdulkərı̇mov Orxan Miqdar oğlunaqarşı “ümumi paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-007 saylı kodu 40616018 olan Dövlət aktı ilə adlarına rəsmiləşdirilmiş 1.46 ha və JN-432 F saylı saylı kodu 40616018 olan torpaq şəhadətnaməsi ilə adlarına rəsmiləşdirilmiş 0.55 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİKnin xx.xx.1998-ci il tarixli 10 saylı qərarına JN - 007 saylı kodu 406/6018 olan Dövlət aktı ilə 5 nəfər ailə üzvülərinə 1.46 ha, JN-432 F saylı kodu 40616018 olan Torpaq şəhadətnaməsi ilə 5 nəfər ailə üzvülərinə 0.55 ha torpaq sahələri paylı mülkiyyətinə verilmişdir. Ailə münasibətlərinin pozulması və rəsmən nikahının Məhkəmə qaydasında ləğv edilməsi səbəbindən əmlaklarının bölünməsi zərurəti yaranmış ancaq cavabdehlərlə qarşılıqlı razılaşma əsasında bölgü apara bilməmişlər. Ona görə də DƏDRX - nin 9 saylı Qəbələ ərazi idarəsində bölgü aparılması mümkün olmamışdır. Bu barədə rəsmi məktubla cavab verilmişdir. Qeyd edilən səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Abdulkərı̇mov Miqdar Mamed oğlu iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Abdulkərı̇mova Sudə Səməd qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, ailəyə baxan deyil deyə iddiaçı ilə münasibətləri pozulub. Ev 2 mərətəbəlidi. Həmin evdən 1 otaq istifadə üçün iddiaçıya verilib. Oğlu Sərxanı evləndirib, evin ikinci mərtəbəsini ona veriblər. İddiaçı bütün günü sərxoş olur. İndi də torpağı ayırıb satmaq istəyir. Həmin torpaq sahəsində bir ev yerləşir, o evi də qaynatası tikmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Abdulkərı̇mov Sərxan Miqdar oğluna və Abdulkərı̇mov Orxan Miqdar oğlunaməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-432F (kod:40616018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, İddiaçı, Abdulkərı̇mova Sudə Səməd qızı, Abdulkərı̇mov Sərxan Miqdar oğlu, Abdulkərı̇mov Orxan Miqdar oğlu və Abdulkərı̇mova Durna Miqdar qızının ümumi birgə mülkiyyətinə 0,55 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0007 (Kod: 40616018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, İddiaçı, Abdulkərı̇mova Sudə Səməd qızı, Abdulkərı̇mov Sərxan Miqdar oğlu, Abdulkərı̇mov Orxan Miqdar oğlu və Abdulkərı̇mova Durna Miqdar qızının ümumi birgə mülkiyyətinə 1.46 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən verilmiş JN-432F (kod:40616018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,55 ha torpaq sahəsi üzərində; JN-0007 (Kod: 40616018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 1.46 ha torpaq sahəsi üzərində İddiaçı, Abdulkərı̇mova Sudə Səməd qızı, Abdulkərı̇mov Sərxan Miqdar oğlu, Abdulkərı̇mov Orxan Miqdar oğlu və Abdulkərı̇mova Durna Miqdar qızının; ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı və cavabdehlər Abdulkərı̇mova Sudə Səməd qızına, Abdulkərı̇mov Sərxan Miqdar oğluna və Abdulkərı̇mov Orxan Miqdar oğlu payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 432F nömrəli (kod:40616018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi olaraq 1/5 hissədə və JN-0007 nömrəli (kod: 40616018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»da mülkiyyətçi olaraq 1/5 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə JN-432F nömrəli (kod:40616018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,55 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/5 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-0007 nömrəli (kod: 40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1.46 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı payı 1/5 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə JN-432F nömrəli (kod:40616018) “Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə verilmiş 0,55 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsindən iddiaçı Abdulkərı̇mov Miqdar Mamed oğlunun payı 1/5 hissədə; Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-0007 nömrəli (kod: 40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 1.46 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən iddiaçı Abdulkərı̇mov Miqdar Mamed oğlunun payı 1/5 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1155/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1155/2020
18.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver