Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1163/2020 16.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Tüntül kənd İƏN-nin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi məxsus doğum haqqında qeyddə adının “Ağbəniz kimi yazılmasının düzgün olmamasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və adının “Aybəniz” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Qəbələ rayonun Nohurqışlaq kəndində doğulmuşdur. Doğum haqqında qeydiyyat xx.xx.1969-cu il tarixdə Qəbələ rayon Tüntül kənd İƏN-də 27 № ilə doğum kitabında aparılmışdır. Doğum haqqında A3 № saylı şəhadətnamə xx.xx.1969-cu il tarixdə Tüntül kənd İƏN-də tərtib edilmiş və onun adına verilmişdir. Sonrakı dövrlərdə tərtib edilmiş bütün şəxsi sənədlər də Ərizəçi adı ilə verilmişdir. Yarım əsrdən artıq müddətdə ətrafdakılar tərəfindən Aybəniz kimi tanınmışdır və müraciət Aybəniz adı ilə olunub və hazırda da Aybəniz kimi tanınır. Torpaq üzərində payların müəyyən edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilərkən, Qəbələ rayon Tüntül kənd İƏN-də xx.xx.1969-cu il tarixdə doğum haqqında 27 nömrə ilə aparılmış akt qeydi kitabında uşaq qrafasında adı Aybəniz əvəzinə “Ağbəniz” kimi qeyd olunması müəyyən olunmuşdur. Qəbələ Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət edərək doğum akt qeydləri kitabında “Ağbəniz” adının Aybəniz adına düzəliş edilməsi xahiş edilmişdir. Qəbələ Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 051Q-210/13 saylı məktubu ilə xahişin icrasından imtina olunaraq məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Uşaqlıqdan bu günədək ətrafdakılarla Aybəniz adı ilə ünsiyyətdə olmaq, şəxsi sənədlərdə, yəni AA******* saylı şəxsiyyət vəsiqəsində adın Aybəniz, XVİİ-ЖГ №-li 360223 saylı və XX-ЖГ № 375544 saylı xx.xx.1993-cü il və 12.091997-ci il tarixlərdə Bunud kənd İƏN-də tərtib olunmuş aktda, Vüsalə və Vüqar adlı uşaqlarının, doğum haqqında şəhadətnamələrində ana qrafasında adının Aybəniz kimi qeyd edilməsi, Tüntül kənd İƏN-də doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixli № 27 akt qeydində “Ağbəniz” adının Aybəniz adına düzəliş edilməsi tam əsasdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan xx xxxxxx 1969-cu il tarixli, AЭ seriyalı, ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan xx xxxxxx 1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 360223 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 1993-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. X2, anası X1r. İşdə olan xx xxxxxxxx 1997-ci il tarixli, XX-ЖГ seriyalı, 375544 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxx 1997-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X2, anası X1r. İşdə olan Qəbələ rayon İHB-nın Seyidqışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 79 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Seyidqışlaq kənd sakini kimi daimi qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-210/13 nömrəli məktubla Qəbələ rayon Tüntül kənd İƏN-də tərtib edilmiş xx.xx.1969-cu il tarixində № 27 doğum haqqında akt qeydini nəzərdən keçirərkən uşaq qrafasında adının “Ağbəniz” yazılması, doğum haqqında akt qeydi ilkin sənəd olduğu üçün və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından adının “Aybəniz”-ə düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan C01683676 nömrəli xarici pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1969-cu ildə Qəbələ rayonu, Tüntül kəndində doğulduğu və ona bu adla doğum haqqında şəhadətnamə verildiyi halda, doğum akt qeydiyyatı kitabında səhvən adı “Ağbəniz” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, xarici pasport və digər sənədlərdə adı “Aybəniz” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Ağbəniz” kimi yazılmasının düzgün olmaması və adının “Aybəniz” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və adının “Aybəniz” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1163/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1163/2020
16.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver