Məhkəmə qərarları › İş №2(025)-1187/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1187/2020

01.12.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1187/2020 01.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.1952-ci il tarixli 1063 nömrəli doğum haqqında akt qeydində mərhum atasının adının “Məmmədiyə” kimi, ata adının “Fətullah” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi və düzgün olaraq adın ”Məhəmmədiyə” kimi, ata adının “Fətulla” kimi yazılmalı olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək göstərdi ki, Mərhum atası, yəni - X5 1932-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuşdur. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyatı orqanlara müraciət edən zaman doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.1952-ci il tarixli 1063 nömrəli doğum haqqında akt qeydində atasının adı səhvən “Məmmədiyə” kimi, ata adı “Fətullah” kimi yazılmışdır. Qəbələ Rayon qardaşına verilmiş doğum haqqında şəhadətnamədə, həmçinin nikah haqqında Ölüm haqqında şəhadətnamədə atasının adı və ata adı düzgün olaraq X3 yazılmışdır. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı, Maraqlı şəxsnə müraciət etsə də doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi heç bir əsas olmadığından atasının adının Məhəmmədiyə olaraq atasının adının Fətulla olaraq düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq xx xxxxxxx 2020-ci il tarixli, 297/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ № 114329 saylı “Ölüm haqqında” Şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxxx 2002-ci il tarixdə Qəbələ rayon, Çarxana kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 256 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş AZB № 075201 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Məmmədrəhimov Söhrab Məhəmmədiyə oğlu xx xxxx 1971-ci il tarixdə Qəbələ rayon, Qəmərvan kəndində anadan olmuşdur, bu barədə xx xxxx 1971-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 26 nömrəli qeyd aparılmışdır. X2, anası X9r. İşdə olan xx.xx.2018-ci il tarixdə ASAN-Qəbələ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət X1 ata adı “Məhəmmədiyə” olaraq göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-297/13 nömrəli məktubla doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından ada “Məhəmmədiyə”, ata adına “Fətulla” olaraq düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin MPM-nin 341-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ərizəçinin mərhum X2nun adı “Məhəmmədiyə” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “Məmmədiyə” kimi, ata adı “Fətulla” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “Fətullah” kimi qeyd aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçinin mərhum atası - X5 barədə doğum akt qeydinin düzgün olmaması, adın “Məhəmmədiyə”, ata adının “Fətulla” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Ərizəçinin mərhum atası - X5 barədə doğum akt qeydinin düzgün olmaması, adın “Məhəmmədiyə”, ata adının “Fətulla” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar