Məhkəmə qərarları › İş №2(025)-1197/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1197/2021

16.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1197/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.07.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qəbələ şəhərində yerləşən 1.28 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Qəbələ şəhərində yerləşən 1.28 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş iddiaçının nümayəndəsi Nümayəndə ünvanlamış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 31 may 2020-ci il tarixli, **********21 nömrəli məktubunda göstərilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, qeyd olunan qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsinə dair müvafiq İcra Hakimiyyəti orqanının icazəsi və obyektin istismarına icazə sənədi təqdim edilməmişdir. Bu səbəbdən təqdim edilmiş sənədlər əsasında qeyri-yaşayış binalarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Göründüyü kimi, iddiaçı ərizəsində “mülkiyyət hüququnun tanınması”nı xahiş etmişdir. ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubundan da görünür ki, qeyri-yaşayış binasının daşınmaz dövlət reyestrində qeydiyyata alınması həmin idarənin səlahiyyətlərinə aiddir. Beləliklə iddiaçı, “mülkiyyət hüququnun tanınması” ilə bağlı ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikintisinə dair hüquq müəyyənedici sənədlərlə birlikdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubunda iddiaçının ərizəsindən imtina olunmamış, idarəyə hansı qaydada müraciət etməli olduğu izah edilmişdir. İddiaçıya izah edilsin ki, “mülkiyyət hüququnun tanınması” ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 31 may 2020-ci il tarixli, **********21 nömrəli məktubunda göstərilmiş şərtlər daxilində müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyyatı üzrə məhkəməyə müraciət olunmalıdır. Bundan başqa, iddiaçı qeyri-yaşayış binalarına mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, həmin daşınmaz əmlakların sayını, ölçüsünü və s. göstərməmişdir. Ümumiyyətlə, həmin daşınmaz əmlaklarla bağlı hər hansı hüquq müəyyən edici sənədlər (layihə smeta sənədi, sxem, memarlıq tərəfindən verilmiş layihə və s.) təqdim edilməmiş, ərizədə həmin sənədlərin mövcudluğu göstərilməmişdir. Göründüyü kimi, iddiaçının tələbi mücərrəd və qeyri-müəyyən olmaqla Azərbаycаn Respublikаsı MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə Qəbələ Rayon Məhkəməsinə daha əvvəllər də müraciət etmiş və məhkəmənin 21.01.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda göstərilən səbəblərdən iddiaçıya geri qaytarılmışdır. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(025)-222/2021 nömrəli qərardadından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(107)-757/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar