Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-12/2024 23.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər, X4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, X2 və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, X2 və qeyrilərinə qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq ümumi paylı mülkiyyətdə olan A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsindən payına düşən 1/5 hissənin naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********48) beş nəfərin (X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hazırda mülkiyyətçilər arasında paylarının naturda bölünməsi ilə bağlı ümumi razılıq əldə olunmadığından torpaqdan istifadə sahəsində mübahisə yaranmışdır. Ona görə də, ümumi paylı mülkiyyətdə olan A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsindən payına düşən 1/5 hissənin naturada ayrılıb verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.49 ha həyətyanı torpaq sahəsi X5 məxsus olmuş və sonuncunun ölümündən sonra qanunsuz yolla iki hissəyə bölünərək 0,22 ha X6, 0,27 ha İddiaçı verilmişdir. Ona görə də, X3 miras qalmış 0,27 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi məsələsi yoxlanılanadək 0,22 ha torpaq sahəsinin naturada bölünməsi məsələsinin dayandırılmasını tələb edir. Cavabdeh Ağanur Bədrəddin oğlu X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ ilə X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-42/2-6372/2023 saylı Mütəxəssis rəyinə əsasən A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsinin əlavə edilmiş Yerquruluşu planında göstərilən qaydada paylara uyğun (0,0440 ha) beş hissəyə naturada bölünərək ayrılması mümkündür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/684 saylı ekspert rəyinə əsasən İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsinin bölgü planında göstərilən qaydada X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı paylarına uyğun naturada ayrılması mümkündür. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (0,0440 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6372/2023 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T D İ : İddia tələbi təmin olunsun. A 796355 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,22 ha (reyestr nömrəsi: **********48) həyətyanı torpaq sahəsinin 1/5 hissəsi (0,0440 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6372/2023 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Cavabdehlər, X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-12/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-12/2024
23.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver