Məhkəmə qərarları › İş №2(025)-121/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-121/2024

30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-121/2024 30.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X4 ümumi birgə mülkiyyətində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından və JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən onun payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun, yəni İddiaçı, cavabdeh X5 va mərhum anası X2 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Huquqi Şəxsinin xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nomrəli, **********32 reyestr nömrəli «Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqları, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrufatı tayinatli torpaqları verilmişdir. Eyni zamanda JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 nömrəli qararına əsasən onun, yəni İddiaçı, cavabdeh X6 va mərhum anası X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,42 ha hayatyanı torpaq sahasi verilmişdir. O, digər mülkiyyətçi ilə, yəni cavabdeh X13 ila payın bölünməsində ümumi razılığa gəlməməyimizin ucundan məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının ayrılmasnı istəyir, çünki öz paylarının üzərində sərbəst şəkildə mülkiyyət hüququnu həyata keçirmək onun hüququdur. Bu barədə, yəni torpaq sahələrindən payların müəyyən edilmasi üçün cavabdehlə razılığa gələ bilmir, məsələni mübahisəsiz məhkəmədan kənar həll edilmasi üçün təşəbbüs göstərmişlər. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabi almışdır. O, öz payına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək va onun üzərinda sərəncam vermək hüququ əldə etmək istəyir. Bundan əlavə məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə JN-314F, kod 40604018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli və xx.xx.2023-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»larda gösterilən pay sahiblərindən X9 vəfat etmişdir və onun mərhum anası Gülarə Quliyevanın payına qarşi halhazırda iddiası yoxdur. O öz payının ayırılıb verilməsini istəyir. Bu halın nəzərə alınmasını xahiş edir. Eyni zamanda bildirir ki, o, xx.xx.2005-ci il tarixdə X7 ilə nikaha daxil olaraq “Rzabəyova” soyadını gotürmüşdür. Bu səbəbdən çıxarışlarda va şəhadətnamədə əvvəlki, yəni qızlıq soyadı Əliyeva göstərilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, belə ki, iddiaçının iddia tələbinin dəqiq və konkret olmadığını göstərmişdir. İddia ərizəsinin qanunsuz və əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-R- 00xx-xx/2023 saylı məktubundan görünür ki, X3 qüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş ilə və ya məhkəmə qərarı ilə birlikdə müraciət etməsi bildirilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq X4, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaq X4, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq X4, X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Bakı şəhəri, Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İN seriyalı 167959 saylı “Nikah haqqında Şəhadətnamə”-nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 və X8 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonar ərə Rzabəyov, arvada Rzabəyova soyadı verilmişdir. İşdə olan AZ-T seriyalı, 213016 saylı “Doğum haqqında Şəhadətnamə”-nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 1959-cu ildə anadan olmuşdur. İşdə olan AZ seriyalı, ******* saylı “Doğum haqqında Şəhadətnamə”-nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İİ seriyalı, 378145 saylı “Ölüm haqqında Şəhadətnamə”-nin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki ,X12 xx.xx.2005-ci il tarixdə mədə xərçəngi səbəbindən vəfat etmişdir. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq X4, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaq X4, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə, JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq X4, X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh ilə payların real bölgüsünün aparılmasında razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən onun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”-da, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”-da və JN-314F (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi olaraq 1/3 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X4, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********31) X4, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payı 1/3 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X4, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********31) X4, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payı 1/3 hissədə müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar