Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1224/2022 17.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünmsəi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisindən 0.35 ha həyətyanı torpaq sahəsinə görə verilmiş JN-065A, KOD 40603048 saylı və 0.30 ha həyətyanı torpaq sahəsinə görə verilmiş JN-065F, KOD 40603048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə Qəbələ rayonu, Məmmədağalı kəndində anadan olmuşdur. İddia ərizəsində qeyd olunan cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, Cavabdeh2 və Cavabdeh3 övladlarıdır. Digər cavabdehlər Cavabdeh5 İlyas qızı və Cavabdeh4 İlyas qızı bacıları, Cavabdeh6 isə bacısı oğludur. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə adları qeyd olunmuş atası X10 xx.xx.2003-cü il tarixində şiş intoksiyası xəstəliyindən və anası X5 xx.xx.2018-ci il tarixində ürək çatmamazlığından vəfat etmişlər. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarları ilə mənə Məmmədov (Məmmədzadə) Qiyas İlyas oğluna, mərhum atası və anası X10 və X2, həyat yoldaşına Cavabdeh1, övladları Cavabdeh3, Cavabdeh2, bacıları Məmmədova (Sadıqova) Mətanət İlyas qızına, Cavabdeh5 İlyas qızına və onun oğlu Cavabdeh6 Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisindən 0.35 ha və 0.30 ha həyətyanı torpaq sahələrinə görə JN-065A, kod 40603048 saylı və JN-065A, kod 40603048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona və mərhum validenlərinə də verilmiş torpaq sahələrinin bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, hazırda notariat ofisində mirasın qəbul edilməsi ilə əlaqədar vərəsəlik işinin açılıması mümkünsüzdür. Digər tərəfdən Cavabdeh5 İlyas qızı və onun oğlu Cavabdeh6 yaşadıqları Qəbələ rayonu, Məmmədağalı kəndindən köçərək Türkiyə Respublikasında yaşadıqlarından və onlarla əlaqəsi olmadığından razılıq əsasında torpaq sahəsindən payları könüllü olaraq bölmək mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-065A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, İddiaçı, X6, X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X4, Cavabdeh5 İlyas qızının, Cavabdeh6 ümumi birgə mülkiyyətinə 0.35 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-065F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən, İddiaçı, X6, X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X4, Cavabdeh5 İlyas qızının, Cavabdeh6 ümumi birgə mülkiyyətinə 0.30 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Məmmədağalı kəndində qeydiyyatdadır. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Məmmədağalı kəndində qeydiyyatdadır. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AR DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Arayışlardan görünür ki, Cavabdeh3 hal-hazırda Qəbələ rayon, Məmmədağalı kəndində qeydiyyatdadırlar. İşdə olan Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 192229 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində vəfat etmişdir.. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q-276(1)/69 saylı saylı Ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Qəbələ rayonu, Məmmədağalı kəndində vəfat etmişdir.. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən verilmiş JN-065A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.35 ha torpaq sahəsi və JN-065F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.30 ha torpaq sahəsi üzərində İddiaçı, X6, X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X4, Cavabdeh5 İlyas qızının, Cavabdeh6 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X11 xx.xx.2003-cü il tarixdə və X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı və cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh6 payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN-065A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-065F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/9 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisində yerləşən JN- 065A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.35 ha torpaq sahəsindən İddiaçı payı 1/9 hissədə və JN-065F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsindən İddiaçı payı 1/9 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayonu, Məmmədağalı kəndi ərazisində yerləşən JN-065A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.35 ha torpaq sahəsindən İddiaçı payı 1/9 hissədə və JN-065F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsindən İddiaçı payı 1/9 hissədə müəyyən olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1224/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1224/2022
17.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver