Məhkəmə qərarları › İş №2(025)-1232/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1232/2025

11.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1232/2025 11.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vergi ödəyicisi olan fiziki şəxsləri və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, AR VN 10 saylı Ərazi İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi barədə ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: AR VN 10 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan Qəbələ rayonu Zarağan Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4867,44 manat, İşsizlikdən Sığorta Fonduna 0,27 manat və İcbari Tibbi Sığorta Fonduna 842,04 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (Doğulduğu tarix: xx.xx.1979; Doğulduğu yer: Azərbaycan, Qəbələ rayonu, Zarağan kəndi, Cinsi: kişi; Azərbaycan Respublikası vətəndaşı; Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi 2UoQJYS Seriya və nömrəsi: AZE ********) ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs Qəbələ rayonu Zarağan bələdiyyəsi (VÖEN: **********) vergi öhdəliklərini AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 4867,44 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,27 manat və İcbari Tibbi Sığorta Fonduna 842,004 manat olmaqla cəmi 5709,75 manat vergi borcu yaranmış və həmin məbləğlərin 5 gün müddətində ödənilməsi məqsədilə vergi ödəyicisinə AR VM-nin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********068000 nömrəli, xx.xx.2025-ci il tarixli **********489000 nömrəli, xx.xx.2025-ci il tarixli **********258800 nömrəli və xx.xx.2025-ci il tarixli **********206300 nömrəli bildirişlər göndərilsə də, borclar ödəməmişdir. AR Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, vergi ödəyicisi olan Qəbələ rayonu Zarağan Bələdiyyəsinin (VÖEN: **********) sədri Maraqlı şəxs bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna 4867,44 manat, İşsizlikdən Sığorta Fonduna 0,27 manat və İcbari Tibbi Sığorta Fonduna 842,04 manat məbləğində borcunu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmədiyindən AR VN 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan həmin hüquqi şəxsin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E TD İ: Ərizə təmin olunsun. Vergi ödəyicisi olan hüquqi şəxs Qəbələ rayonu Zarağan Bələdiyyəsinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs (Doğulduğu tarix: xx.xx.1979; Doğulduğu yer: Azərbaycan, Qəbələ, Zarağan kəndi; Cinsi: kişi; Azərbaycan Respublikası vətəndaşı; Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx Seriya və nömrəsi: AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar