Məhkəmə qərarları › İş №2(025)-1254/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1254/2022

19.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1254/2022 19.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı3, İddiaçı2 və Nümayəndə cavabdehlər Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı3, iddiaçı və digər İddiaçı2 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, yəni Nümayəndə, İddiaçı2, İddiaçı3, Cavabdeh, eyni zamanda mərhumlar X5 və X6 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,62 ha yaşayış məntəqələri torpaqlarından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,0289 ha yaşayış məntəqələrinin torpaqlarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,22 ha yaşayış məntəqələrinin torpaqlarından və JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Nic kəndində 1,13 ha həyətyanı torpaq sahəsindən onların hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların, yəni Nümayəndə, İddiaçı2, İddiaçı3, Cavabdeh, eyni zamanda mərhumlar X3 və X4 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,62 ha yaşayış məntəqələrinin torpaqları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,0289 ha yaşayış məntəqələrinin torpaqları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,22 ha yaşayış məntəqələrinin torpaqları verilmişdir. Eyni zamanda JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən onların, yəni Nümayəndə, İddiaçı2, İddiaçı3, Cavabdeh, eyni zamanda mərhumlar X3 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-594 saylı dövlət aktında, JN-594A saylı, 594G saylı, 594H saylı və 594F saylı şəhadətnamələrdə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 4-cü sırada İddiaçı3 soyadı və adı texniki səhv olaraq İddiaçı3 əvəzinə "Nasibova Radmila" kimi qeyd edilmişdir. Bununla bağlı Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1006/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən İddiaçı2 Arşaki, X7, Nümayəndə, X2, X8 və İddiaçı2 Aloşoviçin birgə mülkiyyətlərinə verilmiş JN-594G, JN-594H, JN-594F və JN-594A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən İddiaçı2 Arşaki, X7, Nümayəndə və X1 birgə mülkiyyətlərinə verilmiş JN-594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının İddiaçı3 aid hissədə İddiaçı3 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Sözügedən qətnamə öz qanuni qüvvəsini almışdır. Daha sonra isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək müvafiq çıxarışlar aldılar. Onlar digər mülkiyyətçilərlə, yəni Cavabdeh ilə payın bölünməsində ümumi razılığa gəlməməkləri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ümumi paylı mülkiyyətdən payının ayrılmasını istəyirlər, çünki öz paylarının üzərində sərbəst şəkildə mülkiyyət hüqunu həyata keçirmək onların hüququdur. Bu barədə, yəni torpaq sahəsindən payların müəyyən edilməsi üçün onlar cavabdehlə razılığa gələ bilməmiş, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişlər. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışlar. Onlar öz paylarına düşən torpaq payı üzərində müstəqil olaraq sahiblik etmək, istifadə etmək və onun üzərində sərəncam vermək hüququ əldə etmək istəyirlər. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(025)-969/2020 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Geri qaytarılması səbəbi kimi iki hal göstərilmişdir. Qərardadda göstərilmişdir ki, iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərilməmişdir. Qeyd olunan çatışmamazlıq hal-hazırda aradan qaldırılmış və "iddia ərizəsinin imzalanması" səlahiyyəti etibarnamədə nəzərdə tutulan yeni etibarnamə alınmışdır. Bundan əlavə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-969/2020 nömrəli qərardadında göstərilmişdir ki, "iddia ərizəsinə mərhumlar X10 və X9 məxsus torpaq sahələri üzrə digər mülkiyyətçilərin qanun üzrə vərəsə kimi hüquqlarının tanınmasına dair hər hansı sübut əlavə etməmişdir." Məhkəmənin qərardadında göstərdiyi həmin halla razı deyillər. Çünki onlar mərhumlardan qalan paya qarsı halhazırda iddiası yoxdur. Onlar ərizənin "xahiş etdi" hissəsindən də göründüyü kimi öz payının ayrılıb onlara verilməsini istəyirlər. Məhkəmənin həmin əsasla iddia ərizəsini geri qaytarması ilə onların mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Belə olan halda onlar mülkiyyətindən lazımı qaydada istifadə edə bilmir. Onlar mərhumların deyil, öz payının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmədən həmin halın nəzərə alınmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahələri, həmçinin onun həyətyanı torpaq sahəsindən İddiaçı3, İddiaçı2 və Nümayəndə pay verilməsinə etiraz edir. Belə ki, o həmin şəxslər düşən torpaq payını vermişdir və yerdə qalan torpaq sahəsi onun öz istifadəsindədir. Həmn ərazilərdən iddiaçıların istifadə etməsinə razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN- 594F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən, X1, İddiaçı2, Nümayəndə, Cavabdeh, X5 və X6 ümumi birgə mülkiyyətinə 1.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1006/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən JN-594G, JN-594H, JN-594F və JN-594A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin JN-594 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının İddiaçı3 aid hissədə İddiaçı3 məxsus olması hüquqi faktı müəyyən edilmişdir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsi yerləşən 0.62 ha həyətyanı torpaq sahəsi İddiaçı3, İddiaçı2, Nümayəndə, Cavabdeh, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 776700 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsi yerləşən 0.0289 ha həyətyanı torpaq sahəsi İddiaçı3, İddiaçı2, Nümayəndə, Cavabdeh, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 776699 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsi yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi İddiaçı3, İddiaçı2, Nümayəndə, Cavabdeh, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A 776635 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Nic qəsəbə İ.Ə.N tərəfindən 21 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ № 227492 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 oktyabr 2002-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Nic qəsəbə İ.Ə.N tərəfindən 21 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ № 227491 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 aprel 2017-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, hal-hazırda da həmin qəsəbədə qeydiyyatdadır. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2000-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, hal-hazırda da həmin qəsəbədə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, hal-hazırda da həmin qəsəbədə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən verilmiş JN-594F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.13 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ilə 0.62 ha torpaq sahəsi, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ilə 0.0289 ha torpaq sahəsi və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ilə 0.22 ha torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı2, Nümayəndə, Cavabdeh, X5 və X6 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X10 02 oktyabr 2002-ci ildə, X11 01 aprel 2017-ci ildə vəfat etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə və Cavabdeh payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Hazırda iddiaçılar mübahisəli torpaq sahələrindən onların hər birinin payının 1/3 hissədə müəyyən edilməsini tələb edirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən iddiaçıların - İddiaçı3, İddiaçı2 və Nümayəndə digər üç mülkiyyətçi ilə birlikdə ümumi birgə mülkiyyətlərində olan torpaq sahələrində, yəni JN-594F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda, reyestr nömrəsi – **********03; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və reyestr nömrəsi – **********00; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda mülkiyyətçi olaraq 1/6 hissədə payı müəyyən olunmaqla iddia qismən təmin edilməlidir. Beləliklə, iddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə mübahisəli torpaq sahələrindən onların hər birinin payının 1/3 hissədə müəyyən edilməsini tələb etsələr də irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.62 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********03; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.0289 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********00; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.22 ha torpaq sahəsindən, JN-594F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən 1.13 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə hər birinin payı 1/6 hissədə müəyyən olunmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********02; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.62 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********03; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.0289 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********00; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən 0.22 ha torpaq sahəsindən, JN-594F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində yerləşən 1.13 ha torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və Nümayəndə hər birinin payı 1/6 hissədə müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar