Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1269/2021 07.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Zahı̇ r qızının, iddiaçının nümayəndəsi X2, cavabdehlər Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızının, Cavabdeh2̇ Zahı̇ r qızının, Cavabdeh3 Zahı̇ r qızının və Əbdürəhmanlı Rövşən Zahı̇ r oğlunun iştirakları ilə, İddiaçı Zahı̇ r qızının cavabdehlər Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızına, Cavabdeh2̇ Zahı̇ r qızına, Cavabdeh3 Zahı̇ r qızına, Cavabdeh4 Zahı̇ r qızına, Əbdürəhmanlı Rövşən Zahı̇ r oğluna qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Zahı̇ r qızı cavabdehlər Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızına, Cavabdeh2̇ Zahı̇ r qızına, Cavabdeh3 Zahı̇ r qızına, Cavabdeh4 Zahı̇ r qızına, Əbdürəhmanlı Rövşən Zahı̇ r oğluna qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Bum kəndi ərazisindən 0.53 ha həyətyanı torpaq sahəsinə görə verilmiş JN-193A, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Musayeva (Hacıyeva) Leyla Zahir qızı xx.xx.1981-ci ildə Qəbələ rayonu, Bum kəndində anadan olmuşdur. 2002-ci il tarixində X5 ilə ailə qurmuş və birgə evlilikdən 2 övladı olmuşdur. Ailə qurduqdan sonra 2002-ci il tarixindən ailə qurduğu üçün mərhum atasına məxsus evdən çıxaraq həmin kənddə olan həyat yoldaşına məxsus evdə yaşamışdır. X1 17.01.2005-ci il tarixində ankoloji Xəstəlikdən vəfat etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X4, Cavabdeh1, Musayeva (Ecaz) Leyli Zahir qızına, Musayeva (Məmmədova) Lalə Zahir qızına, Cavabdeh4, Cavabdeh5 və ona yəni- İddiaçı Qəbələ rayonu, Bum kəndi ərazisindən 0.53 ha həyətyanı torpaq sahəsinə görə JN-193A, KOD 40800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Halhazırda o, cavabdehlərlə birlikdə yaşamadığından və torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona da verilmiş həyətyanı torpaq sahəsinin isə bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, mübahisəli olduğundan mülkiyyətçi kimi ona düşən torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahələrindən ona düşəcək torpaq payının müəyyən edilməsini istəyir, lakin cavabdehlərlə razılıq olmadığından könüllü olaraq bölmək mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Zahı̇ r qızı və onun nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi onun yoldaşına verilib. Torpaq sahəsinə dair sənəddə İddiaçı Zahı̇ r qızının adı olsada, torpaqdan imtina etmişdir. İddiaçı hərdəfə torpaq sahəsində payına görə ondan pul tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, da hər dəfə hissə-hissə olmaqla ümumilikdə iddiaçıya 20 000 manat pul vermişdir. İddiaçı bu vaxta kimi torpaq sahəsi istəməyib, ancaq pul istəyib. Yalnız torpağın əvəzinə verdiyi 20000 manat pulu qaytaracağı halda iddiaçıya düşən pay torpağı ona verilməsinə razıdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2̇ Zahı̇ r qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsində onun da payı mövcuddur. Lakin o özünə düşən pay hissəsini tələb etmir. Onların xəstə qardaşı var həmin payın qardaşına verilməsini istəyir. Onların birgə mülkiyyətində olan torpaq sahəsindən İddiaçı Zahı̇ r qızına pay sahəsi verilməsinə razı deyil. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Zahı̇ r qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, torpaq sahəsinə dair sənəddə digər ailə üzvləri ilə bərabər İddiaçı Zahı̇ r qızının da adı var. İddiaçı hərdəfə torpaq sahəsində payına görə anasından pul tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Anası da hər dəfə 1000 manat pul vermişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əbdürəhmanlı Rövşən Zahı̇ r oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi anasının və digər ailə üzvlərinin mülkiyyətinə verilib. Torpaq sahəsinə dair sənəddə bacısı Leylanın da adı var. İddiaçı hərdəfə torpaq sahəsində payına görə ondan pul tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçıya torpaq sahəsindən pay verilməsinə etiraz edir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 Zahı̇ r qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-193A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X3, Musayeva Leyla Zahı̇ r qızının, Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızının, Musayeva Leylı̇ Zahı̇ r qızının, Musayeva Lalə Zahı̇ r qızının, Cavabdeh4 Zahı̇ r qızının və Cavabdeh5 Zahı̇ r oğlunun ümumi birgə mülkiyyətinə 0.53 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 06 fevral 2002-ci il tarixdə verilmiş AZ-l № 040441 saylı nikah haqqında şəhadətnamənin surətindən ki, X5 06 fevral 2002-ci il tarixdə Musayeva Leyla Zahı̇ r qızı ilə rəsmi nikaha girmiş və bu barədə Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 01 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan Səyyar Asan 10 tərəfindən 23.06.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zahı̇ r qızı xx.xx.1981-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, hal-hazırda da həmin qəsəbədə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən verilmiş JN-193A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.53 ha torpaq sahəsi üzərində X3, Musayeva Leyla Zahı̇ r qızının, Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızının, Musayeva Leylı̇ Zahı̇ r qızının, Musayeva Lalə Zahı̇ r qızının, Cavabdeh4 Zahı̇ r qızının və Cavabdeh5 Zahı̇ r oğlunun ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Zahı̇ r qızı və cavabdehlər Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızı, Cavabdeh2̇ Zahı̇ r qızı, Cavabdeh3 Zahı̇ r qızı, Cavabdeh4 Zahı̇ r qızı, Əbdürəhmanlı Rövşən Zahı̇ r oğlu payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 193A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/7 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-193A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X3, Musayeva Leyla Zahı̇ r qızının, Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızının, Musayeva Leylı̇ Zahı̇ r qızının, Musayeva Lalə Zahı̇ r qızının, Cavabdeh4 Zahı̇ r qızının və Cavabdeh5 Zahı̇ r oğlunun ümumi birgə mülkiyyətinə verilmiş 0.53 ha torpaq sahəsindən İddiaçı Zahı̇ r qızının payı 1/7 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-193A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə X3, Musayeva Leyla Zahı̇ r qızının, Musayeva Kı̇ fayət Bəxtı̇ yar qızının, Musayeva Leylı̇ Zahı̇ r qızının, Musayeva Lalə Zahı̇ r qızının, Cavabdeh4 Zahı̇ r qızının və Cavabdeh5 Zahı̇ r oğlunun ümumi birgə mülkiyyətinə verilmiş 0.53 ha torpaq sahəsindən İddiaçı Zahı̇ r qızının payı 1/7 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1269/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1269/2021
07.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver