Məhkəmə qərarları › İş №2(025)-1270/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1270/2021

26.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1270/2021 26.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” X3 qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” X3 qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona məxsus doğum haqqında akt qeydində adının “Azər” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Araz” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1967-cı ildə Qutqaşen(indiki Qəbələ) rayonu, Xirxatala kəndində anadan olmuşdur. Valideynləri, atası X5 və anası X4 olmuş və onlar Bum kənd Sovetində doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. Bir neçə gün bundan öncə sənədləşmə işinə görə Qəbələ regional “ASAN xidmət”-ə müraciət etmiş və onun vaxtilə Bum kənd Sovetliyi tərəfindən 29.11.1967-ci ildə tərtib edilmiş 197 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Araz” əvəzinə səhvən “Azər” kimi qeyd olunmuşdur. Hamı isə onu Ərizəçi kimi tanımışdır. Həmçinin, hərbi biletində, şəxsiyyət vəsiqəsində, orta məktəbi bitirməyi barədə attestatda, nikah və doğum haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə Ərizəçi kimi yazılmışdır. Halhazırda oğlu X1 şəxsiyyət vəsiqəsi almaq istəsə də, adı Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə “Azər” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ regional “ASAN xidmət” X3 müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 22 iyul 2021-ci il tarixli, 05/Q-950/15 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 29 noyabr 1967-ci il tarixli, АЗ seriyalı, ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1967-ci ildə Qutqaşen rayonu Xırxatala kəndində doğulmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Həmzəlli kəndi İnzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.08.1992-ci il tarixli, Vİ-ЖГ seriyalı, 292119 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 15 avqust 1992-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İşdə olan Qəbələ regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 05/Q-990/15 nömrəli məktubdan görünür ki, ərizəçiyə 29.11.1967-ci il tarixdə Qəbələ rayon Bum qəsəbə İƏN tərəfindən tərtib edilmiş №197 doğum haqqında akt qeydində adının Azər kimi yazıldığı, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından adının “Araz”a düzəliş edilməsinin mümkün olmadığı, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Asan-Qəbələ tərəfindən verilmiş 05.01.2018-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan 14.11.1985-ci il tarixli, НЗ seriyalı ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan AK seriyalı 088253 nömrəli “Orta Təhsil Haqqında Attestat”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1967ci ildə Qəbələ rayonu, Xırxatala kəndində doğulmuş və onun doğum akt qeydiyyatı kitabında səhvən adı “Azər” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, hərbi bilet və digər sənədlərdə adı “Araz” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Azər” kimi yazılmasının düzgün olmaması, onun adının “Araz” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Araz” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar