Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1320/2021 27.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının, iddiaçının nümayəndəsi X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 iştirakları ilə, İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6 qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən ******* saylı çıxarışla verilmiş 0,35 ha, ******* saylı çıxarışla verilmiş 0,74 ha, Qəbələ rayonu AİKnin 29.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş, JN0197JB saylı şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,55 ha və JN-197 F saylı şəhadətnamə ilə adına rəsmiləşdirilmiş 0,87 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Vəndam qəsəbəsində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********51 olan ******* saylı çıxarışa əsasən ümumi paylı mülkiyyətimizə 0.36 ha, reystr nömrəsi **********20-10301 olan ******* saylı çıxarışa əsasən ümumi paylı mülkiyyətimizə 0.74 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə Qəbələ rayonunun Vəndam qəsəbəsində Aqrar İslahat zamanı ailə üzvülərinə Qəbələ rayon AİKnin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.55 ha və 0.87 ha torpaq sahələri ümumi paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 0.55 ha JN-197B saylı 0.87 ha isə JN-197 F saylı şəhadətnamələrlə adlarına rəsmiləşdirilmişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə verilmiş 0.36 ha, ******* saylı çıxarışla verilmiş 0.74 ha torpaq sahələrindən 0 cümlədən JN 197B saylı şəhadətnamə ilə verilmiş 0.55 ha, JN-197 F saylı şəhadətnamə ilə veriimiş 0.87 ha torpaq sahəsi üzərində paylı mülkiyyətin mülkiyyətçisi hüququndan istifadə edə bilmirəm. Cavabdehlər bilərəkdən payçı kimi hüquqlarımın həyata keçirilməsinə imkan vermirlər. Qeyd olunan torpaq sahələrinin bölünməsinə və ya payın ayrılmasında razılığa gələ bilmirlər. Dəfələrlə razılıq əsasında ümumi paylı mülkiyyətdə olan torpaq sahələrində payının ayrılıb verilməsinə cəhd etsə də nəticəsi olmayıb. Cavabdehlər müxtəlif bəhanələrlə bölgüdən yayınmışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahələri onların ümumi birgə mülkiyyətinə verilib. İddiaçı illər əvvəl onların icazəsi olmadan qaçıb, başqa adamla evlənib. Torpaq sahəsinə dair sənəddə iddiaçı Aygünün adı olsada, torpaq sahəsindən ona pay verilməsini istəmir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izaha vermişdirlər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-197B (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X8 ümumi birgə mülkiyyətinə 0.55 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-197F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X8 ümumi birgə mülkiyyətinə 0.87 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X8 Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.36 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi birgə mülkiyyət hüququ 22.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.08.2016) surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0.74 ha torpaq sahəsindən Cavabdeh1 3/16, Cavabdeh2 3/16, Cavabdeh3 2/16, X1 2/16, Cavabdeh5 2/16, Cavabdeh6 2/16 və X8 2/16 hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən verilmiş JN-197B (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.55 ha torpaq sahəsi üzərində həmçinin Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 28.10.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən verilmiş JN-197F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.87 ha torpaq sahəsi üzərində X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 və X8 ümumi birgə mülkiyyət hüquqları, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə verilmiş 0.36 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və X8 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızı və cavabdehlər qeyd olunan torpaq sahələri üzrə payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 197B nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN- 197B nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/8 hissədə, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №0182912 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mülkiyyətçi olaraq 1/7 hissədə payı müəyyən olunmaqla iddia həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışına (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.08.2016) əsasən verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Qeyd olunan 0.74 ha torpaq sahəsi üzrə tərəflərin hər birinin payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsindən, JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/8 hissədə və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/7 hissədə müəyyən olunmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. JN-197B nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.55 ha torpaq sahəsindən, JN-197F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/8 hissədə və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 22.06.2103-cü il; reyestr nömrəsi – **********51) ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha torpaq sahəsindən iddiaçı Mirzalıyeva (Əhmədova) Aygün Nemət qızının payı 1/7 hissədə müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1320/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1320/2021
27.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver