Məhkəmə qərarları › İş №2(025)-1353/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1353/2020

09.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1353/2020 09.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçılar İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş JN-135G nömrəli (kod:40604018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə iddiaçılar İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə Qəbələ rayonu Hacallı kəndində 0.20 ha torpaq sahəsi verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsi üzrə payların naturada bölünməsini xahiş etsə də, iddia ərizəsinə həmin torpaq sahəsindən onların payının müəyyən olunmasına dair hər hansı sübut - müvafiq çıxarış əlavə etməmişdir. Belə ki, iddiaçı sözügedən torpaq sahəsi üzrə payının naturada ayrılması üçün ilk növbədə həmin torpaq sahəsi üzərində payına uyğun olaraq müvafiq çıxarış almalı, daha sonra, müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2) payının naturada ayrılması ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsi üzərində payının müəyyən olunmasına dair hər hansı sənəd (çıxarış) və müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2) payın naturada ayrılması ilə bağlı müraciət etdiyini sübut edən sənədləri əlavə etməmişdir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Bundan əlavə iddiaçı iddia ərizəsində cavabdehlərlə payların naturada ayrılması ilə bağlı razılığa gələ bilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən edilmiş payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar