Məhkəmə qərarları › İş №2(025)-1401/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1401/2021

16.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1401/2021 16.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Verdiyev X3 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində paylarən müəyyən olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Verdiyev X3 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində paylarən müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə görə hakim Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun olmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizəyə əlavə edilmiş ********* nömrəli ödəniş qəbzindən görünür ki, dövlət rüsumu iddiaçı tərəfindən deyil, “X1” adlı şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ № 157256 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 04 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Həmçinin, İddiaçı Cavabdeh1 iddia ərizəsində cavabdeh qismində göstərsə də, iş materiallarında olan AR-İİ № 416253 saylı Etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 müvafiq hərəkətləri etməyi etibar etmişdir. Bir sözlə iddiaçı cavabdehə qarşı iddia qaldırmış, eyni zamanda iddiaçı onu məhkəmədə təmsil etmək üçün cavabdehə, yəni qarşı tərəfə etibarnamə vermişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırılmalı olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 153.3, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində paylarən müəyyən olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar