Məhkəmə qərarları › İş №2(025)-1434/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1434/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1434/2025 27.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh5 Baxı qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı “umumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçılar, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh5 Baxı qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı “umumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh5 Baxı qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı “umumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddia qaldıraraq «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********40: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********40 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.47 ha həyətyanı torpaq sahəsindən və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********41: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********41 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.46 ha həyətyanı torpaq sahəsindən İddiaçı2 düşən 9/18 və İddiaçı1 düşən 4/18 hissənin naturada ayrılaraq ümumi birgə mülkiyyət hüququ əsasında verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********40: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********40 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********41: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********41 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi yeddi nəfərin (İddiaçı2 (9/18 hissə), Cavabdeh1 (1/18 hissə), Cavabdeh5 qızı (1/18 hissə), Cavabdeh4 (1/18 hissə), Cavabdeh3 (1/18 hissə), Cavabdeh2 (1/18 hissə), İddiaçı1 (4/18 hissə)) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 və 0.46 ha həyətyanı torpaq sahələrindən İddiaçı2 düşən 9/18 və İddiaçı1 düşən 4/18 hissənin naturada ayrılaraq ümumi birgə mülkiyyət hüququ əsasında verilməsi barədə iddia qaldırılmışdır. İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********40: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********40 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********41: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********41 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi yeddi nəfərin (İddiaçı2 (9/18 hissə), Cavabdeh1 (1/18 hissə), Cavabdeh5 qızı (1/18 hissə), Cavabdeh4 (1/18 hissə), Cavabdeh3 (1/18 hissə), Cavabdeh2 (1/18 hissə), İddiaçı1 (4/18 hissə)) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 və 0.46 ha həyətyanı torpaq sahələrindən İddiaçı2 düşən 9/18 və İddiaçı1 düşən 4/18 hissənin naturada ayrılaraq ümumi birgə mülkiyyət hüququ əsasında verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh1 izahatında göstərmişdir ki, valideynlərindən miras qalmış Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.47 ha 0.46 ha həyətyanı torpaq sahəsi vərəsələr arasında bərabər qaydada bölünməlidir. İddiaçı1 və İddiaçı2 9/18 hissədə pay verilməsi qanunsuzdur. Ona görə də, həmin torpaq sahələrinin 13/18 və 5/18 hissələr üzrə naturada bölünməsinə etiraz edir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********40 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********40) İddiaçı2 (9/18 hissə), Cavabdeh1 (1/18 hissə), Cavabdeh5 qızı (1/18 hissə), Cavabdeh4 (1/18 hissə), Cavabdeh3 (1/18 hissə), Cavabdeh2 (1/18 hissə) və İddiaçı1 (4/18 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********41 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********41) İddiaçı2 (9/18 hissə), Cavabdeh1 (1/18 hissə), Cavabdeh5 qızı (1/18 hissə), Cavabdeh4 (1/18 hissə), Cavabdeh3 (1/18 hissə), Cavabdeh2 (1/18 hissə) və İddiaçı1 (4/18 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5888/2025 saylı Mütəxəssis rəyində göstərilmişdir ki, **********40 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarına (13/18 hissədə) uyğun mülkiyyətlərinə 0,3394 hektar, cavabdehlər, Cavabdeh1, X1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 paylarına (5/18 hissədə) uyğun mülkiyyətlərinə 0,1306 hektar ərazinin naturada ayrılması mümkündür. Ümumi birgə mülkiyyətdə olan 0,47 hektar torpaq sahəsi üzərində olan qəzalı vəziyyətdə tikililər bölgüyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrılması nəzərdə tutulan hissənin üzərindədir; **********41 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarına (13/18 hissədə) uyğun mülkiyyətlərinə 0,3322 hektar, cavabdehlər, Cavabdeh1, X1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 paylarına (5/18 hissədə) uyğun mülkiyyətlərinə 0,1278 hektar ərazinin naturada ayrılması mümkündür. (Torpaq sahələrinin ümumi istifadə olunan yola çıxışı göstərilən ümumi situasiyada plan əlavə edilmişdir.) AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı2, Cavabdeh1, Cavabdeh5 qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və İddiaçı1 ümumi paylı müliyyətində olan **********40 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) və **********41 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli 3-21-3-42/2-5888/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 13/18 və 5/18 hissələr üzrə naturada bölünməli, 1 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3394 ha həyətyanı torpaq sahəsi və 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3322 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 ümumi paylı (9/13 və 4/13 hissələr üzrə) mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. İddiaçı2, Cavabdeh1, Cavabdeh5 qızı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və İddiaçı1 ümumi paylı müliyyətində olan **********40 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,47 ha (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) və **********41 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli 3-21-3-42/2-5888/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 13/18 və 5/18 hissələr üzrə naturada bölünsün: 1 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3394 ha həyətyanı torpaq sahəsi və 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3322 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 ümumi paylı (9/13 və 4/13 hissələr üzrə) mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar