Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1511/2021 13.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Zarağan kənd İ.Ə.N-də tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində adının “Mirzəfər” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Müzəffər” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxx 1942-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur. X4, anası X2r. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət edən zaman X1 məxsus doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Qəbələ rayon Zarağan kədn İ.Ə.N-də tərtib edilmiş 25.09.1942-ci il tarixli 46 nömrəli doğum haqqında akt qeydində adı səhvən “Mirzəfər” kimi yazılmışdır. Həmçinin həmin doğum aktı əsasında verilmiş şəxsiyyət vəsiqəsində də adı “Mirzəfər” kimi yazılmışdır. Ona məxsus digər sənədlərdə adı düzgün olaraq “Müzəffər” kimi yazılmışdır. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı, Maraqlı şəxsnə müraciət etsə də doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi heç bir əsas olmadığından adı Müzəffər olaraq düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq 28 iyul 2021-ci il tarixli, 05/Q-234/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Zarağan kəndi İ.Ə.N tərəfindən 09 aprel 2005-ci il tarixdə verilmiş AZ-İ № 599045 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Mirzəfər” kimi yazılmışdır. İş materiallarında olan Qəbələ rayon Böyük Pirəli kənd soveti tərəfindən 18 oktyabr 1967-ci il tarixdə verilmiş İ-İE № 470939 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 oktyabr 1967-ci il tarixdə X6 ilə nikah bağlamışdır. Bu sənəddə ərizəçinin adı “Müzəffər” kimi qeyd olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd soveti tərəfindən verilmiş Nümayəndə məxsus 06 iyul 1987-ci il tarixli Xİİ-JQ № 351546 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ata qrafasında ərizəçinin adı “Müzəffər” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 29.01.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı, Nümayəndə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə atasının adı “Müzəffər” olaraq göstərilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28.07.2021-ci il tarixli, 05/Q-234/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində adı “Mirzəfər” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Müzəffər” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin adı qrafasında “Mirzəfər” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Zarağan kənd İƏD-də tərtib edilmiş 25.09.1942-ci il tarixli, 46 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Mirzəfər” kimi yazılmasının düzgün olmaması və adın “Müzəffər” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Mirzəfər” kimi yazılmasının düzgün olmaması və adın “Müzəffər” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1511/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1511/2021
13.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver