Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1542/2021 08.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona məxsus doğum haqqında akt qeydində adının “Gülnar” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Gülnur” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Məmmədova (Mustafayeva) Gülnur Ramazan qızı xx xxxx 1984-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. 04.08.2004-cü ildə Nümayəndə ilə nikaha daxil olaraq soyadını “Məmmədova” kimi qeyd etdirmişdir. Valideynləri atası X5 və anası X1 olmuş və onlar Qutqaşen (Qəbələ) rayon VVAQ şöbəsinə doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. Bir neçə gün öncə sənədləşmə işinə görə Qəbələ regional “ASAN xidmət”ə müraciət etmiş və onun vaxtilə Qutqaşen (Qəbələ) rayon Qeydiyyat şöbəsi tərəfindən 06.07.1984-cü ildə tərtib edilmiş 143 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Gülnur” əvəzinə “Gülnar” kimi qeyd olunmuşdur. Hamı isə onu Məmmədova (Mustafayeva) Gülnur Ramazan qızı kimi tanımışlar. Həmçinin şəxsiyyət vəsiqəsində, orta məktəbi bitirməsi barədə attestatda, nikah haqqında şəhadətnamə və s. digər sənədlərdə Məmmədova (Mustafayeva) Gülnur Ramazan qızı kimi yazılmışdır. Hal-hazırda oğlu X6 şəxsiyyət vəsiqəsi almaq istəsə də, adı Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə “Gülnar” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Maraqlı şəxsnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 03 sentyabr 2021-ci il tarixli, 05/Q-278 saylı imtina məktubu da verilmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 29 noyabr 1967-ci il tarixli, АЗ seriyalı, ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 23 oktyabr 1967-ci ildə Qutqaşen rayonu Xırxatala kəndində doğulmuşdur. İşdə olan Qəbələ rayonu Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 23.08.2004-cü il tarixli, AZ-İ seriyalı, 094684 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə ilə X2 23 avqust 2004-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 34 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 05/Q-278 nömrəli məktubdan görünür ki, ərizəçiyə 06.07.1984-cü il tarixdə Maraqlı şəxsndə tərtib edilmiş №143 doğum haqqında akt qeydində adının Gülnar kimi yazıldığı, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından adının “Gülnura”a düzəliş edilməsinin mümkün olmadığı, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan 20.06.2029-cu il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan ******* nömrəli “Əmək kitabçısı”nın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. İşdə olan A seriyalı 440041 nömrəli “Orta Təhsil Haqqında Attestat”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı, soyadı və ata adı “X3” kimi yazılmışdır. İşdə olan ərizəçilərin uşaqlarına aid doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi 06.07.1984cü ildə doğulmuş və onun doğum akt qeydiyyatı kitabında səhvən adı “Gülnar” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi, əmək kitabçısı, orta təhsil haqqında atestatda və digər sənədlərdə adı “Gülnur” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında qeydində adının “Gülnar” kimi yazılmasının düzgün olmaması, onun adının “Gülnur” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçi Mustafayeva (Məmmədova) Gülnur Ramazan barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Gülnur” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1542/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1542/2021
08.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver