Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-156/2021 06.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X4, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1y İvanoviçin, X12, Cavabdeh3 Namət oğlunun, Cavabdeh4, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X18, X5, onların vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 (eyni zamanda ilkin iddia üzrə digər cavabdehlərin etibarnamə üzrə nümayəndəsi) və tərcüməçi X7 iştirakları ilə İddiaçı cavabdehlər X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 qarşı “şərəf və ləyəqatini, işguzar nüfusunu ləkələyən məlumatların təkzib edilməsi, üzr istənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, X24 və X5 cavabdeh İddiaçı qarşı “kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində böhtan xarakterli məlumatlar yaymaqla, onun işgüzar nüfuzuna xələl gətirən X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi, barəsində böhtan xarakterli məlumatlar yaymaqla, onun işgüzar nüfuzuna xələl gətirdiklərinə görə hər birindən maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 50000 manat təzminat pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə İddiaçı məhkəməyə poçt vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, onun şərəf və ləyaqətinin müdafiəsini təmin etmək məqsədi ilə, Cavabdeh1 paylaşdığı “Kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib – dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib, o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır. Sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quqruluş olması bilərə aydınlaşdırılmamışdır.”; Cavabdeh4 paylaşdığı “Torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı o pul da yeyildi getdi, nə xətt yoxdur, nə də su.”; cavabdeh X18 paylaşdığı “Hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır, lakin yalan söhbətdir, satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.”; cavabdeh X13 paylaşdığı “Kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur, bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi onu da yeyib talayıblar, cəmi 365 baş mal qara qalmışdır.”; Cavabdeh3 paylaşdığı “Hal-hazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır” ifadələrinin işlədilməsi və həmin məlumatların sosial şəbəkədə yayılması onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, həmin sosial şəbəkədə təkzib verilməklə ondan üzr istənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, mənəvi zərərin əvəzi kimi ona cavabdehlərin hər birindən 10.000 (on min) manatın, cəmi 60.000 (altmış min) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, artıq neçə vaxtdır “Nikitin” adına Kolxzun sədri iddiaçı X6rşı bir qrup şəxs, xüsusilə də, iş üzrə cavabdeh qoyulan X24, Cavabdeh1, X21, Cavabdeh3, X16 və Cavabdeh4 ciddi böhtanlar atırlar. Belə ki, onlar iddiaçıya qarşı müxtəlif yerlərdə kütləvi çıxışlar edir, həmçinin iddiaçı barəsində guya onun Kolxozun torpaq sahələrini satması barədə həqiqətə uyğun olmayan böhtan xarakterli yazıları müxtəlif direktiv orqanlara yazır. Odur ki, bu böhtan, şər və şantajların heç bir hüquqi əsası olmadığı və iddiaçı X10 işgüzar nüfuzuna xələl gətirdiyi üçün cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi, o cümlədən bütün bu söz-söhbətlərin iddiaçının səhhətinə və heysiyyatına ciddi təsiri olduğundan cavabdehlərin hər birinin iddiaçının xeyrinə 5.000 (beş min) azn maddi və 50 000 (əlli min) azn mənəvi təzminat ödəməsi barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Cavabdehlar Azərbaycan Respublikası Konstitusiyasının kobud şəkildə pozmuşlar. Cavabdehlər “Nikitin” adına kolxozun sədri kimi İddiaçı qarşı bir ildən artıqdır ki, müxtəlif dövlət orqanlarında, sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələməklə, işgüzar nüfuzuna zərbə vurmaqdadırlar. Belə ki, cavabdehlər ilk öncə həqiqətə uyğun olmayan məlumatları bir neçə dəfə Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sədri olduğu “Nikitin” adına kolxozun guya ki, torpaqlarının qanunsuz olaraq icarəyə verilməsi, kolxoz üzvlərinin əsassız olaraq maaşların verilməməsi, kalxoza məxsus mal-qaranın sataraq pullarının mənimsənilməsi və kalxozun bütün əmlakının talan olunması barədə ərizələrlə müraciət etmişdilər. Həmin direktiv orqanları tərəfindən onlara olunan şikayətlər araşdırılmaları üçün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı X29 həvalə edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2020-ci il tarixli 06/2299 saylı məktubu ilə “Nikitin” adına kolxozun sədri tərəfindən torpaq sahələrinin kənar şəxslərə icarə verildiyi, gələn gəlirlərin mənimsənilməsi və maaşların verilməməsi barəsində Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanlanmış müraciətləri ilə əlaqədar bildirilmişdir ki, “Nikitin” adına kolxozun son illərdə maliyyə vəziyyətində problem yaşandığından kənd təsərrüfatı bitkilərinin, xüsusilə də dənli taxıl bitkilərinin məhsuldarlığında kəskin enmə dinamikası yaranmışdır. Belə ki, 2019-cu ildə hər hektar buğda sahəsindən 10.2 sentner, arpa sahəsindən isə 8.6 sentner məhsul götürülmüşdür. Bu səbəbdən də kalxoz rəhbərliyi yaranmış acınacaqlı vəziyyətdən çıxmaq, eləcə də payızlıq əkin sahələrində aqrotexniki tədbirləri həyata keçirmək məqsədi ilə texnika, toxum, gübrə, zərərvericilərə qarşı mübarizə aparmaq üçün investor cəlb etmiş və xx xxxxxxxx 2019-cu il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. İnvestor təsərrüfata yuxarıda qeyd olunan aqrotexniki tədbirləri həyata keçirmək üçün bir milyon manat vəsait ayırmışdır. Nəticədə kalxozun 3800 ha əkin sahəsidə dənli bitkilərin səpini aparılmış, təsərrüfata kənd təsərrüfatı texnikaları cəlb edilmiş, toxum, gübrə, pestisidlər gətirilmiş, bütün aqrotexniki tədbirlər optimal müddətdə tələb olunan səviyyədə həyata keçirilmiş və əvvəlki ilə nisbətən məhsuldarlıq 2 dəfədən artıq olmuşdur. Həmçinin sözügedən məktubla cavabdehlərə bildirilmişdir ki, kalxozun istifadəsində olan 5147 ha əkin təyinatlı torpaq sahəsi kalxoz sədri tərəfindən heç kəsə satılmamış və ya icarəyə verilməmişdir. Cavabdehlər İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının aparatı tərəfindən yuxarıda qeyd edilmiş məlumatlar ilə qane olmayaraq, həqiqətə uyğun olmayan məlumatları bu dəfə də sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “ABA TV”-nin “Gündəm xəbər” yayımında 1 il bundan öncə və “Reaksiya TV”-nin “YouTube” internet portalında 6 ay bundan öncə yerləşdirərək əsassız və böhtan xarakterli məlumatları yenidən yaymaqla onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna zərər vurmağa davam etmişlər. Həmin yayımlara 25.400 (iyirmi beş min dörd yüz) insan baxmaqla onun barəsində təhqir və böhtan xarakterli rəylər yazmışdırlar.1 il bundan öncə “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 9–cu dəqiqəsinin 13-cü saniyəsindən 45-ci saniyəsi müddətində cavabdehlərdən Cavabdeh1 verdiyi müsahibəsində həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, “kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib-dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib, o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır. Sözügedən video çəklişin 10-cu dəqiqəsinin 06-cı saniyəsindən 40-ci saniyəsi müddətində Cavabdeh1 yenidən həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quruluş olması bilərək aydınlaşdırılmamışdır.” Bundan əlavə, “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 12-ci dəqiqəsinin 03-cü saniyəsindən 47-ci saniyəsi müddətində cavabdehlərdən Cavabdeh4 verdiyi müsahibəsində həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, “torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kənddə yəni kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı, o pul da yeyildi getdi, nə xətt yoxdur nə də su.”Bundan əlavə, “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 15-ci dəqiqəsinin 26-cı saniyəsindən 59-cu saniyəsi müddətində cavabdehlərdən X24 verdiyi müsahibəsində həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, “hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır, lakin yalan söhbətdir satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.” Eyni zamanda 6 ay bundan öncə sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətində cavabdehlərdən X19 verdiyi müsahibəsində həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, “kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur, bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi, onu da yeyib talayıblar cəmi 365 baş mal qara qalmışdır.” Bundan əlavə, 6 ay bundan öncə sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətində cavabdehlərdən Cavabdeh3 verdiyi müsahibəsində həqiqətə uyğun olmayan məlumat olaraq bildirir ki, “halhazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu, xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır.” Qeyd edilənlərdən aydın olur ki, cavabdehlər əllərində hər hansı sübut və dəlillər olmadan sadəcə onun şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzunu ləkələyən məlumatları qərəzli şəkildə yaymaqla onu dövlətin rəhbər şəxslərinin və cəmiyyətin geniş insan kütləsi arasında nüfuzdan salmaq niyyətində olmuşlar. Sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”nin “YouTube” internet kanalında cavabdehlər tərəfindən verilən müsahibədə onun barəsində talançı və soyğunçu və oğru kimi təhqiramiz ifadələrə yer verilmiş, həmin şəxslər onu sədr kimi kolxozun əmlaklarını talan edərək şəxsi mənafeyi naminə istifadə etməkdə ittiham etmiş, onu rayon İcra başçısı ilə əlbir olaraq kəndə məxsus əmlakın talanmasında günahlandırmış və bütün bunlar azmış kimi onun kolxoza rəhbərlik fəaliyyətini qanunsuz hesab etməklə onun şərəf və ləyaqətini alçaltmış, eyni zamanda işgüzar nüfuzuna ciddi zərər vurmuşlar. Bu cür məlumatlar yayıldığına görə, onun şərəf və ləyaqətinin müdafiəsini təmin etmək məqsədi ilə həmin məlumatlar onun şərəf və ləaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, həmin kütləvi informasiya vasitəsində təkzib verilməklə ondan üzr istənilməli, bununla da yayılmış məlumatların təkzib edilmə üsulu müəyyən olunmalı, mənəvi zərərin əvəzi kimi ona bir 50000 (əlli) manat ödənilməlidir. xx.xx.2020-ci il tarixdə cavabdehlər X24 və X16 məhkəməyə İddiaçı qarşı “kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı “Nikitin” adına Kolxozun sədri Vasili İvanoviçin iddiasının rədd olunması, hazırkı iddia ərizəsi üzrə iddiaçılara kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hərəsinə 3000 (üç min) manat pulun ödənilməsinə dair qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, artıq aylardır ki, “Nikitin” adına kolxozda maaşlar verilməmiş, kolxozun sədri Vasili İvanoviç “Nikitin” adına Kolxozun üzvlərinin əmək haqqılarını mənimsəmişdir. Onlar bu günə qədər Kolxozda işlədikləri müddət ərzində heç vaxt qanunla müəyyən edilmiş qaydada əməkhaqqı almamışlar. Azərbaycan Respublikasında orta aylıq əməkhaqqı 250 manat olduğu halda onlara ayda 30-40 manat verilməklə haqları mənimsənilir. Bu barədə dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısına və dövlət qurumlarına müraciət etsələr də, qeyd olunan şəxslərin İcra Hakimiyyəti ilə olan yaxınlığı səbəbində şikayətlərinə baxılmamış, əksinə ciddi etiraz edən kolxoz üzvləri həbsə salınaraq digər sakinlərin susdurulmasına çalışılmış, digər dövlət qurumlarına edilmiş şikayətləri də İcra Başçısına göndərildiyindən ört-basdır edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 06/2299 saylı məktubundan da görünür ki, İcra Başçısı kəndliləri yox, qısa zamanda ən yaxın ətrafına çevrilmiş cinayətkarları müdafiə edir. Bundan başqa hazırkı qarşılıqlı iddia üzrə cavabdeh “Nikitin” adına kolxozun sədri Vasili İvanoviç əkin sahələrindən ortalama hər hektardan 28 sentner taxıl götürülməsinə baxmayaraq kolxoz üzvlərinə, eləcə də onlara bu məhsuldan heç bir pay verməmiş və analoji olaraq əlbir olduğu şəxslərlə birlikdə mənimsəmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X17 ilkin iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddianın əsasını təşkil edən ilkin olaraq məsələ Kolxoz idarəçilik sistemidir. Cavabdehlər hüquqlarını müdafiə etdiyi şəxslə bağlı müxtəlif dövlət orqanlara, o cümlədən Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əsası olmayan, şər-böhtandan ibarət olan şikayətlər etmişlər. Şəxs barəsində yazılan şikayətlərdə cavabdehlərin əsas məsələsi “Nikitin” adına Kolxozun sədrinin guya ki, torpaqların qanunsuz olaraq icarəyə verilməsi, kolxoz üzvlərinin əsassız olaraq maaşlarının verilməməsi, kolxoza məxsus mal-qaranın sataraq pullarının mənimsənilməsi və kolxozun bütün əmlakının talan olunmasıdır. Həmin orqanlar tərəfindən onlara olan şikayətlər araşdırılmaları üçün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı X29 həvalə edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2020-ci il tarixli 06/2299 saylı məktubu ilə "Nikitin" adına kolxozun sədri tərəfindən torpaq sahələrinin kənar şəxslərə icarə verildiyi, gələn gəlirlərin mənimsənilməsi və maaşların verilməməsi barəsində Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanlanmış müraciətləri ilə əlaqədar bildirilmişdir ki, "Nikitin" adına kolxozun son illərdə maliyyə vəziyyətində problem yaşandığından kənd təsərrüfatı bitkilərinin, xüsusilə də dənli taxıl bitkilərinin məhsuldarlığında kəskin enmə dinamikası yaranmışdır. Belə ki, 2019-cu ildə hər hektar buğda sahəsindən 10.2 sentner, arpa sahəsindən isə 8.6 sentner məhsul götürülmüşdür. Bu səbəbdən də kalxoz rəhbərliyi yaranmış acınacaqlı vəziyyətdən çıxmaq, eləcə də payızlıq əkin sahələrində aqrotexniki tədbirləri həyata keçirmək məqsədi ilə texnika, toxum, gübrə, zərərvericilərə qarşı mübarizə aparmaq üçün investor cəlb etmiş və xx xxxxxxxx 2019-cu il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. İnvestor təsərrüfata yuxarıda qeyd olunan aqrotexniki tədbirləri həyata keçirmək üçün bir milyon manat vəsait ayırmışdır. Nəticədə kalxozun 3800 ha əkin sahəsidə dənli bitkilərin səpini aparılmış, təsərrüfata kənd təsərrüfatı texnikaları cəlb edilmiş, toxum, gübrə, pestisidlər gətirilmiş, bütün aqrotexniki tədbirlər optimal müddətdə tələb olunan səviyyədə həyata keçirilmiş və əvvəlki ilə nisbətən məhsuldarlıq 2 dəfədən artıq olmuşdur. Həmçinin sözügedən məktubla cavabdehlərə bildirilmişdir ki, kalxozun istifadəsində olan 5147 ha əkin təyinatlı torpaq sahəsi kalxoz sədri tərəfindən heç kəsə satılmamış və ya qanunsuz olaraq başqa şəxsə icarəyə verilməmişdir. Kalxoz nizamnaməsində qeyd edilmişdir ki, kolxozun mənafeyi üçün digər şəxslərlə müqavilə bağlana bilər. İcra Hakimiyyəti müəyyən etmişdir ki, həmin şəxs torpaqlara qulluqla böyük bir vəsait əldə etmişdir. Cavabdehlərin iddiaçı barəsində yalan və yalnış olan məlumatların yayılması yaxşı hal olmamışdır. Cavabdehlər İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının aparatı tərəfindən yuxarıda qeyd edilmiş məlumatlar ilə qane olmayaraq, həqiqətə uyğun olmayan məlumatları bu dəfə də sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən "ABA TV"-nin "Gündəm xəbər" yayımında 1 il bundan öncə və "Reaksiya TV"-nin "YouTube" internet portalında 6 ay bundan öncə yerləşdirərək əsassız və böhtan xarakterli məlumatları yenidən yaymaqla onun şərəf və ləyaqətini alçaltmaqla işgüzar nüfuzuna zərər vurmağa davam etmişlər. Həmin yayımlara 25.400 (iyirmi beş min dörd yüz) insan baxmaqla iddiaçının barəsində təhqir və böhtan xarakterli rəylər yazmışdırlar. Cavabdehlər bu hərəkətləri etməklə qanunvericiliyin tələblərini pozmuşlar və iddiaçının işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl yetirmişdirlər. Cavabdehlər əllərində hər hansı sübut və dəlillər olmadan sadəcə iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzunu ləkələyən məlumatları qərəzli şəkildə yaymaqla onu dövlətin, rəhbər şəxslərin və cəmiyyətin geniş insan kütləsi arasında nüfuzdan salmaq niyyətində olmuşlar. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiçılar iddia tələbləri bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X16, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərdi ki, onlar çıxışlarında Kolxoz sədrini təhqir etməmişlər, sadəcə olaraq onlar çıxışlarında həqiqətdə olanları demişlər. Onlar neçə dəfə müqaviləni tələb etmişlər ki, onlar Kolxozun üzvüdürlər və müqaviləni göstərsinlər, lakin müqaviləni onlara göstərmirlər. İl ərzində 365 gün iş günü, 620 manat əməkhaqqı var, lakin onlara əməkhaqqı verilmir. Haqqlarını tələb edəndə onlara deyirlər ki, guya şər-böhtan atırlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X24, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbini qəbul etməyərək göstərdi ki, onların burda olmaqlarına səbəb onların ehtiyaclarıdır. İvanovka sakinlərinin bu həddə çatmasının səbəbi işsizlik, əməkhaqqının olmamasıdır. Onların torpaqlarını alıblar, ortada isə müqavilə yoxdur. Onların vəziyyətləri onları məhkəməyə müraciət etməyə məcbur etmişdir, belə ki, əməkhaqları yoxdur. Torpaqlarını müqaviləsiz götürüblər. Bir nece dəfə bununla bağlı müraciət etmişlər, müqaviləni göstərməyiblər, çünki müqavilə yoxdur. Torpaqlarını onlardan sənədsiz götürüblər. Bu barədə məcbur olaraq rolik düzətmişlər və internetə yükləmişlər. Bir neçə müddətdən sonra Kolxoz sədri iki ədəd özü üçün maşın almışdır. Kalxoz sədrinə müraciət etmişlər və 7-8 ay bütün Kolxoz işçilərinə əməkhaqqı verməmişdir. 2018-ci ildə 12 ay əməkhaqqı olmamışdır. Daha sonra maşınlar yoxa çıxmışdır. Maşını hara etmələri, satmaları barədə məlumatları yoxdur. Onlar daha sonra rəsmi müraciətlər etməyə başlamışlar. Sonra onların başçıları dəyişilmiş və ona əməkhaqqı ilə bağlı müraciət etmişlər. O isə demişdir ki, pul yoxdur. Onlar sonra öz hesablarına dolanmağa başlamışlar. Fikirləşmişlər ki, təzə icra başçısı ölçü götürər, lakin heçnə etməmişdir. Onlara torpaqların satıldığını bildirmişdir. Torpaqlarda buğda əkilmişdir. Bəzi yerlərdə əkin yaxşı olmuş, hətta seçilmiş yerlərdə 1 ha 0.70 sentə çatırmış. O, müvaqilə ilə sürücü işləyib buğda daşıdığı üçün bundan məlumatı vardır. Bir neçə vaxtdan sonra kənd camaatı, hətta təqaütçülər də Prezident Administrasiyasına yazılı müraciət etmişlər ki, bu məsələyə baxılsın. Onlar öz tələblərindən başqa artıq heçnə yazmamışlar. Onlara lazım olan məsələ ilə bağlı yazmışlar. Cavanları bu məsələdən çıxartmışlar. Onun 4 övladı var, onlardan da ikisi Moskvadadır. O burada bir il işləmiş və əməkhaqqı almamışdır. X32 müraciət etmişlər ki, onlara bu məsələ ilə bağlı kömək etsin. X2 ünvanladıqları müraciətləri baxılmadan qaytarılmışdır ki, onların müraciətlərini yerli idarətme həll etsin. Sonra Prezident gəlmiş, lakin onlarıprezidentin yanına qoymamışlar. İcra başcısı Prezidentə də məhsulun 10-28 sentener olması barədə səhv məlumatlar vermişdir. Əgər bunlar prezidentə belə səhv məlumat verilərsə,onlar sadə kənd camaatı nəyi dəyişə bilərlər. Çox üzücü haldır ki, Sovet dövründə onlar milyonçu olmuşlar. Onların 6 başcısı dəyişibdir. Prezident onların borclarını bağlamaq üçün pul ayırmış, lakin onların borcları hələdə qalmaqdadır. 6 rəhbərlərin hərəsi milyonlarla pul xərcləyib. Prezident borclarını bağlayır, yeni rəhbərləri borclarını daha da artırır. Onlar çox utancverici vəziyyətdədirlər və ədalət istəyirlər. Heç olmasa 6 ayın 400 manatdan pulunu versinlər. O, bu məsələ ilə bağlı mühasibə müraciət etmiş və çıxarış almışdır. Onların heç qaz pulu, işiq pulu ödəməyə pulları yoxdur. Necə yaşayacaqlarını bilmirlər. Onlar Prezidentə müraciət edəndə demişlər ki, kolxozda vəziyyət yaxşı deyil, cavanlar ölkədən çıxır. Videoda ətraflı hər şey var. O, ümumi vəziyyətlə bağlı müraciət etmişdir. Kolxoz bir olub, iki ferma var. Hər fermada 200 sağılan inək və 200 dana olmalıdır. O, bunları təxmini demişdir ki, kolxozun ümumi inəklərinin sayından 100-70-ə yaxın qalıbdır. Konkret bilmir ki, orada nə qədər qalıbdır. Orada işləyən sağıcıların hərəsinə 5-5 inək bölüblər. O, ferma müdiri deyil, onun sürücüsüdür. Bu yaxınlarda orada yoxlama olmuşdur. Orada 600 qoyun qalıb, lakin sovet dövründə 10-12000 qoyun olubdur. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh3 Namət oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı İsmayıllı rayonu, İvanovka kəndinə Kolxoz sədri gələrkən onların Kolxozda üç minə yaxın mal-heyvan, donuz və toyuqları var idi. Hazırda Kolxozda 250 maş mal-heyvan, 750 qoyun var, donuz və toyuqlar isə heç yoxdur. O neçə illərdir ki, Kolxozun üzvü olmuşdur. Hazırda isə işi olmadığı üçün Kolxozun üzvü deyildir. Həmçinin "Reaksiya TV"- nin "YouTube" internet kanalı üzərindən aparılmış video çəklişə “hal-hazırda kəndimiz əldən gedir. Bugünki gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur fermanın nə malı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu. Xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır” ifadəsini vermişdir. Hal-hazırda kolxozun fermasında donuz, mal-heyvan, qoyun əvəzinə başqa heyvanlar saxlanır. Torpaq sahələrində taxıl əkilib, onlar bir ildən sonra, yəni taxıl biçilən vaxt bilmişlər ki, taxılı başqa adam əkmişdir. İddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərmişdir ki, o, ““ABA” TV-nin “Gündəm xəbər” yayımına torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kənddə, yəni kolxozda 5000 mal, 12000 qoyun, 2000 donuz olmağına baxmayaraq bu günkü günə qədər heçnə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı, o pul da yeyildi getdi, nə xətt yoxdur, nə də su” ifadəsini vermişdir. Çünki hazırda kolxozun fermasında həmin sayda mal-qoyun yoxdur. Hal-hazırda fermada 650 baş qoyun var. O keçmişə nəzərən demişdir ki, hazırda heçnə qalmamışdır. Təxmini 7-8 il əvvəl televizor vasitəsi ilə Ölkə Başcısı özü bildirmişdir ki, İsmayıllı rayonu İvanovka kəndinə yeni su xətti çəkilməsi üçün 3 milyon pul ayırmışdır. Lakin hazırda su xətti var, lakin su yoxdur. Dəfələrlə bu barədə rəsmi müraciətlər edilib, ancaq nəticə etibari ilə heçnə yoxdur. O, müraciətində bunları kəndin ümumi problemi olaraq nəzərə çatdırmış, konkret bir şəxsə ünvanlamamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh X21 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərmişdir ki, o, “”Reaksiya TV”-nin “Youtube” internet kanalı üzərindən aparılmış video çəkilişə kolxozun rəhbərliyi tərəfindən məlumat vermişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur, bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu sədr və köhnə icra başçısı satıb dağıdıblar. Bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi, onu da yeyib talayıblar, cəmi 365 baç mal-qara qalmışdır” ifadəsini vermişdir. 28 sentner həcmində məhsuldarlıq olması yalandır, çünki məhsuldarlıq 28 sentner yox, daha yüksək idi. Torpaqların icarəyəyə verilməsi ilə bağlı müqaviləni dəfələrlə tələb etmişlər, lakin onlar müqaviləni göstərməyiblər, ona görə də onlar belə qənaətə gəlmişlər ki, torpaqlar qanunsuz olaraq Vidadi adlı şəxsə verilmişdir. Hal-hazırda kolxozun talvarı sökülüb, dayaqları satılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1y İvanoviç iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərmişdir ki, həmin kollektiv kənd təsərrüfatı Azərbaycanın konustitusiyasına və qanunvericiliyinin tələblərinə cavab vermir. Bu vaxta kimi beş sədr dəyişib və o, bir hüquqşunas kimi hamısına demişdir ki, kolxozu dağıtmasınlar, onu kooperativ kimi formalaşdırsınlar, o, Azərbaycan qanunvericiliyinə cavab versin və prezident fərmanına əsasən kooperativə çevrilsin. Həmin məsələ kalxozun ümumi iclasında müzakirə edilib, lakin heç bir sədr o məsələni müzakirə etməyibdir. Onlar o sualı heç vaxt müzakirə etməyiblər, onların fikri ancaq kolxozu dağıdıb talan etmək olmuşdur. O demişdir ki, hazırda kolxozda iki məsul şəxsin yerində bir vəzifəli şəxs işləyir. Bu sözü o işlətmişdir, yəni iki məsuliyyətli şəxs, bir işci. Bu o deməkdir ki, ştat çoxalır, işci azalır. Ştatda işləyənlərin sabit, minimalni maaşı var. O biri işcilərdə isə daha azdır. O, hüquqşünas işləmişdir və axrıncı beş ildir pensiyadadır. 1996-ci ildə o, kənd soveti işləmişdir. Azərbaycanda torpaq islahatları aparılanda demişdir ki, Azərbaycan qanunlarına uyğun islahatlar aparılmalıdır. O elə deyəndə onu elə başa düşmüşlər ki, o, kolxozu dağıtmaq istəyir və onu sovetlikdən çıxartmışlar. O, 15 il kolxozda işləmişdir. Onu bir sədr hüquqşunaslığa dəvət etmişdir. Kolxozda ele vəziyyət yaranmışdir ki, hamıya sərf edirdi. O, heç bir müqavilə imzalamamışdır və heç bir yerdə imzası yoxdur. Kolxozda baş verən dəyişikliklər bir maddə ilə təmzimlənirdi. İddia ərizəsində göstərilən icarə müqaviləsinin surətini onlar iki il bundan qabaq əldə etmək istəmişlər. Onlara deyiblər ki, belə bir icarə müqaviləsi yoxdur. Onların əllərində olan kolxozun rəsmi sənədlərində torpaqların ya satılması, ya da icarəyə verilməsi ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Kolxozda müxtəlif müqavilələr ola bilər, lakin torpaqlarla bağlı bütün məsələlər iclaslarda həll edilməlidir, amma belə bir iclas olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X24 və X5 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 (eyni zamanda ilkin iddia üzrə digər cavabdehlərin etibarnamə üzrə nümayəndəsi) qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını, ilkin iddia tələbinin rədd olunmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, artıq aylardır ki, “Nikitin” adına Kolxozda maaşlar verilməmiş, kolxozun sədri Vasili İvanoviç “Nikitin” adına kolxozun üzvlərinin əməkhaqqını mənimsəmişdir. İddiaçılar bugünə qədər Kolxozda işdədikləri müddət ərzində heç vaxt qanunla müəyyən edilmiş əməkhaqqı almamışdır. Bu barədə dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyəti başcısına və dövlət qurumlarına müraciətlər etsələr də, qeyd olunan şəxslərin İcra Hakimiyyəti ilə olan yaxınlığı səbəbindən şikayətlərinə baxılmamış, əksinə ciddi etiraz edən Kolxoz üzvləri həbsə salınaraq digər sakinlərin susdurulmasına çalışılmış, digər dövlət qurumlarına edilmiş şikayətləri də İcra Başcısına göndərildiyindən ört-basdır edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başcısının xx.xx.2020-ci il tarixli 06/2299 saylı məktubundan da görünür ki, İcra Başcısı kəndliləri yox, qısa zamanda ən yaxın ətrafına çevrilmiş insanları müdafiə edir. Bundan başqa hazırki iddia üzrə cavabdeh “Nikitin” adına Kolxozun sədri Vasili İvanoviç əkin sahələrindən ortalama hər hektardan 28 sentener taxıl götürülməsinə baxmayaraq kolxoz üzvlərinə, eləcə də iddiaçılara məhsuldan heç bir pay verməmiş və analoji olaraq əlbir olduğu şəxslərlə birlikdə mənimsəmişdir. 2019-2020-ci illər pandemiya dövrünə rast gəldiyi üçün statistik hesabatlar dərc edilməmişdir. 2018-ci ilin dekabr ayında göstərilən statistik hesabatlarda İsmayıllı rayonunda taxılçılığın orta sentneri 34,8 sentner göstərilmişdir. İsmayıllı rayonunun ən məhsuldar torpaqları İvanovka torpaqlarıdır. İsmayıllı rayon İcra Hakimiyyənin başcısı ölkə Rəhbərinə məruzə edərkən məhz İsmayıllı rayonun İvanovka kəndində məhsuldarlığın 28 sentner olduğunu bildirir. Lakin İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri və İsmayıllı rayon İvanovka kəndinin Kolxozunun nümayəndələrinin imzası ilə vətəndaşlara verilən məktubda məhsuldarlıq 10,2 sentner göstərilmişdir. Bu böyük bir fərqdir. 2019-2020-ci illər ərzində İsmayıllı rayon İvanovka kəndində 3400 ha torpaq sahəsi taxıl əkilmişdir və ortada yaranan fərqin bazar dəyəri 2.5 milyon təşkil edir. Bu fərqlər əgər yalan sayılmırsa, bu hallar əsaslı şübhə doğurmursa, burada doğurdan da şərəf və ləyaqətin təhqiri var əslində, ancaq burada təhqir olunan İsmayıllı rayon İvanovka kənd sakinləridir. Çünki onların şərəf və ləyaqəti təhqir olunaraq, onların əməyindən istifadə olunaraq qazanılmış taxıl mənimsənilmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X24 tərəfindən Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanlanmış və İvanovka kənd sakinləri tərəfindən imzalanmış məktubda göstərilmişdir ki, İvanovka kəndində kolxozun torpaqları əhalinin xəbəri olmadan kolxozun sədri tərəfindən tamamilə kənar şəxslərə arendaya verilmişdir. Hal-hazırda tamamilə başqa şəxslər kolxozun torpaqlarını əkib becərirlər. Gəlirlərini də əhaliyə verməyib özləri mənimsəyirlər. Əhalinin maaşı 6 aydır verilmir. 2200 iri buynuzlu mal qaradan hal-hazırda 370 yararsız mal qalmışdır. Hal-hazırki vəziyyəti kolxozun bütün əmlakı talan olmuşdur. Ərazi əhali İcra təşkilatlarına ərizə və şifahi müraciətlər ediblər, lakin heç bir nəticəsi olmamışdır. Haqsızlıqlara qarşı lazımı tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan İvanovka kənd sakinləri tərəfindən Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış məktubda göstərilmişdir ki, İvanovka əhaləsinə məxsus torpaq sahələrini əhalinin xəbəri olmadan vəzifəli şəxslər imkanlı şəxslərə əkib becərmək üçün verirlər. Belə vəziyyət İvanovka kəndində yaşayan əhalinin narazıçılığına səbəb olur. Çünki məhsul əhaliyə verilmir. Ona görə də əhali torpağı özəlləşdirmək istəyirlər. Hal-hazırda vəziyyəti 2720 mal qaradan hazırda 300 (üç yüz) mal qara qalıb. 12000 qoyundan cəmi 2000 qoyun qalıb. 1800 yüz donuzdan cəmi 60 donuz qalıb. Toyuq ferması tamamilə talanmışdır. Hal-hazırda yoxdur. Bu cür haqsızlıqlara qarşı tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısına İsmayıllı rayon İvanovka kənd sakinləri tərəfindən ünvanlanmış məktubda göstərilmişdir ki, dövlətimizin verdiyi dəstəklər və göstərdiyi qayğılar bəzi dələduzluqla məşğul olan şəxslərin İvanovka kəndini, kəndin yüksək məhsuldarlı torpaqlarını, kolxoza məxsus heyvanları və texnikaları maraq dairəsinə çevirilmiş, Kolxozun sədri Vasili İvanoviçdə sadalanlara göz yummaqdadır. Yuxarıda sadalanların müzakirə olunmasını, Kolxozun nizamnaməsinə uyğun olaraq növbəti ilin fəaliyyət planı və illik yekunların müzakirəsi məqsədi ilə xx.xx.2020-ci il tarixində saat 11:00-da “Nikitin” adına Kolxozun üzvlərinin Ümumi Yığıncağı keçiriləcəkdir. Qeyd olunan tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısnın və ya səlahiyyətli nümayəndəsinin Kolxozun Ümumi yığıncağında iştirakının təmin olunması xahiş edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İsmayıllı rayonu İvanovka kənd sakinləri X8, X11 və başqalarına ünvanlanmış məktubda göstərilmişdir ki, “Nikitin” adına kolxozun sədri tərəfindən torpaq sahələrinin kənar şəxslərə icarəyə verildiyi, gələn gəliri mənimsədi, 6 aydır maaşların verilmədiyi barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə ünvanladıqları müraciətlər baxılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Nikitin” adına kolxozun son illərdə maliyyə vəziyyətində problemlər yarandığından kənd təsərrüfatı bitkilərinin, xüsusilə də dənli-taxıl bitkilərinin məhsuldarlığında kəskin enmə dinamikası yaranmışdır. Belə ki, 2019-cu ildə hər hektar buğda sahəsindən 10,2 sentner, arpa sahəsindən isə 8,6 sentner məhsul götürülmüşdür. Odur ki, kolxoz rəhbərliyi yaranmış acınacaqlı vəziyyətdən çıxmaq, eləcə də, payızlıq əkin sahələrində aqrotexniki tədbirləri həyata keçirmək məqsədilə texnika, toxum, gübrə, xəstəlik-zərərvericilərə qarşı mübarizə işlərini aparmaq üçün investor cəlb edilmiş və xx xxxxxxxx 2019-cu il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. İnvestor təsərrüfata yuxarıda qeyd olunan aqrotexniki tədbirləri həyata keçirmək üçün bir milyon manat vəsait ayırmışdır. Nəticədə kolxozun 3800 ha əkin sahəsində dənli bitkilərin səpini aparılmış, təsərrüfata kənd təsərrüfatı texnikaları cəlb edilmiş, toxum, gübrə, pestisidlər gətirilmiş, bütün aqrotexniki tədbirlər optimal müddətdə tələb olunan səviyyədə həyata keçirilmiş və əvvəlki ilə nisbətən məhsuldarlıq 2 dəfədən artıq olmuşdur. Həmçinin kolxozun istifadəsində olan 5147 ha əkin təyinatlı torpaq sahəsi kolxoz sədri tərəfindən heç kimə satılmamış və ya icarəyə verilməmişdir. Ümumiyyətlə, qanunvericiliyə görə kolxozun daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələri satıla, yaxud icarəyə verilə bilməz. Kolxozçulara son 6 ayda maaşların verilmədiyi barədə bildirilmişdir ki, məhsul yığımından sonra kolxozçulara birinci yarımilliyin natural ödənişi, aprel ayına qədər isə pul istifadəsi ilə tam ödənişi edilmişdir. Yaxın vaxtlarda isə qalan əmək haqqı borclarının ödənilməsi planlaşdırılır. İş materiallarında olan N.V.Nikitin adına Kolxozun sədri V.İ.Novoselsev tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırova ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 130 nömrəli məktubda “Cavabdeh3 ərizəsi ilə bağlı Sizin sorğunuza cavab olaraq bildirirəm ki, kolxoz torpaqlarının satılması və ya icarəyə verilməsinə dair ərizədə qeyd olunanlar həqiqəti əks etdirmir. 5147 hektar əkin torpaq sahələri kolxozun mülkiyyətində yerləşir, kolxoz sədri tərəfindən kənd icmasında və ya kənar şəxslərə satılmamış və ya icarəyə verilməmişdir. N.V.Nikitin adına kolxozun həmişəlik və daimi istifadəsinə verilmiş Dövlət torpaqları heç kimə satıla və ya icarəsinə verilə bilməz. Cavabdeh3 özü həmin kolxozda heç bir vaxt işləməmişdir. O, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və işləmişdir. İvanovka kəndinə pandemiya dövründə gələrək valideynlərinin evində yaşayır, heç bir yerdə işləmir, siyasətlə, dezinformasiya, destabilizasiya ilə, kənddə mitinqlər və bu cürə qanunsuz tədbirlər keçirməklə məşğuldur.” sözləri göstərilmişdir. İş materiallarında olan N.V.Nikitin adına Kolxozun sədri V.İ.Novoselsev və X23 arasında bağlanmış “Kənd təsərrüfatı işlərinin görülməsinə dair” xx xxxxxxxx 2019-cu il tarixli, 11/78 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə görə icraçı İsmayıllı rayonunun İvanovka kəndində N.V.Nikitin adına kolxozun mülkiyyətindəki 3500 hektar torpaq sahəsində, həmin torpaqdan 2500 hektarında taxıl, 1000 hektarında arpa əkməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə icraçı İsmayıllı rayonunun İvanovka kəndində N.V.Nikitin adına kolxozun mülkiyyətindəki 3500 hektar torpaq sahəsində, həmin torpaqdan 2500 hektarında taxıl, 1000 hektarında arpa əkməyi öhdəsinə götürmüşdür. Sifarişçi öz növbəsində bütün kənd təsərrüfatı işlərinin görülməsini (toxumun, kübrələrin, yanacaq-sürtgü materiallarının alınması, kolxozçuların əmək haqqlarının verilməsi, işlərin görülməsi, texnikaların icarəyə götürülməsin və s.) üçün 1.000000 manat (bir milyon manat) pulu ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi tərəfindən çəkilən xərclərin qarşılanması məhsulun yığımından sonra həyəta keçiriləcəyi qeyd olunmuşdur. İlkin iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “ABA TV”-nin “Gündəm xəbər” yayımına və “Reaksiya TV”-nin “YouTube” internet portalında çəkilişinə digər şəxslər tərəfindən yazılmış rəylərdən (fikirlərdən) görünür ki, həmin çıxışlara xeyli sayda insanlar baxmış, həmin şəxslər arasında İddiaçı barəsində mənfi rəy yaradılmış, həmçinin onun barəsində təhqir və böhtan xarakterli rəylər yazmışdırlar. Beləliklə mülki işdə tədqiqat materialı olaraq “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında İddiaçı barəsində olan müsahibənin videogörüntülərinə əsasən, müsahibənin videogörüntüsünə baxış keçirilərkən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur: 1) “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 9-cu dəqiqəsinin 13-cü saniyəsindən 45-ci saniyəsi müddətində cavabdehlərdən Cavabdeh1 verdiyi müsahibəsində bildirir ki, “kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib-dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib, o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır.” Sözügedən video çəklişin 10-cu dəqiqəsinin 06-cı saniyəsindən 40-ci saniyəsi müddətində Cavabdeh1 bildirir ki, sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quruluş olması bilərək aydınlaşdırılmamışdır. 2) “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 12-ci dəqiqəsinin 03-cü saniyəsindən 47-ci saniyəsi müddətində Cavabdeh4 verdiyi müsahibəsində bildirir ki, “torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kənddə, yəni kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı, o pul da yeyildi getdi, nə xətt yoxdur nə də su.” 3) “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 15-ci dəqiqəsinin 26-cı saniyəsindən 59-cu saniyəsi müddətində X24 verdiyi müsahibəsində bildirir ki, “hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır, lakin yalan söhbətdir, satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.” 4) Sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətindəX19 verdiyi müsahibəsində bildirir ki, “kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur, bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi, onu da yeyib talayıblar, cəmi 365 baş mal qara qalmışdır.” 5) Sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətində Cavabdeh3 verdiyi müsahibəsində bildirir ki, “hal-hazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu, xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır.” Hazırkı iş üzrə ilkin iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçı X20 “Nikitin” adına Kolxzun sədri vəzifəsində işləyir. İvanovka kənd sakinləri olan cavabdehlər tərəfindən Azərbaycan Respublikası Prezidenti X31, Birinci vitse Prezident Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış “İvanovka əhaləsinə məxsus torpaq sahələrini əhalinin xəbəri olmadan vəzifəli şəxslər imkanlı şəxslərə əkib becərmək üçün verilməsi, belə vəziyyətin İvanovka kəndində yaşayan əhalinin narazıçılığına səbəb olması, çünki məhsulun əhaliyə verilməməsi, hal-hazırda vəziyyəti 2720 mal qaradan hazırda 300 (üç yüz) mal qara qalması, 12000 qoyundan cəmi 2000 qoyun qalması, 1800 yüz donuzdan cəmi 60 donuz qalması, toyuq fermasının tamamilə talanması, bu cür haqsızlıqlara qarşı tədbir görülməsi” məzmunlu məktubları (müraciətlər) baxılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İsmayıllı rayonu İvanovka kənd sakinləri X8, X11 və başqalarına ünvanlanmış məktubla müvafiq cavab verilmişdir. Həmin məktubda göstərilmişdir ki, ““Nikitin” adına kolxozun son illərdə maliyyə vəziyyətində problemlər yarandığından kənd təsərrüfatı bitkilərinin, xüsusilə də dənli-taxıl bitkilərinin məhsuldarlığında kəskin enmə dinamikası yaranmışdır. Belə ki, 2019-cu ildə hər hektar buğda sahəsindən 10,2 sentner, arpa sahəsindən isə 8,6 sentner məhsul götürülmüşdür. Odur ki, kolxoz rəhbərliyi yaranmış acınacaqlı vəziyyətdən çıxmaq, eləcə də, payızlıq əkin sahələrində aqrotexniki tədbirləri həyata keçirmək məqsədilə texnika, toxum, gübrə, xəstəlik-zərərvericilərə qarşı mübarizə işlərini aparmaq üçün investor cəlb edilmiş və xx xxxxxxxx 2019-cu il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. İnvestor təsərrüfata yuxarıda qeyd olunan aqrotexniki tədbirləri həyata keçirmək üçün bir milyon manat vəsait ayırmışdır. Nəticədə kolxozun 3800 ha əkin sahəsində dənli bitkilərin səpini aparılmış, təsərrüfata kənd təsərrüfatı texnikaları cəlb edilmiş, toxum, gübrə, pestisidlər gətirilmiş, bütün aqrotexniki tədbirlər optimal müddətdə tələb olunan səviyyədə həyata keçirilmiş və əvvəlki ilə nisbətən məhsuldarlıq 2 dəfədən artıq olmuşdur. Həmçinin kolxozun istifadəsində olan 5147 ha əkin təyinatlı torpaq sahəsi kolxoz sədri tərəfindən heç kimə satılmamış və ya icarəyə verilməmişdir. Ümumiyyətlə, qanunvericiliyə görə kolxozun daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələri satıla, yaxud icarəyə verilə bilməz. Kolxozçulara son 6 ayda maaşların verilmədiyi barədə bildirilmişdir ki, məhsul yığımından sonra kolxozçulara birinci yarımilliyin natural ödənişi, aprel ayına qədər isə pul istifadəsi ilə tam ödənişi edilmişdir. Yaxın vaxtlarda isə qalan əmək haqqı borclarının ödənilməsi planlaşdırılır.” Həmçinin “ABA TV”-nin “Gündəm xəbər” yayımının video çəklişinin 9-cu dəqiqəsinin 13-cü saniyəsindən 45-ci saniyəsi müddətində cavabdehlərdən Cavabdeh1 verdiyi müsahibəsində bildirir ki, “kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib-dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib, o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır.” Sözügedən video çəklişin 10-cu dəqiqəsinin 06-cı saniyəsindən 40-ci saniyəsi müddətində Cavabdeh1 bildirir ki, sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quruluş olması bilərək aydınlaşdırılmamışdır. Həmçinin “ABA TV”nin “Gündəm xəbər” yayımının video çəklişinin 12-ci dəqiqəsinin 03-cü saniyəsindən 47-ci saniyəsi müddətində Cavabdeh4 verdiyi müsahibəsində “torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kənddə, yəni kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı, o pul da yeyildi getdi, nə xətt yoxdur nə də su”; “ABA TV”nin “Gündəm xəbər” yayımının video çəklişinin 15-ci dəqiqəsinin 26-cı saniyəsindən 59-cu saniyəsi müddətində X24 verdiyi müsahibəsində “hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır, lakin yalan söhbətdir, satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.”; Sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətində X19 verdiyi müsahibəsində “kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur, bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi, onu da yeyib talayıblar, cəmi 365 baş mal qara qalmışdır.”; Sosial şəbəkə üzərindən internet kanalı kimi fəaliyyət göstərməkdə olan və kütləvi informasiya vasitəsi hesab edilən “Reaksiya TV”-nin “YouTube” internet kanalı üzərindən aparılmış video çəklişinin 3-cü dəqiqəsindən 5-ci dəqiqə 45-ci saniyəsinədək müddətində Cavabdeh3 verdiyi müsahibəsində “hal-hazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu, xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır” deyə bildirmişlər. Mülki işin məhkəmə araşdırılması zamanı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, X24, X19 və Cavabdeh3 Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həqiqətən də müraciətlər etdiklərini, həmçinin, “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında çıxış edərək İddiaçı əməllərini ifşa etmək məqsədi daşıdığını etiraf etmişlər. Həmçinin göstərmişdirlər ki, onlar həqiqəti demişlər. Amma dediklərini təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Qanunun mənasına görə şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaq, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət, ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymət, nüfuz isə - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən - məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması barədə üç halı araşdırmalı və hüquqi qiymət verməlidir. Məlumat əxlaqi prinsiplər, istahsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Qərarın 5-ci bəndinə əsasən başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, hazırkı ilkin iddia tələbinin əsası olan və cavabdehlər tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar kütləvi informasiya vasitələrində - “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında səsli məqalə ilə (çıxış edərək) yayılmış, həmin məlumatların İddiaçı şərəf və ləyaqətinin ləkələyən məlumatlar olması müəyyən edilmiş, yayılan məlumatların həqiqətə uyğun olması cavabdehlər tərəfindən sübut edilməmişdir. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Bu cür məlumatlar obyektivlik dərəcəsinə görə qiymətləndirilir. Belə ki, ilkin iddia üzrə cavabdehlərin kolxoz sədri olan iddiaçı barəsində sosial şəbəkələrdə (“ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında) yaydığı səsli çıxışı olan bu kimi məlumatlar, eləcə də onun barəsində işlətdikləri «talançı, soyğunçu və oğru» və s. söz və ifadələr İddiaçı şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzlarına xələl gətirən sözlər (ifadələr) və məlumatlar hesab olunur. İlkin iddia üzrə cavabdehlər mülki işin məhkəmə araşdırılması zamanı verdikləri izahatlarında iddianı qəbul etməsələr də, kolxoz sədrini təhqir etmədiklərini, həqiqəti dediklərini bildirsələr də, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həqiqətən də müraciətlər etdiklərini, “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında səsli çıxış edərək İddiaçı və digər vəzifəli şəxslərin əməllərini ifşa etmək məqsədi daşıdıqlarını etiraf etmişlər. Lakin məhkəmə hesab edir ki, cavabdehlər hər hansı sübut və dəlillər olmadan sadəcə iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzunu ləkələyən məlumatları qərəzli şəkildə yaymaqla onu dövlətin, rəhbər şəxslərin və cəmiyyətin geniş insan kütləsi arasında nüfuzdan salmaq niyyətində olmuşlar. Çünki onların müvafiq orqanlara və şəxslərə ünvanladıqları şikayət xarakterli məktubları araşdırılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən isə ilkin iddia üzrə cavabdehlərə və İvanovka kənd sakinlərinə ünvanlanmış məktubda onların şikayətlərinin həqiqəti əks etdirilmədiyi göstərilmiş və bu barədə onlara ətraflı izah verilmişdir. İlkin iddia üzrə cavabdehlər isə “ABA TV”-nin “Gündəm xəbər” yayımında və “Reaksiya TV”-nin “YouTube” internet portalında verdikləri məlumatların həqiqətə uyğun olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavabdehlər eyni zamanda məhkəməyə verdikləri ifadələrdə iddiaçının işlədiyi müddətə aid olmayan və ya onun səlahiyyətlərinə daxil olmayan fikirlər səsləndirərək, onun işgüzar imicini zərər vuran ifadələr bildirmişlər. Qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin məhkəmə araşdırılması zamanı müəyyən olunan hallarını nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddia tələbi iddiaçı barəsində kütləvi informasiya vasitələrində yayılmış şikayət xarakterli qərəzli və yalan məlumatların cavabdehlər tərəfindən təkzib edilməsi və cavabdehlər tərəfindən iddiaçıdan üzr istənilməsi hissəsində əsaslıdır və buna görə də iddia həmin hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ilkin iddiaçı iddia tələbində cavabdeh X5 barəsində xüsusi qərardad çıxarılmasını, həmçinin ondan maddi və mənəvi zərərin tutulmasını xahiş etmişdir. Lakin ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “iddianın dəqiqləşdirilməsi ərizəsi”nin “xahiş etdi” hissəsində Elşən Əhmədovla bağlı hər hansı tələb qoyulmamış, Elşən Əhmədovun onun barəsində qərəzli və yalan məlumat verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi iddiaçı barəsində kütləvi informasiya vasitələrində yayılmış şikayət xarakterli qərəzli və yalan məlumatların cavabdehlər tərəfindən təkzib edilməsi və cavabdehlər tərəfindən iddiaçıdan üzr istənilməsi hissəsində X9 aid hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddiaçıhəmçinin ona dəymiş mənəvi ziyana görə cavabdehlərdən hər birindən ayrı-ayrılıqda 1000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4.-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bundan başqa, “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İlkin İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində fiziki və mənəvi iztirablar keçirdiyindən onların hər birindən 10000 (on min) manat məbləğində mənəvi zərər dəydiyini iddia etsədə, iddia tələbinin əsaslandığı hallara dair heç bir sübutu, yəni mənəvi zərərin məbləğinə dair sübutları onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olmasını və qanunla sübutetmə vəzifəsinin iddiaçıların üzərinə qoyulduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia mənəvi zərərin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi hissəsində əsassızdır və buna görədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə “kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi” tələbinə dair iddianı əsassız hesab edir. Belə ki, məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçılarX24 və X1 Vasiliy İvanoviçin kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Belə ki, X24 və X16 məhkəməyə iddia tələbləri ilə bağlı sübut kimi bir sıra sənədlər və yaddaş kartı (flash kart) təqdim etsələr də, lakin məhkəməyə təqdim etdikləri həmin materiallar məhkəmə zamanı iddialarını sübut etdirə bilməmişdir. Qarşılıqlı iddiaçılar İsmayıllı rayonunun 2010-2014-cü illərinə dair demoqrafik göstəricələri, sosial-iqtisadi göstəricələri, kənd təsərrüfatı göstəriciləri təqdim edilsə də, həmin göstəricilər İddiaçı X24 və X5 hər birinə 3000 manat ödəməsi ilə səbəbli əlaqəsiməhkəmə zamanı müəyyən edilməmişdir. Həmçinin məhkəməyə cavabdehlər tərəfindən sübut kimi təqdim edilmiş yaddaş kartında (flash kart) kolxozun ərazisi videogörüntüyə alınmış və görüntülərdə cavabdehlər çıxışlarında “İvanovka kolxozuna məxsus üzüm bağlarında işlərin getmədiyini”, “üzüm bağlarında dirəklərin sökülüb satıldığını”, “kolxozun üzvlərinin əmlakı paylarının başqa şəxslərə satıldığını”, “fermaların yarasız vəziyyətə salındığını”, “kolxozun ümumi yğıncağı olmadan tikinti işlərinin aparıldığını”, “kolxoz torpaqlarının başqa şəxslərə verildiyini”, “həmçinin ümumi yığıncağı olmadan karamel fabrikinin tikildiyini” və s. qeyd edirlər. Lakin məhkəməyə təqdim etdikləri bu sübutların İddiaçı onların hər birinə 3000 manat ödəməli olması ilə əlaqələndirə bilməmişlər. Hazırkı qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən X24 və X9 qarşıkolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsinin sübutetmə yükü qarşılıqlı iddiaçıların üzərinə düşsədə onlar, bununla bağlı sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər. Beləki, göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq X24 və X5 hər birinə İddiaçı tərəfindən 3000 manat pulun ödənilməsi ilə bağlı mübahisədə iddianı sübuetmə yükü qarşılıqlı iddiaçıların, yəni X24 və X5 üzərinə düşür. Qarşılıqlı iddiaçılarX24 və X16 isə öz iddialarının haqlı olmalarını mötəbər sübutlarla sübut edə bilməmişlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi dair ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 ifadə etdiyi “Kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib-dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır. Sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quqruluş olması bilərə aydınlaşdırılmamışdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”- nin “Gündəm xəbər” yayımında Cavabdeh1 tərəfindən təkzib edilməli və İddiaçı üzr istənilməli; Cavabdeh4 ifadə etdiyi “Torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı o pul da yeyildi getdi, nə xətt yoxdur nə də su.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”-nin “Gündəm xəbər” yayımında Cavabdeh4 tərəfindən təkzib edilməli və İddiaçı üzr istənilməli; cavabdeh X18 ifadə etdiyi “Hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır lakin yalan söhbətdir, satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”-nin “Gündəm xəbər” yayımında cavabdeh X24 tərəfindən təkzib edilməli və İddiaçı üzr istənilməli; cavabdeh X13 ifadə etdiyi “Kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi onu da yeyib talayıblar cəmi 365 baş mal qara qalmışdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “Reaksiya TV”-nin “YouTube” internet kanalında cavabdeh X22 tərəfindən təkzib edilməli və İddiaçı üzr istənilməli; Cavabdeh3 ifadə etdiyi “Hal-hazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malaı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “Reaksiya TV”- nin “YouTube” internet kanalında Cavabdeh3 tərəfindən təkzib edilməli və İddiaçı üzr istənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçılar X24 və X5 cavabdeh İddiaçı qarşı “kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ilkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X24 və X9 aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi dair ilkin iddia ərizəsi qismən təmin edilsin. - Cavabdeh1 ifadə etdiyi “Kolxozun sədri bu kollektiv qurluşu ona görə saxlamağa çalışır ki, onun fəaliyyətinə nəzarət edə bilməsinlər və o kolxozu yeyib dağıtsın, bütün kolxoz fəaliyyətdə olduğu dövr ərzində kollektiv əmək fəaliyyəti adı altında sədrlər, o cümlədən hazırkı sədr kolxozun əmlaklarını yeyib- dağıtmaqla məşğuldur. Eyni zamanda sədr demək olar ki, qanuni şəkildə seçilməyib, o imkanlarından istifadə edərək kolxozun əmlakını oğurlamışdır. Sədr iki nəfər işçinin yerinə bir nəfər inzibatçı təyin edərək ona yaxşı pul təyin etməklə böyük imkanlar yaradır və onu demək olar ki, yaşadır. Bu da işçilər arasında pul bölgüsündə ədalətsizliyə gətirib çıxarır. Bundan əlavə o bildirir ki, kalxozun fəaliyyəti qurularkən rayon rəhbərliyindən heç kim gəlməmiş və hazırkı quruluşun necə bir quqruluş olması bilərə aydınlaşdırılmamışdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”-nin “Gündəm xəbər” yayımında Cavabdeh1 tərəfindən təkzib edilsin və İddiaçı üzr istənilsin. - Cavabdeh4 ifadə etdiyi “Torpaqlarımız yoxdur, bilmirik kim əkir kim biçir, kolxozda 5000 (beş min) mal, 12000 (on iki min) qoyun, 2000 (iki min) donuz olmağına baxmayaraq bu günkü gündə heç nə qalmayıb. Ölkə Prezidenti su xəttinin çəkilməsinə 3 milyon pul ayırmışdı o pul da yeyildi getdi, nə xətt yoxdur nə də su.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”-nin “Gündəm xəbər” yayımında Cavabdeh4 tərəfindən təkzib edilsin və İddiaçı üzr istənilsin. - Cavabdeh X18 ifadə etdiyi “Hal-hazırda kolxoz dağıdılıb, deyilir ki, kolxozda 3000 baş inək vardır lakin yalan söhbətdir, satıblar deyə 70 baş inək qalmışdır. Kolxozun qoyun ferması tamamilə satılıb yeyilmişdir, kimə müraciət edəcəyimizi bilmirik.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “ABA TV”-nin “Gündəm xəbər” yayımında cavabdeh X24 tərəfindən təkzib edilsin və İddiaçı üzr istənilsin. - Cavabdeh X13 ifadə etdiyi “Kolxozun rəhbərliyi tərəfindən məlumat verilmişdir ki, 28 sentner həcmində məhsuldarlıq olmuşdur bu isə əslində yalandır. Kolxozun torpaqları Vidadi adlı şəxsə qanunsuz verilmişdir. Eyni zamanda kolxozu satıb dağıdıblar, sədr köhnə İcra başçısı ilə bizim kəndimizə şəhərdə verilən mağazanı da satıb pulunu yeyiblər. Kolxozun talvarını da söküb yeyiblər, fermada heyvanlar var idi onu da yeyib talayıblar cəmi 365 baş mal qara qalmışdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “Reaksiya TV”-nin “YouTube” internet kanalında cavabdeh X22 tərəfindən təkzib edilsin və İddiaçı üzr istənilsin. - Cavabdeh3 ifadə etdiyi “Hal-hazırda kəndimiz əldən gedir, bu günkü gündə torpaqlarımız icarəyə verilib əmlakımız da talan olunur, fermanın nə malaı qalıb, nə qoyunu qalıb, nə də ki toyuğu xahiş edirik bizə kömək etsinlər. Torpaqlarımız zəbt olunub və camaat ac susuz qalıbdır.” sözləri İddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həmin sosial şəbəkədə, yəni “Reaksiya TV”-nin “YouTube” internet kanalında Cavabdeh3 tərəfindən təkzib edilsin və İddiaçı üzr istənilsin. İddiaçı cavabdehlər X24, Cavabdeh1, X21, Cavabdeh3 Namət oğlu, X16 və Cavabdeh4 qarşı “şərəf və ləyəqatini, işguzar nüfusunu ləkələyən məlumatların təkzib edilməsi, üzr istənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar X24 və X5 cavabdeh İddiaçı qarşı “kolxoz gəlirlərindən və görülən işlərin haqqı olaraq hər birinə 3000 manat pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməsin. İlkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X24 və X9 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-156/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-156/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver