Məhkəmə qərarları › İş №2(025)-1565/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1565/2024

30.10.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1565/2024 30.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vergi ödəyicisi olan fiziki şəxsləri və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs Cəlal oğluna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 2584.16 manat və İcbari Sığorta Fonduna olan 1.84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs Qəbələ rayonu, Laza bələdiyyəsinin icra orqanının rəhbəri həmçinin fiziki şəxs Maraqlı şəxs (doğulduğu tarix –xx.xx.1961; doğulduğu yer - Azərbaycan, Qəbələ rayonu, Laza kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi – AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Qəbələ rayonu, Laza Bələdiyyəsinin (VOEN **********) İcbari Tibbi Sığorta Fonduna 1.84 manat, Dövlət Sosial Müdafiə Fonduna 2584,16 manat olmaqla, ümumilikdə 2586 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda pdənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********016000, xx.xx.2024-cü il tarixli **********283500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyəcisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Reyestr məlumatlarına əsasən borlcu hüququ şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdu Qəbələ rayonu, Laza kəndində yaşayır. Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Ərizəçi AR-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsin rəisi, baş vergi xidməti müşaviri Elxan Süleymanlı ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işdə ərizəçinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayonu, Laza Bələdiyyəsinin şəxsi hesab vərəqəsindən aydın olur ki, o, vergi öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyəcisi olan Qəbələ rayonu Laza Bələdiyyəsinin (VÖEN **********) İcbari Tibbi Sığorta Fonduna 1.84 manat , Dövlət Sosial Müdafiə Fonduna 2584.16 manat olmaqla, ümumilikdə 2586 manat məbləğində vergi borcu olmuşdur. İşdə olan Hüquqi şəxs haqqında reyestr məlumatından görünür ki, Qəbələ rayonu, Laza Bələdiyyəsi fəaliyyət növü üzrə xx.xx.2004-cü ildə vergi qeyiyyatına alınmışdır. Hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinəəsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinəəsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinəəsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıüçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublkası MPM-nin 355-5.1-ci maddəsinin tələbinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görəvergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs həmçinin fiziki şəxs vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə ümumilikdə 2586 manat məbləğində vergi borcu vardır. Hüquqi şəxsin, həmçinin fiziki şəxsin üzərində borc öhdəliyi olmasına baxmayaraq, borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki,vergi ödəyicisi Maraqlı şəxs ölkədən çıxması borcun ödənilməsinin təmin edilməsini mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə borcun ödənilməsinin təmin edilməsi üçün əsas yarada bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305, 355-5.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Qəbələ rayonu Laza bələdiyyəsinin (VÖEN: **********) icra orqanının rəhbəri, o cümlədən vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) (Doğulduğu tarix: xx.xx.1961; Cinsi: kişi; Azərbaycan Respublikası vətəndaşı; Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx; Seriya və nömrəsi: AZE *******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1( bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar