Məhkəmə qərarları › İş №2(025)-1571/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1571/2021

18.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1571/2021 18.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona yəni - Ərizəçi məxsus doğum haqqında akt qeydində doğum tarixinin “29.12.1960” olmamasının müəyyən edilməsi və düzgün olaraq “xx.xx.1960” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1960-cı ildə Qutqaşen (indiki; Qəbələ) rayonu, Bunud kəndində anadan olmuşdur. Valideynləri - atası X4 və anası X1 olmuş və onlar Vəndam kənd Sovetində doğumu barədə müraciət etmişlər və doğumu rəsmiləşdirilmişdir. Bir neçə gün bundan öncə sənədləşmə işinə görə Qəbələ regional “ASAN xidmət”-ə müraciət etmişdir və onun vaxtilə Vəndam kənd Sovetliyi tərəfindən 25.01.1961 -ci ildə tərtib edilmiş 25 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən doğum tarixi “xx.xx.1960” əvəzinə səhvən “29.12.1960” kimi qeyd məlum olmuşdur. Halbuki, ona məxsus şəxsiyyət vəsiqəsində, hərbi biletdə, əmək kitabçasında, sosial sığorta kartında və s. digər sənədlərdə doğum tarixi “xx.xx.1960” kimi yazılmışdır. Hazırda Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kənd Sovetində 25.01.1961-ci ildə tərtib edilmiş 25 nömrəli doğum haqqında akt qeydində və İİ-İE № 089090 doğum haqqında şəhadətnamədə doğum tarixinin şəxsiyyət vəsiqəsi və digər sənədlərdə qeyd olunmuş tarixlə fərqli olması sənədləşmə işlərində çətinliklər yaradır. O, bundan xəbərdar olduqdan sonra Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında akt qeydində və şəhadətnamədə səhvən qeyd olunmuş doğum tarixinin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 24.08.2021-ci il tarixli, 05/Q- 271/13 nömrəli imtina məktubu da verilmişdir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən 25 yanvar 1961-ci il tarixdə verilmiş İİ-İE № 089090 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi qrafasında “29.12.1960” yazılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 19.05.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi “xx.xx.1960” olaraq göstərilmişdir. İş materiallarında olan NZ № ******* saylı 04 noyabr 1979-cı il tarixdə verilmiş Hərbi biletin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi “xx.xx.1960” yazılmışdır. İş materiallarında olan AT-İİİ № ******* saylı 07 aprel 1982-cı il tarixdə verilmiş Əmək kitabçasının surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi “xx.xx.1960” yazılmışdır. İş materiallarında olan **********418 saylı Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi “xx.xx.1960” yazılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, 05/Q-271/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində doğum tarixi “29.12.1960” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi doğum tarixi “xx xxxxxx 1960” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin doğum tarixi qrafasında “29 dekabr 1960” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Vəndam kənd İƏD-də tərtib edilmiş 25.01.1961-ci il tarixli, 25 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində doğum tarixinin “29.12.1960” kimi yazılmasının düzgün olmaması və doğum tarixinin “xx.xx.1960” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində doğum tarixinin “29.12.1960” kimi yazılmasının düzgün olmaması və doğum tarixinin “xx.xx.1960” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar