Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1665/2023 06.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vergi ödəyicisi olan fiziki şəxsləri və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1893,64 manat, İşsizlikdən sığorta fonduna olan 132,72 manat, İcbari Tibbi Sığorta Fonduna olan 156,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1965-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, QƏBƏLƏ; ÇUXUR QƏBƏLƏ KƏNDİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN REPUBLİKASİ QƏBƏLƏ RAYONUNUN ÇUXUR QƏBƏLƏ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 156,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 1893,64 manat, İşsizlikdən sığorta fonduna 132,72 manat olmaqla, ümumilikdə 2182,88 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********407800, xx.xx.2023- cü il tarixli **********993100, xx.xx.2023-cü il tarixli **********880600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin İdarə rəisi baş vergi xidməti müşaviri Elxan Süleymanlı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə işdə maraqlı olan şəxsin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublkası MPM-nin 355-5.1-ci maddəsinin tələbinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Hüquqi şəxs haqqında reyestr məlumatından görünür ki Azərbaycan Respublikası Qəbələ Rayonunun Çuxur Qəbələ Bələdiyyəsi «Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti” fəaliyyət növləri üzrə xx.xx.2015-ci ildə vergi qeydiyyatına alınmışdır. Hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. İşdə olan 18 iyul 2023-cü il tarixli **********407800 qeydiyyat nömrəli, **********1 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Qəbələ Rayonunun Çuxur Qəbələ Bələdiyyəsi (VÖEN: **********) vergi öhdəliklərini yerinə yetirmədiyi üçün 18 iyul 2023cü il tarixə İcbari tibbi sığorta haqları üzrə 134.63 manat, faizlər üzrə 21.89 manat olmaqla, ümumilikdə 156.52 manat məbləğində vergi borcu olmuşdur. İşdə olan 18 iyul 2023-cü il tarixli **********993100 qeydiyyat nömrəli, **********7 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Qəbələ Rayonunun Çuxur Qəbələ Bələdiyyəsi (VÖEN: **********) vergi öhdəliklərini yerinə yetirmədiyi üçün 18 iyul 2023cü il tarixə Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1728.47 manat, maliyyə sanksiyaları faizlər üzrə 0.71 manat, faizlər üzrə 166.19 manat olmaqla, ümumilikdə 1895.37 manat məbləğində vergi borcu olmuşdur. İşdə olan 18 iyul 2023-cü il tarixli **********880600 qeydiyyat nömrəli, **********0 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Qəbələ Rayonunun Çuxur Qəbələ Bələdiyyəsi (VÖEN: **********) vergi öhdəliklərini yerinə yetirmədiyi üçün 18 iyul 2023cü il tarixə işsizlikdən sığorta haqqı üzrə 110.14 manat, faizlər üzrə 22.69 manat olmaqla, ümumilikdə 132.83 manat məbləğində vergi borcu olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə ümumilikdə 2182.88 manat məbləğində vergi borcu vardır. Hüquqi şəxsin üzərində borc öhdəliyi olmasına baxmayaraq, borcun ödənilməsini təmin etməmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, vergi ödəyicisi hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən çıxması borcun ödənilməsinin təmin edilməsini mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə borcun ödənilməsinin təmin edilməsi üçün əsas yarada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2182.88 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix – xx.xx.1965; doğulduğu yer - Azərbaycan, Qəbələ rayonu, Çuxur Qəbələ kəndi; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305, 355- 5.1-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2182.88 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix – xx xxx 1965; doğulduğu yer - Azərbaycan, Qəbələ rayonu, Çuxur Qəbələ kəndi; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1665/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1665/2023
06.11.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver