Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1724/2021 03.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar Əzı̇ mova Yeganə Səməd qızının, İddiaçı2 Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun və cavabdeh Əzı̇ mov Aslan Ənvər oğlunun iştirakları ilə, İddiaçılar Əzı̇ mova Yeganə Səməd qızının, İddiaçı2 Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun cavabdehlər Əzı̇ mov Aslan Ənvər oğluna, Əzı̇ mova Pərvanə Saleh qızına və Əzı̇ mov Zaman Aslan oğluna qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar Əzı̇ mova Yeganə Səməd qızı, İddiaçı2 Məzahı̇ r qızı, Əzı̇ mi Elmar Məzahı̇ r oğlu, İddiaçı4 Məzahı̇ r oğlu cavabdehlər Əzı̇ mov Aslan Ənvər oğluna, Əzı̇ mova Pərvanə Saleh qızına və Əzı̇ mov Zaman Aslan oğluna qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 15.12.1997-ci il tarixli 27 saylı qərarı ilə paylı mülkiyyət verilmiş JN-068A saylı şəhadətnamə ilə 0,06 ha, JN-068F saylı şəhadətnamə ilə 0,25 ha, JN-068G saylı şəhadətnamə ilə 0,28 ha və JN- 068İ saylı şəhadətnamə ilə 1,30 ha adlarına rəsmiləşdirilmiş cəmi 1,89 ha torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nın 15.12.1997-ci il tarixli 27 saylı qərarı ilə torpaq islahatı keçirilən zaman mövcud olan 10 nəfər ailə üzvlərinə Qəbələ rayonunun Soltan Nuxa kəndi ərazisində JN-068 A saylı şəhadətnamə üzrə 0,06 ha, JN-068F saylı şəhadətnamə üzrə 0,25 ha, JN-068G saylı şəhadətnamə üzrə 0,28 ha və JN-068İ saylı şəhadətnamə üzrə 1,30ha torpaq sahəsi ümumi paylı mülkiyyətinə verilmişdir. Hazırda ailə münasibətlərində yaranmış problemlərlə bağlı onlar - iddiaçılar cavabdehlərlə birgə torpaq sahəsindən ümumi paylı mülkiyyətin mülkiyyətçisi kimi istifadə edə bilmirlər. Ona görə də yuxarıda qeyd olunan JN-068A saylı şəhadətnamə üzrə 0,06 ha, JN-068F saylı şəhadətnamə üzrə 0,25 ha, JN-068G saylı şəhadətnamə üzrə 1,30 ha cəmi 1,89 ha torpaq payları müəyyən edilməsini və öz adlarına dövlət qeydiyyatına alınmasını və çıxarışın hazırlanıb verilməsini istəyirlər.. Məhkəmə iclasında iddiaçı Əzı̇ mova Yeganə Səməd qızı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 Məzahı̇ r qızı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Əzı̇ mi Elmar Məzahı̇ r oğlu iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əzı̇ mov Aslan Ənvər oğlu iddia tələbini qəbul edərək izahatında bildirdi ki, 15.12.1997-ci il tarixli 27 saylı qərarı ilə torpaq islahatı keçirilən zaman Qəbələ rayonunun Soltan Nuxa kəndi ərazisində onların ailə üzvlərinə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin paylı mülkiyyətçilərinə düşən hissələrin hüdudlarının müəyyənləşdirilməsi ilə iddiaçılarla aralarında mübahisə yaranır, bu barədə onlar razılığa gəlməmişlər. Odur ki, torpaq sahəsindən payların müəyyən edilməsi barədə iddia tələbinin təmin ediləsinə etiraz etmir. Cavabdehlər Əzı̇ mova Pərvanə Saleh qızına və Əzı̇ mov Zaman Aslan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-068A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.12.1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X4, X1, X3, Əzı̇ mova Yeganə Səməd qızının, Sadıqova (Əzimli) Ülkər Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun, Əzı̇ mov Aslan Ənvər oğlunun, Əzı̇ mova Pərvanə Saleh qızının və Əzı̇ mov Zaman Aslan oğlunun ümumi birgə mülkiyyətinə 0.06 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.12.1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X4, X1, X3, Əzı̇ mova Yeganə Səməd qızının, Sadıqova (Əzimli) Ülkər Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun, Əzı̇ mov Aslan Ənvər oğlunun, Əzı̇ mova Pərvanə Saleh qızının və Əzı̇ mov Zaman Aslan oğlunun ümumi birgə mülkiyyətinə 0.25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068G (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.12.1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X4, X1, X3, Əzı̇ mova Yeganə Səməd qızının, Sadıqova (Əzimli) Ülkər Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun, Əzı̇ mov Aslan Ənvər oğlunun, Əzı̇ mova Pərvanə Saleh qızının və Əzı̇ mov Zaman Aslan oğlunun ümumi birgə mülkiyyətinə 0.28 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068İ (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.12.1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X4, X1, X3, Əzı̇ mova Yeganə Səməd qızının, Sadıqova (Əzimli) Ülkər Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun, Əzı̇ mov Aslan Ənvər oğlunun, Əzı̇ mova Pərvanə Saleh qızının və Əzı̇ mov Zaman Aslan oğlunun ümumi birgə mülkiyyətinə 1.30 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Soltannuxa kənd İ.Ə.N tərəfindən verilmiş 08.05.2021-ci il tarixli AZ-İİ № 178343 saylı Ölüm haqqında şəhadətnmaənin surətindən görünür ki, X6 04.04.2013-cü il tarixdə Qəbələ rayon Soltannuxa kəndində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəlli kənd İ.Ə.N tərəfindən verilmiş 28.10.2003-cü il tarixli AZ-İ № 059120 saylı Ölüm haqqında şəhadətnmaənin surətindən görünür ki, X2 26.10.2003-cü il tarixdə Qəbələ rayon Soltannuxa kəndində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Soltannuxa kənd İ.Ə.D tərəfindən verilmiş arayışlardan görünür ki, Əzı̇ mova Yeganə Səməd qızı, İddiaçı2 Məzahı̇ r qızı, Əzı̇ mi Elmar Məzahı̇ r oğlu və İddiaçı4 Məzahı̇ r oğlu hal-hazırda Qəbələ rayon Soltannuxa kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 15.12.1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən verilmiş JN-068A (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi, JN-068F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.25 ha torpaq sahəsi, JN-068G (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.28 ha torpaq sahəsi və JN-068İ (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 1.30 ha torpaq sahəsi üzərində X4, X1, X3, Əzı̇ mova Yeganə Səməd qızının, Sadıqova (Əzimli) Ülkər Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun, İddiaçı4 Məzahı̇ r oğlunun, Əzı̇ mov Aslan Ənvər oğlunun, Əzı̇ mova Pərvanə Saleh qızının və Əzı̇ mov Zaman Aslan oğlunun ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X2 26.10.2003-cü il tarixdə, X6 04.04.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçılar Əzı̇ mova Yeganə Səməd qızı, İddiaçı2 Məzahı̇ r qızı, Əzı̇ mi Elmar Məzahı̇ r oğlu, İddiaçı4 Məzahı̇ r oğlu və cavabdehlər Əzı̇ mov Aslan Ənvər oğlu, Əzı̇ mova Pərvanə Saleh qızı və Əzı̇ mov Zaman Aslan oğlu payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən iddiaçıların, JN- 068A (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, JN-068F (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, JN-068G (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-068İ (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/10 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 15.12.1997-ci il tarixli, 27 saylı qərarı ilə JN-068A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsindən, JN-068F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsindən, JN-068G nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsindən və JN-068İ nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 1.30 ha torpaq sahəsindən iddiaçılar Əzı̇ mova Yeganə Səməd qızının, İddiaçı2 Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun və İddiaçı4 Məzahı̇ r oğlunun hər birinin payı 1/10 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-068A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsindən, JN-068F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsindən, JN-068G nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.28 ha torpaq sahəsindən və JN-068İ nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 1.30 ha torpaq sahəsindən iddiaçılar Əzı̇ mova Yeganə Səməd qızının, İddiaçı2 Məzahı̇ r qızının, Əzı̇ mi Elmar Məzahı̇ r oğlunun və İddiaçı4 Məzahı̇ r oğlunun hər birinin payı 1/10 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1724/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1724/2021
03.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver