Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1750/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu AİK-nin 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə paylı mülkiyyətə verilmiş, JN-071F saylı, kodu 40605028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına verilmiş 0,85 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Torpaq islahatı keçirilən zaman 4 nəfər ailə üzvləri ilə birlikdə islahata getmişlər, Qəbələ rayonu AlK-nin 15.05.1998-ci il tarixli 09 saylı qərarı itə ailə üzvlərinə Qəbələ rayonu Cığatelli kəndi ərazisində 0,85 ha həyətyanı torpaq sahəsi verilmişdir, islahat aparılan zaman 1-ci sırada adı qeyd olunan X6 onun, yəni İddiaçı1 qaynanası olmuşdur və 02.11,2016-cı il tarixdə ürək çatmamazlığından vəfat etmişdir. 2-ci sırada adı qeyd olunan Cavabdeh ilə ailəli olmuş və ayrılmışdır. Həmin 0,85 ha torpaq sahəsi 4 nəfər ailə üzvlərinin adına JN-071F saylı, kodu 40605028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 4 nəfər ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. Hazırda müəyyən səbəblərə görə həmin torpaq sahəsindən bizə düşən payı rəsmiləşdirmək istəyir. Bu məqsədlə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmişlər. Ancaq cavabdehlə (payçılarla) razılığa gələ bilməmişlər. Bu səbəbdən məhkəmədən kənar paylı mülkiyyətdə olan 0,85 ha torpaq sahəsi üzərində pay bölgüsünün aparılması mümkün olmamışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən müraciətinə verilmiş, 22.09.2021-ci il tarixli məktubda göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gelə bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəməyə teleqram ünvanlayaraq vaksinasiya ilə bağlı olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və bu halın nəzərə alımağını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-071F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.05.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən, X1, Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının, Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının və X2 ümumi birgə mülkiyyətinə 0.85 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Cığatelli kənd İ.Ə.N tərəfindən verilmiş 28.09.2021-ci il tarixli AZ-İİ № 192321 saylı Ölüm haqqında şəhadətnmaənin surətindən görünür ki, X8 02.11.2016-cı il tarixdə Qəbələ rayon Cığatelli kəndində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.02.2019-cu il tarixli AZ-İ № 095234 saylı nikahın pozulması haqqında şəhadətnmaənin surətindən görünür ki, X3 ilə X5 arasında bağlanmış nikah 24 fevral 2009-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra kişiyə Sədullayev, qadına Şəmsəddinova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Xırxatala kənd İ.Ə.N tərəfindən verilmiş 01.10.2015-ci il tarixli AZ-İİ № 045425 saylı nikah haqqında şəhadətnmaənin surətindən görünür ki, X9 01.10.2015-ci ildə X11 ilə nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mehdizadə, arvada Mehdizadə soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən 22.08.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Cığatelli kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən 29.08.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyası, Krosnoyarsk vilayətində anadan olmuş, hal-hazırda Qəbələ rayonu, Cığatelli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 15.05.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən verilmiş JN-071F (kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.85 ha torpaq sahəsi üzərində X1, Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının, Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının və X2 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. X6 02.11.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh X7 payların real bölgüsünün aparılmasında razılağa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən iddiaçıların, yəni JN- 071F (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/4 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli, 09 saylı qərarı ilə JN-071F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.85 ha torpaq sahəsindən iddiaçılar Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının və Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının hər birinin payı 1/4 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-071F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.85 ha torpaq sahəsindən iddiaçılar Mehdizadə (Sədullayeva) Əminə Tərlan qızının və Şəmsəddinova (Sədullayeva) Məhluqə Sədulla qızının hər birinin payı 1/4 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1750/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1750/2021
02.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver