Məhkəmə qərarları › İş №2(025)-1777/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1777/2021

11.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1777/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun, cavabdehlər Səbzəlı̇ yev Ağalar Səbzı̇ oğlunun, Səbzəlı̇ yeva Sənubər Şahı̇ r qızının, Səbzəlı̇ yev Əlvan Ağalar oğlunun və Səbzəlı̇ yev Rəvan Ağalar oğlunun iştirakları ilə, İddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun cavabdehlər Səbzəlı̇ yev Ağalar Səbzı̇ oğluna, Səbzəlı̇ yeva Sənubər Şahı̇ r qızına, Səbzəlı̇ yev Əlvan Ağalar oğluna və Səbzəlı̇ yev Rəvan Ağalar oğluna qarşı “birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlu cavabdehlər Səbzəlı̇ yev Ağalar Səbzı̇ oğluna, Səbzəlı̇ yeva Sənubər Şahı̇ r qızına, Səbzəlı̇ yev Əlvan Ağalar oğluna və Səbzəlı̇ yev Rəvan Ağalar oğluna qarşı “ümumi paylı mülkiyyətə verilmiş torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixi, 11 saylı Qərarına əsasən, Kodu ********.1 olan, JN 005A saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə əsasında, 5 nəfər ailə tərkibi ilə: özüm, atası Cavabdeh1, anası Cavabdeh2, qardaşları; Cavabdeh3 və Cavabdeh4 verilmiş, Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yerləşən təyinatı “Fərdi yaşayış evi-həyətyanı sahə” olan 0.12 hektar torpaq sahəsində və Kodu 40600038 olan, JN 0005 saylı “Torpağa Mülkiyyət Hüququna dair” dövlət AKT-na əsasən 4 nəfər ailə tərkibi ilə: özü, atası X1, anası Cavabdeh2, qardaşım Cavabdeh3 verilmiş, Qəbələ rayonunun Zərgərli kəndi ərazisində yerləşən, təyinatı “Kənd təsərrüfatı məhsullar istehsalı” olan 1.24 hektar torpaq sahəsində ona düşəcək payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1994-cü ildə Qəbələ rayonunun Zərgərli kəndində anadan olmuşdur. 31 mart 2020-ci il tarixdə X2 ilə ailə qurub, həyat yoldaşını cavabdehlərlə birgə yaşadığı, Qəbələ rayonunun Zərgərli kəndində yerləşən 5 otaqdan ibarət olan evinin 1 otağına gəlin gətirmişdir. Son vaxtlar cavabdehlərlə aralarında mübahisə və münaqişələrin baş verməsi səbəbindən artıq xeyli müddətdir ki, o, ailəvi olaraq cavabdehlərdən ayrı, Qəbələ şəhərində, ayrı-ayrı ünvanlarda kirayəşin yaşayır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı Qərarına əsasən kodu ********.1 olan, JN 005 A saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə ilə bizə 5 nəfər ailə tərkibi ilə: özüm, atası Cavabdeh1, anası Cavabdeh2, qardaşları; Cavabdeh3 və Cavabdeh4 Qəbələ rayonunun Zərgərli kəndi ərazisində təyinatı “Fərdi yaşayış evi-həyətyanı sahə” olan 0.12 hektar torpaq sahəsi; Kodu 40600038 olan, JN 0005 saylı “Torpağa Mülkiyyət Hüququna dair” dövlət AKT-ı ilə isə bizə 4 nəfər ailə tərkibi ilə: özü, atası Cavabdeh1, anası Cavabdeh2, qardaşı Cavabdeh3 Qəbələ rayonunun Zərgərli kəndi ərazisində təyinatı “Kənd təsərrüfatı məhsullar istehsalı” olan məqsədilə 1.24 hektar torpaq sahəsi verilmişdir. O, ailəvi olaraq cavabdehlərdən ayrı yaşadığından və torpaq islahatı üzrə cavabdehlərlə birlikdə ona verilmiş torpaq sahələrininin bölgüsü aparılmadığmdan və paylar müəyyən olunmadığından o, mülkiyyətçi kimi ona düşən torpaq sahələrindən istifadə edə bilmir ki, həmin torpaq sahələrindən ona düşəcək torpaq payının müəyyən edilməsini istəyir. Torpaq sahələrindən ona düşəcək torpaq payının müəyyən edilməsi üzrə cavabdehlərlə aralarında razılıq əldə edilməsinin mümkünsüz olduğundan, məsələ ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. .Məhkəmə iclasında iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlu iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səbzəlı̇ yev Ağalar Səbzı̇ oğlu iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə 0.12 ha və 1.24 ha torpaq sahələri verilmişdir. Oğlu Səbzəlı̇ yev Kamran həmin torpaq sahəsində ev tikməyə başlayıb. Bu zaman o və digər ailəsi buna etiraz etməmişdir. Sonradan isə Kamran həmin tikintinin və torpağın sənədləşdirilməsini tələb etdi, torpağın çox hissəsinin onun adına keçməsini istədi. Lakin həmin torpaq sahələrində onun, həyat yoldaşının və digər övladlarının da payı var. Odur ki, ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahələrindən payçıların hər birinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səbzəlı̇ yeva Sənubər Şahı̇ r qızı iddia tələbini qəbul edərək bildirdi ki, 1998-ci ildə torpaq islahatları keçirilən zaman onun və ailə üzvlərinin birgə mülkiyyətinə 0.12 ha və 1.24 ha torpaq sahələri verilmişdir. Oğlu Səbzəlı̇ yev Kamran həmin torpaq sahəsində ev tikməyə başlayıb. Sonradan isə Kamran həmin tikintinin və torpağın sənədləşdirilməsini tələb etdi, torpağın çox hissəsinin onun adına keçməsini istədi. Lakin həmin torpaq sahələrində onun, həyat yoldaşının və digər övladlarının da payı var. Odur ki, ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahələrindən payçıların hər birinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səbzəlı̇ yev Əlvan Ağalar oğlu iddia tələbini qəbul edərək bildirdi ki, mübahisəli torpaq sahələri 1998-ci ildə torpaq islahatları keçirilən zaman onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həm 0.12 ha və həm də 1.24 ha torpaq sahəsi üzrə onun pay sahəsi mövcuddur. Qardaşı Kamran həmin torpaq sahəsində ev tikməyə başlayıb. Sonradan isə Kamran həmin tikintinin və torpağın sənədləşdirilməsini tələb etdi, torpağın çox hissəsinin onun adına keçməsini istədi. Lakin həmin torpaq sahələrində digər ailə üzvlərinin da payı var. Odur ki, ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahələrindən payçıların hər birinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səbzəlı̇ yev Rəvan Ağalar oğlu iddia tələbini qəbul edərək bildirdi ki, mübahisəli torpaq sahələri 1998-ci ildə torpaq islahatları keçirilən zaman onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. JN-005A (kod: ********.1) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında verilmiş 0.12 ha torpaq sahəsi üzrə onun pay sahəsi mövcuddur. JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı əsasında verilmiş 1.24 ha torpaq sahəsi üzrə yalnız atası, anası və qardaşları paylı mülkiyyıtçidirlər. Qardaşı Kamran torpağın sənədləşdirilməsini, torpağın çox hissəsinin onun adına keçməsini istəyir. Lakin həmin torpaq sahələrində digər ailə üzvlərinin da payı var. Odur ki, ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahələrindən payçıların hər birinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-005A (kod: ********.1) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, Səbzəlı̇ yev Kamran Ağalar oğlunun və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə 0.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, Səbzəlı̇ yev Kamran Ağalar oğlunun və ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, Səbzəlı̇ yev Kamran Ağalar oğlu hal-hazırda Qəbələ rayon Bum qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 223.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən verilmiş JN-005A (kod: ********.1) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0.12 ha torpaq sahəsi üzərində Səbzəlı̇ yev Kamran Ağalar oğlunun və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4; JN-0005 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 1.24 ha torpaq sahəsi üzərində Səbzəlı̇ yev Kamran Ağalar oğlunun və ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüquqları təsbit edilmişdir. İddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlu və cavabdehlər Səbzəlı̇ yev Ağalar Səbzı̇ oğlu, Səbzəlı̇ yeva Sənubər Şahı̇ r qızı, Səbzəlı̇ yev Əlvan Ağalar oğlu və Səbzəlı̇ yev Rəvan Ağalar oğlu payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişdirlər. Məhkəmə, qanunvericiliyin şərh olunan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahələrindən onun, yəni JN- 005A (kod: ********.1) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mülkiyyətçi olaraq 1/5 hissədə və JN-0005 (Kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi olaraq 1/4 hissədə payı müəyyən olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-005A nömrəli (kod:********.1) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun payı 1/5 hissədə və Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-0005 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə ümumi birgə mülkiyyətinə verilmiş 1.24 ha torpaq sahəsindən iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun payı 1/4 hissədə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-005A nömrəli (kod:********.1) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindən iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun payı 1/5 hissədə və Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli, 11 saylı qərarı ilə JN-0005 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə ümumi birgə mülkiyyətinə verilmiş 1.24 ha torpaq sahəsindən iddiaçı Səbzəlı̇ yev Kamran Ağalar oğlunun payı 1/4 hissədə müəyyən olunsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar