Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1780/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Xasavyurt vilayətində tərtib edilmiş 36 nömrəli doğum haqqında akt qeydində və Qəbələ Rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 31 nömrəli nikah qeydində adın “Nerguz” kimi, ata adının “Aləddinovna” kimi yazılmasının düzgün olmamasının müəyyən edilməsi və düzgün olaraq adın ”Nərgiz” kimi, ata adının “Aləddin qızı” kimi yazılmalı olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o - Ərizəçi xx xxxxxx 1973-cü ildə Rusiya Federasiyası Xasavyurt rayonunda anadan olmuşdur. Müəyyən sənədləşdirmə işlərini aparılması ilə əlaqədar aidiyyatı orqanlara müraciət edən zaman ona məxsus doğum haqqında akt qeydlərində uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, Rusiya Federasiyası Xasavyurt vilayərində tərtib edilmiş 14.02.1973-cü il tarixli 36 nömrəli doğum haqqında akt qeydində adı səhvən “Nerguz” kimi, ata adı “Aləddinovna” kimi yazılmışdır. Həmçinin nikah haqqında Şəhadətnamədə də səhvən “Nerguz” kimi, ata adı “Aləddinovna” kimi yazılmışdır. Ərizəçi məxsus digər sənədlərdə adı düzgün olaraq “Nərgiz” kimi ata adı “Aləddin” kimi yazılmışdır. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı, Maraqlı şəxsnə müraciət etsə də doğum haqqında akt qeydi Rusiya Federasiyası Xasavyurt vilayətində olduğundan və ona düzəliş edilməsi heç bir əsas olmadığından doğum və nikah haqqında akt qeydlərində adının Nərgiz olaraq ata adının Allədin qızı olaraq düzəldilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu barədə ona rəsmi olaraq 05 avqust 2021-ci il tarixli, 05/Q-240/13 saylı məktub verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan 14 fevral 1973-cü il tarixdə verilmiş İ-BD № 396621 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İsayeva (Yusibova) Nərgiz Aləddin qızı xx xxxxxx 1973-cü ildə Rusiya Federasiyası Xasavyurd rayonunda anadan olmuşdur. Bu sənəddə ərizəçinin adı “Nerguz”, ata adı “Aladinovna” olaraq göstərilmişdir. İş materiallarında olan 19 may 1992-ci il tarixdə verilmiş Vİ-JQ № 291781 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1 19 may 1992-ci ildə X3 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə İsayev, arvada “İsayeva” soyadı verilmişdir. Bu sənəddə ərizəçinin adı “Nerguz”, ata adı “Alədinovna” olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş Səyyar ASAN 10 tərəfindən 19.04.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İş materiallarında olan 14 fevral 2003-cü il tarixdə Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ №310084 saylı X2 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, bu sənəddə “anası” ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli, 05/Q-240/13 nömrəli məktubla doğum və nikah haqqında akt qeydində düzəliş edilməsi kifayət qədər əsas olmadığından doğum haqqında akt qeydinə və nikah haqqında akt qeydinə ərizəçinin adının “Narguz”-dən “Nərgiz”-ə və ata adının “Aləddinovna”-dan “Aləddin”-ə düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Nərgiz”, ata adı “Aləddin” olduğu halda doğum akt qeydi kitabında və doğum akt qeydi kitabında səhvən ad “Narguz”, ata adı “Nərgiz” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında Ərizəçi doğum haqqında qeydində və nikah haqqında qeydində adın “Nerguz” kimi, ata adının “Aləddinovna” yazılmasının düzgün olmaması və adın “Nərgiz” kimi, ata adının “Aləddin qızı” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında Ərizəçi doğum haqqında qeydində və nikah haqqında qeydində adın “Nerguz” kimi, ata adının “Aləddinovna” yazılmasının düzgün olmaması və adın “Nərgiz” kimi, ata adının “Aləddin qızı” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum və nikah akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1780/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1780/2021
11.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver