Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1782/2021 03.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında doğum laktı qeyciyyatı kitabında onun - Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və adının “Səməd” kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o - Ərizəçi xx.xx.1983-cü il tarixdə Qəbələ rayonunun Uludaş kəndində doğulmuşdur. Doğum haqqında qeydiyyatı 06 04.1984cü i! tarixdə Qəbələ rayonu Tııntül kənd İƏN -də 38 №-ə ilə qeydə alınmışdır. № 277555 saylı Doğum haqqında şəhadətnamə Tikanlı kənd İƏN -də tərtib edilmiş və X2 adı ilə verilmişdir. Sonrakı illərdə tərtib edilmiş bütün şəxsi sənədləri də Ərizəçi adı ilə verilmişdir. Doğulan gündən ona Səməd adı verilmiş və ona müraciətlər Səməd adı ilə edilmişdir və hazırda da Səməd adı ilə edilir. Əmlak məsələləri ilə bağlı sənədləşmə işləri aparmaq məqsədilə Qeydiyyat şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, 06.04.1984-cü i tarixdə Qəbələ rayonunun Tikanlı kənd İƏN-də tərtib edilmiş 38 №-li doğum haqqında akt qeydiyyatı kitabında adı Səməd əvəzinə “Nəvan” kimi qeyd edilmişdir. Qeyd olunan 38 №-li doğum haqqında Tikanlı kənd İƏN -də, 06.04.1984-cü il tarixdə tərtib edilmiş akt qeydindəki uyğunsuzluqla bağlı Maraqlı şəxsnə müraciəti ilə bağlı verilmiş 20.11.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Qəbələ rayonunun Tikanlı kənci İƏN-də tərtib edilmiş 38 №-li doğum haqqında akt qeyd|nttiə "Nəvan” adının Səməd adına dəyişməyin mümkün olmadığını və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Tikanlı kəndi soveti tərəfindən 06 aprel 1984-cü il tarixdə verilmiş X-JQ № 377555 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Səməd” kimi qeyd olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Uludaş kəndi İƏN tərəfindən 20 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ № 070609 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20 noyabr 2015-ci il tarixdə X1 ilə nikah bağlamışdır. Bu sənəddə ərizəçinin adı “Səməd” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı “Səməd” olaraq göstərilmişdir. İş materiallarında olan AO № ******* saylı 11.03.2003-cü il tarixdə verilmiş Hərbi biletin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Səməd” olaraq göstərilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, 05/Q-325/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində adı “Nəvan” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi adı “Səməd” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin adı qrafasında “Nəvan” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Tikanlı kənd İƏD-də tərtib edilmiş 06.04.1984-cü il tarixli, 38 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Nəvan” kimi yazılmasının düzgün olmaması və adın “Səməd” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində adın “Nəvan” kimi yazılmasının düzgün olmaması və adın “Səməd” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1782/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1782/2021
03.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver