Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1783/2021 09.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) onun barəsində doğum akt qeydinin düzgün olmaması, adı Qənifə, doğum tarixi xx.xx.1949-cu il kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Qəbələ rayonunun Nohurqışlaq kəndində doğulmuşdur. Doğum haqqında qeydiyyatı 15.03.1949-cu il tarixdə Qəbələ rayonunun Tüntül kənd İƏN-də 09 saylı akt qeydi aparılmışdır. 09 saylı akt qeydində adı “Rahidə” kimi qeyd edilsə də, bütün sonrakı dövrlərdə tərtib edilmiş rəsmi sənədlərdə adı Qənifə, doğum tarixi isə xx.xx.1949-cu il kimi qeyd edilmişdir. Onun adı doğulduğu gündən hazırki dövrədək Qənifə adı ilə getmişdir. O, 72-ci yaşdadır. Bu dövr ərzində hamı onu Qənifə kimi tanıyır və Qənifə adı ilə müraciət edirlər. Qənifə adının “Rahidə” adı ilə heç bir əlaqəsi yoxdur. Onun “Rahidə” adı ilə ləqəbi belə olmamışdır. Doğum tarixi xx.xx.1949-cu il olmaqla hər il imkan olanda xx.xx.1949-cu il tarixdə ad günü keçirmişdir. Qeyd olunan 09 saylı doğum haqqında Tüntül kənd İƏN-də 15.03.1949-cu il tarixdə tərtib edilmiş akt qeydindəki həm adında, həm də doğum tarixindəki uyğunsuzluqla bağlı Maraqlı şəxsnə müraciətinə verilmiş 03.09.2021-ci il tarixli 05/9-276/13 saylı cavab məktubunda göstərilmişdir ki, 09 saylı akt qeydində “Rahidə” adının Qənifə adına, doğum tarixinin 15.02.1949-cu ildən xx.xx.1949-cu ilə düzəlişinin mümkün olmadığı və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Uşaqlıqdan bu günədək o, ətrafdakılarla Qənifə adı ilə ünsiyyətdə olmuşdur, uşaqların doğum şəhadətnamələrində ana qrafasında, evlənmə haqqında şəhadətnamə, adına verilmiş şəxsiyyət vəsiqəsində adı Qənifə, doğum tarixi isə xx.xx.1949-cu il kimi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03.09.2021-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X5 15 fevral 1949-cu ildə doğulmuşdur. X1, anası X3r. İşdə olan ərizəçinin oğlu X7 məxsus 05 sentyabr 1968-ci il tarixli, АЗ seriyalı, ******* nömrəli və ərizəçinin qızı X4 məxsus 20 aprel 1984-cü il tarixli, X- ЖГ seriyalı, 267942 nömrəli «Doğum haqqında şəhadətnamə»lərin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, uşağın ana adı göstərilən qrafada ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir İşdə olan 27.06.1965-ci il tarixli, İ-ИЕ seriyalı, 438122 №-li “evlənmək haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X2 27 iyun 1965-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzimov, arvada Əzimova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 05/Q-276/13 nömrəli məktubdan görünür ki, ərizəçiyə 15.03.1949-cu il tarixdə Qəbələ rayon Tüntül kənd İƏN-də tərtib edilmiş № 09 doğum haqqında akt qeydində adının “Rahidə”, doğum tarixinin “15.02.1949-cu il” kimi yazıldığı, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından adının “Qənifə”yə, doğum tarixinin “xx.xx.1949-cu il”ə düzəliş edilməsinin mümkün olmadığı, aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 22.12.2005-ci il tarixli, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi, doğum tarixi isə “xx.xx.1949” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli, 437 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsindən daxil olmuş Ərizəçi məxsus fərdi uçot kartoçkanın təsdiq edilmiş ksero surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi , doğulduğu tarix isə “xx.xx.1949-cu il” kimi yazılmışdır. 2021-ci ilin oktyabr ayının 01-nə qədər qüvvədə olan Azərbaycan Respublikası MPMnin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1949cu ildə doğulmuş və onun doğum akt qeydiyyatı kitabında səhvən adı “Rahidə”, doğum tarixi isə səhvən “15.03.1949-cu il” kimi yazılmışdır. Lakin ona verilmiş şəxsiyyət vəsiqəsi və digər sənədlərdə adı “Qənifə”, doğum tarixi “xx.xx.1949-cu il” kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Qənifə”, doğum tarixinin “xx.xx.1949-cu il” kimi yazılmalı olması müəyyən edilməlidir. Ərizəçi həmin tələblə doğum aktlarının qeydiyyatı kitabında adı ilə bağlı qeydin düzgün olmamasını müəyyən edən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qeydin düzəldilməsi üçün qeydiyyat orqanına müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması və onun adının “Qənifə”, doğum tarixinin “xx.xx.1949-cu il” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1783/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1783/2021
09.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver