Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1803/2021 17.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə Şamil oğlunun iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona yəni - Ərizəçi məxsus doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1990” kimi yazılmalı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə Şamil oğlu tələbini müdafiə edərək göstərdi ki, Ərizəçi xx.xx.1990-cı ıl ildə Qutqaşen rayonu (indiki Qəbələ rayonu Xırxatala kəndində doğulmuşdur. Soyadı Gözəlov adı Rəvan ata adı Bəxtiyar atası Nümayəndə Şamil oğlu, anası X1 doğum tarixi xx xxxx 1990-cı il olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamə ad soyad və ata adı duzgun göstərilsə də, doğum tarixi xx xxxx 1990-cı il olaraq göstərilmişdir. Ərizəçi orta məktəbə daxil olarkən də, orta məktəbi bitirərkən və ondan sonrakı butun sənədləşmə işlərində doğum tarixi xx xxxx 1990-cı il kımı qeyd olunmuşdur Uzun illər keçdikdən sonra ona məxsus torpaq sahəsim bağışlamaq istəyərkən məlum olmuşdur ki, doğum tarixi xx xxxx 1990-cı il kımı deyil 27 iyul 1990-cı il kimi göstərilmişdir. O, bu ziddiyətı aydınlaşdırmaq üçün Maraqlı şəxsnə müraciət etdikdə məlum olmuşdur ki, doğum akt qeydləri kitabında doğum tarixi 27 iyul 1990-cı ıl kimi qeyd olunmuşdur. Onun doğum akt qeydimdə yol verilmiş bu yalnışlığın səbəbi məlum deyildir. Həmin vaxt kənddə bu işdə səlahiyyətli olan işçilərin səhvidir. Ərizəçi şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində, Nikah haqqında Şəhadətnamədə, Hərbi biletində doğum tarixim xx xxxx 1990-cı il kımı göstərilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Daha sonra yaş həddi və ailə vəziyyəti ilə əlaqədar bır neçə dəfə Şəxsiyyət vəsiqəmi dəyişmişdir. Bütün şəxsiyyət vəsiqələrində doğum tarixi xx xxxx 1990-cı ıl kimi göstərilmişdir. Sonuncu dəfə 20 dekabr 2017-cı ıl tarixdə AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi verilmişdir və həmin sənəddə doğum tarixi xx xxxx 1990-cı il olaraq göstərilmişdir. Göstərilənlərdən belə aydın olur ki, həqıqtən onun soyadı Gozəlov adı Rəvan, ata adı Bəxtiyar, doğum tarixi xx.xx.1990-cı il, atası Nümayəndə Şamil oğlu, anası X1 olmuş, lakin doğum akt qeydi səhv aparılaraq doğum tarixi 27 iyul 1990-cı ıl kimi qeyd olunmuşdur. O, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında buraxılmış nöqsanın aradan qaldırılaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etsə də sonuncu bundan imtina edərən məhkəməyə etməyi müraciət tövsiyə edilmişdir. Odur ki, ərizəçinin nümayəndəsi Nümayəndə Şamil oğlu məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Qəbələ rayon Həmzəlli kənd soveti tərəfindən 22 avqust 1990-cı il tarixdə verilmiş XV-JQ № 396010 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi qrafasında “27.07.1990” yazılmışdır. İş materiallarında olan Qəbələ rayon Xırxatala kənd İ.Ə.D tərəfindən 23 avqust 2016-cı il tarixdə verilmiş AZ-İİ № 138781 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi qrafasında “xx xxxx 1990” yazılmışdır. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 20.12.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi “xx.xx.1990” olaraq göstərilmişdir. İş materiallarında olan AO № ******* saylı 16 iyul 2008-ci il tarixdə verilmiş Hərbi biletin surətindən görünür ki, bu sənəddə ərizəçinin doğum tarixi “xx.xx.1990” yazılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 22.05.2021-ci il tarixli, 05/Q-157/13 nömrəli məktubla ərizəçinin doğum haqqında akt qeydində doğum tarixi “27.07.1990” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi doğum tarixi “xx xxxx 1990” olduğu halda doğum akt qeydi kitabında səhvən ərizəçinin doğum tarixi qrafasında “27 iyul 1990” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Qəbələ rayon Həmzəlli kənd İƏN-də tərtib edilmiş 22.08.1990-ci il tarixli, 52 saylı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində doğum tarixinin “27.07.1990” kimi yazılmasının düzgün olmaması və doğum tarixinin “xx.xx.1990” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) Ərizəçi doğumu haqqında qeydində doğum tarixinin “27.07.1990” kimi yazılmasının düzgün olmaması və doğum tarixinin “xx.xx.1990” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1803/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1803/2021
17.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver